"Ziyalılar Mərkəzi" nin Mətbuat xidməti məlum koronovirus epidemiyası ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Əziz xalqımız! Məlum olduğu kimi dünyada koronavirus pandemiyası yayılıb. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və demək olar ki, bütün dövlətlər ciddi tədbirlər həyata keçirərək xəstəliyin yayılmasının qarşının alınması üçün tədbirlər həyata keçirir. Ölkəmizdə də dövlət səviyyəsində tədbirlər görülür və vətəndaşların sağlamlığı üçün gərəkən bütün addımlar atılır.
Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görüldüyü üçün narahatlığa əsas yoxdur. Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir. Koronavirus epidemiyasına qarşı görülən tədbirlər qənaətbəxşdir və heç bir narahatlığa lüzum yoxdur. Sadəcə olaraq ciddi şəkildə qorunmaq, ehtiyyatlı olmaq, sağlamlığa, təmizliyə, gigiyena qaydalarına, həkimlərin tövsiyələrinə, Operativ Qərargahın tapşırıqlarına riayət etmək lazımdır.
Operativ Qərargahın məlumatında qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:
“Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər”.
Ölkə başçısı cənab Prezident məlum xəstəliklə mübarizə üçün kifayət qədər vəsait ayırıb, fond yaradılıb, hətta ən humanist addım ataraq öz illik əməkhaqqını bu fonda keçirib. Ona görə də inkişaf etmiş dövlətimizin bu vəziyyətdən məharətlə çıxacağına əminlik nümayiş etdirərək dezinformasiyalar yaymaqdan və yayılan çaşıdırcı, xof yaradıcı məlumatlara əhəmiyyət verməkdən çəkinməyə çağırırıq. Yalnız rəsmi məlumatlara etibar edilməli, hökumətin verdiyi bütün qərarlara riayət edilməlidir. Allahın köməkliyi ilə güclü dövlətimizin və humanist Prezidentimizin diqqəti, qayğısı sayəsində xalqımız bu xəstəlikdən qorunacaq, bir-birinə dayaq olacaqdır. Hazırda bütün lazımi tədbirlər görülməsinə baxmayaraq, gərək hər bir vətəndaş da öz töhfəsini versin. Tibb işçilərinin zəhmətini, operativ çalışmalarını da xüsusi olaraq təqdir edirik. Əminik ki, Uca Allah xalqımıza kömək olacaq, dünyanı bürümüş bu xəstəliklə mübarizədə ölkəmiz də öz müsbət töhfəsini verəcəkdir. Allah xalqımızı, dövlətimizi qorusun! "
Hebelə, " Ziyalılar Mərkəzi"i bütün üzvləri ilə könüllü olaraq Operativ Qərargahın işində yardımçı olmağa hazır olduğunu bəyan edib.
" Ziyalılar Mərkəzi"in Mətbuat Xidməti
Xəbərnur