• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Oğlumu, gəlinimi, həyat yoldaşımı, qızımı gözlərimin qarşısında öldürdülər - XOCALI DƏHŞƏTİ

Cəmiyyət

25-02-2025, 10:25

Oğlumu, gəlinimi, həyat yoldaşımı, qızımı gözlərimin qarşısında öldürdülər - XOCALI DƏHŞƏTİ
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımı olub. Bəşəriyyətə qarşı yönəlmiş Xocalı qətliamı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

1988-ci ildə Xankəndinin işğalından sonra Xocalıya pənah gətirmiş Cəlil Hümbətovun ailəsi də Qarabağ müharibəsində ən çox zərər çəkmiş ailələrdən biridir. Bu ailənin yaşadığı faciələr Xocalı faciəsinin ən qanlı səhifələrindəndir.

Cəlil Hümbətovun oğlu Muğan, qızı Simuzər Xocalı faciəsində vəhşiliklə qətlə yetirilib. Bu insanların qısa və müdhiş sonluqlu ömür yolunu öyrəndikcə erməni faşizmndən əziyyət çəkmiş soydaşlarımızın məşum taleyi insanı bu gün də vahiməyə salır. Bir neçə il öncə Göyçay rayonunda məskunlaşmış məcburi köçkün Cəlil Hümbətovun özündən eşitdiyim acıdan-acı müharibə xatirələrini qəlb sarsıntısı keçirmədən dinləmək mümkünsüzdür:

“…Xocalının yolları bağlanmışdı. Xocalı mühasirədə idi. 1992-ci il fevralın 25-dən başlayaraq bir sutka qırğın oldu, ətrafdakı azərbaycanlı yaşayış məntəqələrindən köməyimizə gələn olmadı.

Xocalıya hücum bir neçə istiqamətdən edilirdi - Əsgəran rayon mərkəzi, Noraguğ kəndi, Xankəndi və başqa istiqamətlərdən. Ermənilər Xocalını mühasirəyə almışdılar. Xarici ölkələrdən də onlara fasiəsiz olaraq kömək gəlirdi. Əsas qüvvə isə Xankəndində yerləşən 366-cı alay idi.

Fevralın 25-də hələ axşam ikən Xocalı ətrafına tanklar və başqa texnika növləri cəmləşirdi. Canlı qüvvə də getdikcə irəliləyirdi. Gecə səhərə qədər ağır texnikadan atılan partladıcı, yandırıcı atəşlə Xocalı yerlə-yeksan oldu. Qızların, gəlinlərin başları kəsildi, səhərə kimi döyüşdük. Silah-sursatımız qurtardı. Düşmən güc gəldi. Qollarımızı qandallayıb, bizi əsir götürdülər. Mənim gözlərim qarşısında bir gəlinin qucağındakı südəmər körpəyə beş dənə avtomat gülləsi atıb, parça-parça elədilər. Gəlinin sinəsinə isə avtomatla atəş açdılar. Təkcə mənim ailə üzvlərimin deyil, təxminən 100 nəfərədək insanın meyiti elə yerdə qaldı. Mənim gözümün ağı-qarası bir oğlumu, qardaşım qızı olan gəlinimi – onlara 9 ay idi ki, toy eləmişdim, - gəlinimin bətnində olan 7 aylıq günahsız nəvəmi, həyat yoldaşımı və 16 yaşında bir qızımı gözlərimin qarşısında güllələdilər.

Axşam saat 8-ə qədər bizi meyitlərin yanında saxladılar. Axşam olanda gördük ki, yenə də adam yığıb-gətiriblər. Yaralı, şikəst, sağ-salamat, qadın, uşaq... Qadınlı, uşaqlı, kişili, qocalı-cavanlı, yaralı - hamısını doldurdular “Belarus” qoşqulu lafetə. Bir nəfər bunların əlindən buraxılıb, qaçmaq istədi. Onu tutdular, parça-parça edib doğradılar. Meyiti elə hala salmışdılar ki, tanımaq mümkün deyildi. Heç Xocalıdan olan qapıbir qonşunu da tanıya bilmirdin ki, bu, kimdir. İnsanları elə vəziyyətə salmışdılar ki, heç Allah da tanımazdı.

