Bu gün Nizami rayonu, Qara Qarayev prospekti 105 ünvanında yerləşən gözəllik salonlarından birində baş vermiş ağır zorakılıq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərov Patrulaz.az-a açıqlama verib.
O bildirib ki, daxil olan məlumat əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırmasına başlanılıb. Ekspertiza rəyi və prosessual araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.