• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Kişi müəllimlər gənc qızların bu səmimiliyindən sui-istifadə edirlər”

Sosial

26-05-2022, 18:15

“Kişi müəllimlər gənc qızların bu səmimiliyindən sui-istifadə edirlər”



Bu aralar tez-tez rastlaşdığımız hallardan biri müəllimlərin şagirdlərə şiddət tətbiq etməsidir. Elə bu yaxınlarda da sosial şəbəkələrdə Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı video yayılmışdı. Bəzi insanlar bu videoya rəy bildirərkən qeyd etdilər ki, məktəb uşaqları arasında çox tərbiyəsizlik edənlər var və buna görə də müəllimin belə şagirdləri döyməsi normaldır. Bəs müəllim şagirdə şiddət göstərə bilərmi? Şagirdin hansısa tərbiyəsiz hərəkəti müəllimin onu döyməsinə əsas verirmi? Redaktor.az-ın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirdi ki, bəzi müəllimlər vəzifəsini layiqincə yerinə yetirə bilmir: “İlk növbədə qeyd edim ki, respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Amma təəssüf ki, bəzi müəllimlər bu vəzifəsinin öhdəsindən gələ bilmir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir. Lakin biz bir çox hallarda bunun tam əksinin şahidi oluruq. Belə ki, dərs dediyin sinifdə onun fənnindən yanına hazırlığa gəlməyən şagirdi təhqir edən, ona qarşı xoş davranmayan kifayət qədər müəllim var”.

Müsahibimiz bildirdi ki, bəzi müəllimlər şagird-müəllim münasibətlərinə əməl etmir:

“Bununla yanaşı dərs dediyi sinifdə, çalışdığı məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinə qarşı nalayiq münasibətdə olan müəllimlər, məktəb direktorları, direktor müavinləri var. Hesab edirəm ki, müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Amma bir çox hallarda kişi müəllimlər şagirdlərin, gənc qızların bu səmimiliyindən sui-istifadə edirlər”.

Kamran Əsədovun sözlərinə görə, iş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir:

“Amma reallıqda isə biz bunun əksini görürük. Bu hallar ali təhsil müəssisələrində daha çox baş verir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır. Lakin bəzi hallarda bu tamamilə başqa istiqamətə yönəlir”.

Ekspert qeyd etdi ki, son zamanlar bəzi müəllimlər bu ada yaraşmayan hərəkətlər edir:

“Müəllimlik kütləvi peşədir. Müəllimlik kütləvi peşə olsa da yadda qalan ən yaxşı müəllimlər olur. Çünki nəsilləri öyrətmək, tərbiyə etmək çox vacibdir və bu hamıya lazımdır.

Amma son illərə baxanda müəllimlərin öyrətdiyindən daha çox etdikləri nalayiq hərəkətlər yadda qalır. Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz. Müəllimlik peşəsinin yaradıcı olması onun mürəkkəbliyini sübut edən amildir. Lakin indi bəzi müəllimlər başqa yaradıcılıqla məşğuldurlar. Son dövrlərdə bəzi müəllimlərin səmərəli fəаliyyətini biz təhsilin keyfiyyətinin artırmaq yerinə özlərinin şəxsi maraqlarının artmasına xidmət edirlər”.

Kamran Əsədov dedi ki, qanununvericiliyə görə heç bir şagird təhsil almaq hüququndan məhrum edilə bilməz:

“Amma şagirdlərin tədris göstəriciləri əsasında onların cəzalandırılması mümkündür. Belə ki, şagirdləri sinifdə saxlamaqla, onları cəzalandırmaq olar. Yəni, şagirdlərin sinifdə qalmaları ancaq bilikyönümlü fənlər səbəbindən ola bilər. Bu fənlərdən 4 və ya daha artıq qeyri-müvəffəq və ya qiymətləndirilməyən şagirdlər sinifdə qalırlar və yuxarı sinfə keçirilə bilmirlər. Şagird 1, 2, 3 fəndən 2 alarsa, o zaman ona yay tapşırığı verilir. Daha sonra dərslər başlamamış onlardan müsahibə, imtahan formasında dərslər götürülür. Onlar bunu verə bilirsə, növbəti sinfə keçir, vermirsə, sinifdə qalır. Biz bu imkandan şagirdlərin tədris prosesinə mane olmasının, özlərini məktəbə uyğun olmayan formada aparmasının qarşısını ala bilərik”.

Müsahibimiz bildirdi ki, şagirdlərin tərbiyə olunmasında valideynlərin də rolu vacibdir:
“Son aylarda şagirdlərin ətrafdakı insanlara zərər vurararaq dərs prosesini pozma hallarının sayı artıb və artıq lazımi tədbirlərin görülməsinə ehtiyac yaranır. Elə bir cəza forması seçilməlidir ki, bu, şagirdin gələcək həyatına mənfi təsir göstərməsin. Bizim əsas məqsədimiz uşaqları problemli davranışlardan yayındırmaqdır. Biz əgər şagirdin gələcək üçün faydalı şəxs olmasını istəyiriksə, bu zaman müəllim, məktəb, psixoloq və valideyn birgə işləməlidir. Əgər məktəbdə şagirdlərin yanında soyunmağın pis davranış olduğunu deyib, evdə buna rəvac veririksə, bu zaman uşaq da özünə xoş olan davranışı əxz edəcəkdir. Ona görə də uşağın tərbiyəsi ilə bağlı məktəb və valideyn birgə səy göstərməlidir”.

