• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Müəllimin 8 saatlıq iş rejimi şagirdlərə nə vəd edir...

Cəmiyyət / Sosial

2-12-2025, 10:53

Müəllimin 8 saatlıq iş rejimi şagirdlərə nə vəd edir...
Təhsil sektorunda 8 saatlıq iş rejiminin tətbiqi ilə bağlı müzakirələr getdikcə genişlənir və sözügedən dəyişiklik daha çox müəllimlərin iş yükü kontekstində izah olunur. Lakin yeni rejimin şagirdlərə mümkün təsiri də cəmiyyətin diqqət mərkəzində olan məsələlər sırasındadır. Xüsusilə dərs saatlarında dəyişikliklərin olub-olmayacağı, müəllim-şagird ünsiyyətinin necə formalaşacağı kimi suallar valideynləri düşündürür. Əsas narahatlıq isə bu yeniliyin tədrisin keyfiyyətinə, xüsusilə şagirdlərin qiymətləndirilməsi, biliklərin mənimsənilməsi və əlavə məşğələlərin təşkili kimi proseslərə təsiridir.

Mövzu ilə bağlı danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, hazırda 8 saatlıq iş rejimi əsasən müəllimin iş yükü kontekstində müzakirə olunsa da, bu qərarın ən mühüm tərəflərindən biri bilavasitə şagirdə təsirləridir.

“Təhsil sistemində hər dəyişiklik nəticə etibarilə şagirdin inkişafı, öyrənmə mühiti və fənlərin mənimsəmə səviyyəsinə yönəlməlidir. Əks halda, yalnız iş saatının artırılması təhsil keyfiyyətini yüksəltmir, sadəcə vaxtı uzadır.

Əvvəla, bu rejimin şagirdlərin dərs yükünə və tədris saatlarına təsiri barədə danışsaq, burada gözəçarpan fundamental dəyişiklik ehtimalı hələ görünmür. Yəni dərs saatlarının artırılması, fənlərin sayının dəyişməsi və ya şagirdin məktəbdə daha uzun qalması kimi konkret bir hədəf yoxdur. Bu addım daha çox müəllimin iş yerində keçirəcəyi ümumi vaxtın normativləşdirilməsi kimi görünür. Lakin mənim fikrimcə, yalnız vaxtın artırılması avtomatik şəkildə nəticə vermir – o vaxt necə bölünəcək, hansı işlərə sərf olunacaq, hansı hədəfə xidmət edəcək, bunlar strateji şəkildə müəyyənləşməlidir”.

Təhsil eksperti vurğulayıb ki, ikinci mühüm məqam müəllim-şagird ünsiyyəti və əlavə məşğələlər məsələsidir:

“Nəzəri izah budur ki, müəllim dərs bitdikdən sonra məktəbdə qalacaq, şagirdlərlə fərdi şəkildə çalışacaq, geridə qalanlara dəstək göstərəcək. Mən isə burada açıq şəkildə bir sual verirəm - mən bunu televiziyada da demişdim - dərs bitəndə hansı şagird müəllim yanında qalır? Zəng səsi çalan kimi hamı çantasını götürüb evə tələsir. Bunu real mühitdə görürük. Bu halda əlavə məşğələnin effektiv həyata keçməsi üçün sistemli stimullaşdırma lazımdır: şagirdin motivasiyası, valideynin münasibəti və ən əsası dərs prosesinin özündə lazımi boşluqların qalmaması.

Əgər yeni rejim müəllimə şagirdlə fərdi işləmək, konsultasiya aparmaq, əlavə izah vermək üçün real və planlı şərait yaratsa - bu, təbii ki, müsbət nəticə verə bilər. Amma əgər müəllim yalnız masa arxasında daha uzun oturacaqsa, iş keyfiyyəti deyil, sadəcə iş saatı artacaq. Təhsilin inkişafında isə əsas olan zamanın uzunluğu deyil, həmin zamanın tədrisə çevrilən məhsuldarlığıdır”.

Ə.Həsənli onu da əlavə edib ki, bu dəyişikliyin ümumi təhsil keyfiyyətinə təsirinin həm potensial müsbət, eləcə də riskli tərəflər var:

“Müsbət tərəfi odur ki, fərdi yanaşma güclənsə, qiymətləndirmə daha çevik və obyektiv olsa, ev tapşırıqlarının izahı dərsdə tam yerinə yetirilsə, şagirdin öyrənmə səviyyəsi artır. Amma riskli tərəfi də var: müəllim yorulacaqsa, əlavə saatlar formal öhdəliyə çevriləcəksə, bu, təkcə keyfiyyəti artırmaz, hətta müəllim motivasiyasını aşağı sala bilər.

8 saatlıq iş rejimi yalnız o zaman səmərə verəcək ki, müəllim məktəbdə keçirdiyi vaxtı real tədrisə, fərdi dəstəyə, inkişaf yönümlü fəaliyyətə çevirə bilsin. Əks halda, kağız üzərində gözəl görünən mexanizm real mühitdə istənilən təsiri göstərməyə bilər. Təhsildə əsas olan saatın çoxluğu deyil, o saatın faydalı yüküdür".

Oxunub: 100
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-04-2025, 09:24

Müəllimlərin bir stavka dərs yükü 12 saata endirilsin! - TƏKLİF

Cəmiyyət / Sosial

14-11-2025, 15:59

Əgər bu islahat səhv həyata keçirilsə...- Eks-deputatdan XƏBƏRDARLIQ

Cəmiyyət / Sosial

29-11-2025, 12:13

8 saatlıq iş qrafiki öncə bu məktəbləri əhatə edəcək - Ekspert AÇIQLADI

Cəmiyyət / Sosial

4-09-2025, 14:49

Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat / Sosial

19-06-2025, 15:28

Azərbaycanda saatlıq əməkhaqqı: kimlərin maaşı ARTACAQ...

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • Bugün, 20:58
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Bugün, 18:49
    Baş məşqçi istefa verdi
  • Bugün, 18:42
    Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə