• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Azərbaycan Ermənistanda bufer zona yaratmağa məcbur qala bilər"

Siyasət

20-08-2024, 10:02

"Azərbaycan Ermənistanda bufer zona yaratmağa məcbur qala bilər"
Azərbaycanla Ermənistan arasında yeni münaqişə ocağı yarana bilər.



Bunu hərbi ekspert Şair Ramaldanov deyib.



O qeyd edib ki, Azərbaycanın regionda sülhün bərqərar edilməsində və dayanıqlı olmasında göstərdiyi cəhdlər Ermənistan tərəfindən düzgün qiymətləndirilmir.



"Ermənistan öz siyasəti ilə bu regionda xəyanət edərək, təhlükəsizliyini sual altına alan addımlar atmaqdadır. Ermənistanın sülh müqaviləsindən qaçması,hətta Zəngəzur dəhlzinin açılması ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasına baxmayaraq, Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulması və təxribat xarakterli addımların atılmasının şahidi oluruq. Əlbəttə, belə olan halda Azərbyacan Ermənistan arasında yeni münaqişə ocağının alovlanması istisna olmur. Bunda əlbəttə Azərbaycan maraqlı deyil. Azərbaycanın verdiyi təkliflər, sülh müqaviləsinin bağlanmasına maraqlı olmasına baxmayarq, qarşı tərəf bu prosesi pozmaqda davam edir. Belə olan halda atəşkəsin pozulmasının coğrafiyası getdikcə genişlənir".





Ekspertin sözlərinə görə, Ermənistanın özündə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, bugünkü reallıqla barışmaq istəməyən qüvvələr var:
Ətraflı



"Bunlar həm revanşist qüvvələrin, həm də Ermənistan dövlətinin mövqeyini müşahidə edirik. Eyni zamanda müstəqil olmayan Ermənistan havadarlarının təzyiqi altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bunlara mesaj olaraq, söyləmişdi ki, "istər Ermənistanın revanşist qüvvələri, istər Ermənistan dövləti, istərsə də Ermənistanın havadarları tərəfindən atılan addımlar Azərbaycana təhlükə yaradarsa, dərhal cavab verəcəyik". Azərbaycanın şərti sərhəddəki bölmələrinin yüksək peşəkarlıq və ayıq-sayıqlığı qarşı tərəfin bütün cəhdlərini heçə çevirməkdədir. Bu proses ancaq Azərbaycanın yox, bütün regionun təhlükəsizliyini şübhə altına alan alır. Bu,prinsip cəhətdən region ölkələrinə lazım deyil".
"Azərbaycan Ermənistanda bufer zona yaratmağa məcbur qala bilər"
Şair Ramaldanov bildirib ki, şərti sərhəddə gərginliyə maraq göstərən Ermənistan və onun havadarlarıdır:



"Fransa, ABŞ və digər maraqlı ölkələr burada vəziyyətin gərgin olmasında maraqlıdır. Ermənistanı müxtəlif fondlar vasitəsilə silahlandırıb, daha sonra o silahlarla regionda gərginlik yaradacaqlar. Artıq Ermənistanda Qərb və ABŞ-nin bazalarının qurulması haqda mütəmadi olaraq,söhbətlər açılır. De-fakto müşahidə missiyasının Ermənsitanda yerləşməsi və bu ölkənin Rusiya istehsalı yox, artıq Hindistanda istehsal olunan Fransa silahları və ABŞ-dan gətirilən hərbi avadanlıq, Ermənistanda silahlara yiyələnmək üçün buraya arzuedilməz ölkələrin mütəxəssislərinin gəlməsi müşahidə olunur. Bütün bunlar Ermənistanla ABŞ arasında təlimlərin intensivləşməsi də diqqəti cəlb edir. Azərbaycan burada əsas hədəf deyil. Geosiyasi arenada gedən proseslər, bizim regionda atılan addımlar Ermənsitanın havadarları tərəfindən məhz Azərbaycana yox, bölgədə olan digər güc mərkəzlərinə yönəlib. Əlbəttə, burada hədəf birinci növbədə Rusiyadır. Burada hədəf Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, onun əvəzinə öz maraqlarını genişləndirmək məqsədidir. Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasından bu addımların atılması üçün istifadə olunur. Guya Ermənsitana təhlükə yaranacaq bəhanəsindən istifadə edərək, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində iştirak edərək burada öz maraqlarının genişlənməsinə nail olmaq istəyir. Bu da, əlbəttə,region üçün böyük təhlükədir. Bu regionda Rusiya, ABŞ, Fransa və İran kimi dövlətlərin maraqları toqquşa bilər. Bu da regionda proseslərin alovlanması ehtimalını getdikcə çoxaldır. Bu gün Ermənistanın tutduğu mövqe regiona xəyanətdir. Bundan sonra Azərbaycanda COP29-un keçirilməsi ərəfələrində şərti sərhəddə təxribatların, atəşkəsin pozulmasının daha da intensivləşdiriləcəyini istisna etmirəm. Azərbaycan Repsublikasının müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun verdiyi xəbərdarlıq Ermənistan tərəfə vəziyyətin nə qədər ciddi olduğunu göstərməkdədir. Proseslər bu cür davam etsə və hadisələr bizə təhlükə yaradacaq səviyyəyə qalxarsa, Azərbaycan dərhal əks addımlar atmağa məcbur qalacaq".



Ehtiyyatda olan polkovnik atəşkəsin pozulması və təxribatların artması halında Azərbaycanın atacağı addımdan da danışıb:



"Şərti sərhəddə atəşkəsin poulması və təxribat halları artarsa, sərhədyanı zolaqda yerləşən yaşayış məntəqələrinin və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan əlavə tədbirlər görə bilər. Bu da 3 il bundan əvvəl çox tez-tez istifadə olunan, beynəlxalq praktikada rast gəlinən bufer zonanın yaradılması zərurətini ortaya çıxa bilər. Azərbaycanın siyasəti birmənalıdır. Siyasətimiz sülhə yönəlib. Amma Ermənistan və onun havadarları Azərbaycana təhlükə yarada biləcək şəkildə prosesləri inkişaf etdirsələr, əlbəttə, gələcək təxribatların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi istisna edilmir. Azərbaycan yalnız atəşkəsə və təxribatlara cavab verməklə kifayətlənməyə bilər. Hər halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib,"mən nəyi, nə zaman və necə etmək lazımdır, yaxşı bilirəm". Ordumuz hər zaman hazırdır və Ali baş Komandanın onların qarşısında qoyduğu bütün tapşırıqları yerinə yetirməyə qadirdir".

Oxunub: 172
Paylaş:
Digər xəbərlər

Siyasət

19-08-2024, 21:04

Təxribatlar Ermənistan üçün ağır nəticələrə səbəb olacaq – Aqil Məmmədov

Siyasət

28-07-2024, 17:33

Ermənistanın təxribatları sülh prosesini pozmağa hədəflənib – Aqil Məmmədov

Siyasət

18-07-2024, 09:25

“Cənubi Qafqazda sülhün bərpası, dünyada yanan ocağı söndürəcək” - Millət vəkili DANIŞDI

Siyasət

30-03-2024, 11:48

“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili

Siyasət / Dünya

22-11-2023, 11:24

Ermənistan Azərbaycanla sərhəddə görüşə RAZILAŞDI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə