Bu gün Ali Məhkəmədə REAL-ın icra katibi Natiq Cəfərlinin 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərardan şikayətinə baxılıb.
Axar.az xəbər verir ki, keçirilən məhkəmə prosesində qərara əsasən onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olub. Həmin dairədən lider namizəd kimi YAP-ın 27 yaşlı namizədi Səbinə Xasayeva qalib gəlib. Natiq Cəfərli seçkilərin nəticələrinin ləğvi ilə bağlı MSK-ya müraciət edib. MSK-ın onun şikayətini qismən təmin edib və 11 məntəqənin nəticələri ləğv edilib.
Natiq Cəfərli həmin qərardan narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib, məhkəmə onun şikayəti təmin etməyib.
Xəbərnur