Altı otaqlı fin evlərinin birində Özbəkistandan qaçqın düşüb Azərbaycana gəlmiş bir məhsəti türkü ailəsi yaşayırdı. Dəqiq yadımdan çıxıb on, ya da on bir baş ailə idi. Onlardan bir nəfərini belə, çölə çıxmağa qoymadılar. Benzini evə fısqırtdılar, sonra od vurdular. Hamısı ev qarışıq alışıb-yandı, külə döndü…

…Yığdılar bizi lafetə, apardılar Xankəndiyə tərəf. Şuşa yolunun ayrıcında onların avtobazaları var idi. Döndərdilər ora bizi. Ora çatana qədər 25 nəfər kişidən 9 nəfər qaldıq. Yol boyu bir-bir çıxarırdılar. 8 avtomatla birdən atəş açırdılar. Xankəndidəki avtobazaya çatandan sonra bizi boşaldıb, qadınlı, kişili, uşaqlı yığdılar bir “İkarus” avtobusunun içinə. Elə bildik harasa aparacaqlar. Bir dənə yükünü özüboşaldan maşın gətirdilər. Bu maşının yük yerinə xeyli qar yığdılar. Sonra əsgərlər su daşıyıb, tökdülər o qarın içinə. Bizi də çıxarıb, o buzlu suyun içinə doldurdular.

Həmin günü mən də iki dəfə yaralanmışdım. Maşın tərpənəndə sinəmizə qədər qarın-suyun içinə batdıq. Apardılar Xankəndidə Dövlət Təhlükəsizliyi Komitəsinin binasının qabağına. Sonra sürücüyə əmr etdilər ki, “maşının yük yerini qaldır, bunları tök yerə”. Sürücü maşının yük yerini nə qədər qaldırdısa da, biz buzun içində donduğumuza, buz isə dəmirə yapışdığına görə qopub düşə bilmirdik. Bu zaman sürücü maşını irəli-geri verib qəflətən necə tormoz verdisə, buz qopub parçalandı, biz də buz qarışıq daş kimi sürüşüb töküldük yerə, bir-birimizin üstünə. Daş kimi qalaqlandıq. Qışqırdılar ki, qalxın ayağa! Amma qalxa bilmirdik. Yaralı bədən, qanımız axır, donmuş qıçlarımızın, ayaqlarımızın heyi-gücü yox. Özləri bizi bir-bir kənara tullayıb, böyür-böyürə uzandırdılar. Əmr etdilər: ”Qalxın!”. Kimisi güclə qalxır, kimisi də qalxa bilmirdi. Bu zaman ermənilərdən bir neçəsi özünü göstərməyə başladı. Onlardan biri mənim yanımdakı azərbaycanlının başına dəmir boru ilə necə vurdusa, baş paralandı. Eləcə qaldı yerində. Mənim başıma vurulan bir az zəif oldu, mən ölmədim. Başımdakı batıq yerlər o günlərin yadigarıdır.

Sonra bizi sürüyə-sürüyə binanın içi ilə aparıb qaldırdılar yuxarı, doldurdular kameraya və 6 sutka qapını açmadılar. Kameranın üzü Şuşaya baxırdı. Pəncərənin şüşələrini sındırmışdılar. Yağan qar hamısı içəridə idi. 6 sutka o qarın içində qalandan sonra qapı açıldı, apardılar başqa bir kameraya saldılar. Bizi bu kameraya gətirəndə orda məni bir mayor tanıdı. Qolu boynundan asılmışdı, əlindən yaralı idi. Xocalıda ermənilər oğlumu öldürəndə bu mayoru barmaqlarından mən vurmuşdum. Mənim iki patronum qalmışdı. Fikirləşdim ki, daha neyləyəcəyəm bu patronları. Oğlumu öldürənləri vurmaq üçün blokun üstündən hoppananda yağış kimi yağan güllələr ayaqlarımı, qılçalarımı tutdu. Yıxıldım, yaralandım. Mən də həmin mayora tərəf atəş açdım. Atdığım güllə onun əlini tutdu.