Kamran Əsədov qeyd etdi ki, dünya ölkələrdə şagirdlərin tədris prosesində pozuntuları müxtəlif formada cəzalandırılır:

“Qardaş Türkiyədə bu cəza sistemi çoxdan tətbiq olunur. Məsələn, Şanlıurfada hər hansı səbəb olmadığı halda məktəbə gəlmədiyi müəyyənləşən, böyük əksəriyyəti qız olan məktəblilərin valideynlərinə 2 milyon 462 min 790 TL pul cəzası verilib. Məktəbə gəlinməyən hər gün üçün 15 lirə (7 AZN) məbləğində pul cəzası müəyyənləşdiyi üçün toplam cəza məbləği bu qədər yüksək olub. Sözügedən şəhərdə uşaqların məktəbə göndərilməməsi halları çox geniş yayılıb və bu səbəbdən də valideynləri bu formada cəzalandırma mexanizmi tapılıb. Orada 3 min 541 şagirdin heç bir səbəb olmadan 1 ilə 3 ay arasında dərslərə girmədiyi müəyyənləşib”.

Təhsil eksperti Türkiyədən başqa digər ölkələrdəki cəzaları da sadaladı:

“Fransa liseylərində icazəsiz 10 gün dərsə getməyən şagirdin qiyməti neçə olursa-olsun, uğur qazanmamış sayılır. 1 və ya 2 gün müddətində dərsə gəlməyən şagirdin valideyni tərəfindən yazılan ərizə vacib sənəddir. Amma bu müddət 1 həftə və ondan artıqdırsa, bu zaman həkim arayışı tələb olunur. 2012-ci ildən Almaniyada da dərsə gəlməyən şagirdin valideyninin cəzalandırılması qüvvəyə minib. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz. Yeni qanun onları sadəcə bu hüquqdan məhrum edir. Qanunun işləməsinə birbaşa yeniyetmələrlə iş üzrə məhkəmənin hakimləri nəzarət edir. İngilis qanunlarına görə, şagirdlər ailələrinin icazəsi ilə məktəbə ən çoxu 2 həftə ərzində getməyə bilər. Amma vacib dərsləri və imtahanları olduğu zamanı dərsdən yayınma yolverilməzdir. Xüsusən də GCSE imtahanını ötürmək kimi bir səhvə əsla düşmək olmaz. GCSE imtahanın ödənişi daha öncədən edildiyi üçün imtahana girməyən şagirdin ödədiyi məbləğ də avtomatik olaraq yanır”.

Oxunub: 526
Paylaş:
Digər xəbərlər

Sosial

19-05-2022, 13:36

Azərbaycanda müəllim şagirdi belə döydü: Araşdırma başladı - BİABIRÇI VİDEO

Gündəm

30-08-2021, 14:47

KƏLBƏCƏR MƏKTƏBINDƏ MÜƏLLIMLƏ DIREKTOR ARASINDA "SOYUQ MÜHARIBƏ" .

---

29-06-2020, 19:34

Yeni dərs ilində siniflər belə olacaq

Cəmiyyət

19-05-2020, 13:27

Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları veriləcəkmi? - AÇIQLAMA

Şou-biznes

15-10-2019, 11:06

Sabiq məmurlar məktəb biznesinə keçir…

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
Son xəbərlər
  • Bugün, 16:29
    İmtahanların nəticələri elan edildi
  • Bugün, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • Bugün, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • Bugün, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • Bugün, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • Bugün, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • Bugün, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
  • Bugün, 14:33
    İlham Əliyev Qazaxıstana getdi - FOTOLAR
  • Bugün, 11:47
    İctimai nəqliyyatda ilk: üztanıma ilə ödəniş sistemi tətbiq edildi
  • Bugün, 11:08
    II və III ixtisas qruplarına sənəd verənlərin nəzərinə!
  • Dün, 23:10
    Yepiskop Aleksiydən (Smirnov) şikayət var – Məhkəmə çəkişməsi
  • Dün, 16:29
    Yeni Dövlət Agentliyi YARADILDI
  • Dün, 14:25
    Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı
  • Dün, 11:59
    BMT-dən WUF13-lə bağlı MESAJ
  • Dün, 11:56
    May pensiyaları ödənildi
  • Dün, 11:02
    Aeroport yolunda avtomobil yandı
  • Dün, 10:41
    Bahar Muradova Milli Məclisdə hesabat verəcək
  • Dün, 10:37
    Laçınla Daşkəsənə dolu düşüb
  • Dün, 10:24
    Prezident onu nazirə birinci müavin təyin etdi
  • Dün, 09:54
    Sahibə Qafarova Özbəkistana getdi
  • Dün, 09:20
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • Dün, 09:15
    Minimum əmək haqqı nə zaman artırılacaq?
  • Dün, 09:14
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • Dün, 09:12
    Bakı və Sumqayıtın bəzi ərazilərinə işığın verilməsi DAYANDIRILACAQ
  • Dün, 09:08
    Hazırda ağır tıxac olan YOLLAR
  • 13-05-2026, 16:47
    Sədrin yeni müşaviri
  • 13-05-2026, 15:06
    Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
  • 13-05-2026, 14:41
    Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
  • 13-05-2026, 14:26
    Köç karvanı Zəngilan şəhərinə çatdı
  • 13-05-2026, 14:23
    TƏBİB-də dörd yeni təyinat - ADLAR
  • 13-05-2026, 11:04
    Avropa liderləri İlham Əliyevdən nümunə götürür
  • 13-05-2026, 11:02
    Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq
  • 13-05-2026, 10:57
    156 ailə doğma yurduna qayıtdı
  • 13-05-2026, 10:52
    Zakir Həsənov PUA hücumunu izlədi
  • 13-05-2026, 10:47
    Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü
Daha çox
10-05-2026, 12:47
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
13-05-2026, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
Bugün, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
12-05-2026, 14:03
Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
12-05-2026, 14:07
Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək
12-05-2026, 10:40
Rusiya erməni diasporuna yeni rəhbər gətirir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə