Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şərqi Zəngəzur Regional bolməsinin təşəbbüsü vəLaçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında kənd təsərrüfatı mütəxəssislərin və fermerlərin iştirakı ilə müşavirə keçirilmişdir.Müşavirədə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şərqi Zəngəzur Regional bölməsinin rəisi, Heyvan Sağlamlığı və biotəhlükəsizlik şöbəsinin məsləhətçiləri, Kənd Təsərrüfatı Nazirliyinin yerli qrumlarının rəhbər və mütəxəssisləri iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda yerli icra hakimiyyətinə aid olan tapşırıqlar müzakirə edilmişdir.
Müşavirədə çıxış edən mütəxəssisiərin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi, heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi,heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması və Dövlət Proqramının digər bəndləri haqqında məlumatları dinlənilmiş, mövzulara uyğun hazırlanmış slayd nümayiş olunmuş, müşavirə iştirakçılarına bukletlər paylanılmışdır.
Sonda müşavirədə iştirak edən fermerləri maraqlandıran suallar cavablandırılmış, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin qaynaq xəttinin və Şərqi Zəngəzur Regional bölməsinin əlaqə telefonları elan edilmişdir.