6 sutkadan sonra kameramızı dəyişəndə gördüm ki, həmin mayor burdadı, o da məni görən kimi tanıdı. Nəzarətçiyə dedi, onu çıxart çölə, de ki, dəyişməyə aparırıq. Başa düşdüm ki, məni nə gözləyir. Dedi: “Yaxın gəl”, - yaxınlaşdım. Dedim: “Nədi, a düşmən!” Soruşdu: “Nə millətisən?” Cavab verdim: ”Azərbaycanlı”. Bir də təkrar elədi: “Nə millətisən?” Bir də “azərbaycanlı” deyəndə mənə necə bir qapaz vurdusa, başım əyildi. Dedi: “Soyun!”.

Məni qurşaqdan yuxarı soyundurub, uzatdılar yerə. Sonra qollarımı qabağa uzatdılar. Ensiz taxtalardı, üzərinə mismarlar vurmuşdular, ucları o biri tərəfdən çıxmışdı. Dirsəkdən aşağı qollarıma və əllərimə qoyub, çıxdılar üstünə. Təpiklədikcə mismar yeridi əlimə-qoluma. Bu vəziyyətdə neyləyə bilərdim, əlim hara çatırdı? Onu söydüm, dedim, “ə, vicdansız düşmən, birdəfəlik öldür məni, canım qurtarsın. Bu nədir belə? Belə düşmənçilik olmaz!”. Mayor qışqırdı: “Qalx ayağa!” Taxta qollarıma bitişik ayağa qalxanda sağ gözümə nə ilə vurdular, bilmədim. Sonra başladılar gözümün içini eşməyə. Bununla da mən bir gözümdən məhrum oldum. Bundan sonra yenə apardılar saldılar kameraya. Məndən sonra azərbaycanlı baş leytenant vardı, onu sürüyüb çıxardılar dəhlizə. Onun başın-gözün əzdilər, sonra ayağına ip salaraq sürüyüb apardılar.

...Nəzarətçilər iki növbədə dəyişirdilər. Bir növbə də xaricdən gələnlərdən idi. Nə vaxt onların növbəsi olurdu, o gecə üç dəfə döymək, öldürmək lazım idi. Bu, norma, qayda idi. Onların növbəsi gələndə bir sutkada 5-10 meyit çıxarırdılar kameralardan. Bizi tez-tez danışdırır, guya, istintaq edir, sorğu-suala tutur və hər dəfə də vəhşicəsinə döyürdülər. Döyən zaman isə ən ağlasığmaz, dəhşətli üsullara əl atırdılar.
1992-ci il fevralın 26-da əsir düşəndən 48 gün sonra, aprelin 12-də dəyişmə yolu ilə azad olundum. Məni əsirlikdən azad edib birbaşa Göyçay rayon xəstəxanasına gətirəndə əvvəlki 72 kiloqram çəkimdən 28 kiloqram qalmışdı...”

Oxunub: 152
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-03-2024, 14:25

Xocalıya ilk köçün tarixi AÇIQLANDI

Gündəm

26-02-2024, 14:01

Xocalı soyqırımı - tarixdə insanlığa qarşı törədilmiş ən qəddar qətliamdır.

Gündəm

26-02-2023, 13:51

Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsidir

Gündəm

26-02-2020, 14:57

İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Cəmiyyət

21-02-2020, 11:10

Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın Kaspi rayonunda ehtiramla yad olunub

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Dün, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • Dün, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • Dün, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • Dün, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • Dün, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • Dün, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • Dün, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • Dün, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • Dün, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • Dün, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Dün, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • Dün, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • Dün, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • Dün, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • Dün, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • Dün, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • Dün, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • Dün, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Dün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Dün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Dün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Dün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Dün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Dün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Dün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • 6-08-2026, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • 6-08-2026, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • 6-08-2026, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • 6-08-2026, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • 6-08-2026, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • 6-08-2026, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • 6-08-2026, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • 6-08-2026, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • 6-08-2026, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
Dün, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
4-08-2026, 12:18
Avqustun 13-də meteor yağışı olacaq
4-08-2026, 12:01
Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə