• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Nazirliklərdə yeni müavin postları: bu sahədə kadr çatışmazlığı var

Cəmiyyət

19-02-2026, 14:13

Nazirliklərdə yeni müavin postları: bu sahədə kadr çatışmazlığı var
Prezident İlham Əliyevin fevralın 11-də keçirdiyi müşavirədə səsləndirdiyi tapşırıq dövlət qurumlarında yeni idarəetmə funksiyasının formalaşacağını göstərir. Nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin müəyyənləşdirilməsi bu sahələrin birbaşa idarəetmə səviyyəsində təmsil olunacağını da ortaya qoyur.

Əsas sual isə bu vəzifələrə kimlərin gətiriləcəyidir. Bu müavinlərin sırf texniki mütəxəssis, yoxsa idarəetmə təcrübəsi olan texnologiya yönümlü menecer olması, onların real funksional yükünü müəyyən edəcək əsas amildir. Eyni zamanda, Azərbaycanda hər bir nazirlik üzrə bu profildə kadrların mövcudluğu və mümkün çatışmazlığın hansı yollarla aradan qaldırıla biləcəyi də aktual mövzulardandır.

1500724

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili qeyd edib ki, dövlət idarəçiliyində institusional dizayn anlayışı çox vaxt nəzəri müzakirə mövzusu kimi səslənir. Halbuki bu yanaşma konkret idarəetmə qərarları ilə müşayiət olunanda real nəticə verir. Dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin müəyyənləşdirilməsi barədə verdiyi tapşırıq məhz belə qərarlardandır.

“Burada əsas məqam məsuliyyəti şəxsləndirməkdir. Rəqəmsallaşma və Sİ ilə bağlı planların illərlə konsepsiya səviyyəsində qalmasının əsas səbəblərindən biri də konkret cavabdeh fiqurun olmamasıdır. İndi isə bu sahə üzrə məsuliyyət ya yeni ştat, ya da mövcud müavinlərdən birinin üzərinə açıq şəkildə qoyulur”.

Deputat xüsusilə vurğulayıb ki, bu müavinlərin fəaliyyəti texniki xarakter daşımamalıdır.

“Onların işi kompüter almaq, proqram sifariş etmək, yaxud “IT hesabatları” ilə məşğul olmaq deyil. Əsas vəzifə idarəetməni sadələşdirmək, prosesləri yenidən qurmaq və rəqəmsal yanaşmaya keçidi təmin etməkdir”.
Onun sözlərinə görə, əgər vətəndaş bir xidmət üçün müraciət edirsə, onun bir neçə struktur arasında göndərilməsi artıq idarəetmə problemi kimi dəyərləndirilməlidir. Rəqəmsal yanaşmanın məqsədi məhz bu cür halları aradan qaldırmaqdır. Eyni zamanda illərlə yığılıb qalmış, real funksional dəyəri olmayan sənədləşmə tələblərinin azaldılması da bu müavinlərin gündəliyində olmalıdır.

“Qurum daxilindəki proseslərin kağız üzərində idarə olunması isə ayrıca problemdir. Bu proseslər rəqəmsal sistemlərə keçirilməli, aydın və ölçülə bilən mexanizmlər üzərində qurulmalıdır. Digər vacib məsələ müxtəlif informasiya sistemlərinin bir-biri ilə əlaqələndirilməsidir. Ayrı-ayrı sistemlər mövcud olsa da, onların “bir-biri ilə danışmaması” rəqəmsallaşmanın effektini azaldır”.

T. Mirkişili təhlükəsizlik məsələsinə də diqqət çəkib:

“Bütün bunlarla yanaşı, təhlükəsizlik məsələsi diqqətdən kənarda qala bilməz. Rəqəmsallaşma nə qədər genişlənirsə, kiberrisklər də bir o qədər artır. Bu baxımdan yeni müavinlərin işi sürət və rahatlıqla yanaşı, təhlükəsizlik balansını da qorumaqdan ibarət olacaq”.

“Nəticə olaraq, nazirliklərdə rəqəmsallaşma və süni intellekt üzrə məsul müavin klassik anlamda IT rəhbəri deyil. O, idarəetməni dəyişən, proseslərə müdaxilə edən və islahatları real icra müstəvisinə çıxaran menecer rolunu oynamalıdır. Bu tapşırığın əsas dəyəri də məhz burada ortaya çıxır” – o sonda qeyd edib.

1500725

Texno bloger Fərid Pərdəşünas isə qeyd edib ki, bu sahə kifayət qədər spesifikdir və onu hər kəs yerinə yetirə bilməz:

“Artıq nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul nazir müavinlərinin olması nəzərdə tutulur. Bu vəzifə klassik anlamda şirkətlərdəki baş texniki direktor səviyyəsində texniki post deyil. Yəni sırf texniki mütəxəssislər üçün düşünülmüş bir vəzifə deyil.

Mənim başa düşdüyüm odur ki, burada ingilis dilində “technical project manager” deyilən profildə kadrlar nəzərdə tutulur. Bu tip mütəxəssislər həm texnologiyanı dərindən anlayırlar, həm də idarəetmə qabiliyyətinə malik olurlar. Yəni həm texniki layihələrdən başı çıxan, həm də menecerlik bacarığı olan şəxslər”.

O qeyd edib ki, belə müavinlərin süni intellekt, kibertəhlükəsizlik, hökumət buludu və ümumilikdə rəqəmsallaşma prosesləri barədə geniş bilikləri olmalıdır. Eyni zamanda qərarvermə, koordinasiya və layihə idarəetməsi bacarıqları əsas şərtdir. Açıq desək, bu, çox unikal və spesifik bir vakansiyadır.

“Azərbaycanda bu profildə olan və bu vəzifəyə tam uyğun gələn insanların sayı çox azdır. Təsadüfi deyil ki, hazırda bir çox yerli şirkətlər bu tip funksiyaları icra etmək üçün Rusiyadan, Türkiyədən texniki layihə menecerləri dəvət edirlər. Onlar məhz layihələndirmə və proseslərin qurulması ilə məşğul olurlar”.

“Bu istiqamət üzrə nazir müavini əsasən digər nazirliklərlə, xüsusən də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə daimi əlaqədə olmalıdır. Eyni zamanda öz nazirliyində bütün texnoloji proseslərdən xəbərdar olub, real və tətbiq oluna bilən həllər təklif etməlidir” – sonda o qeyd edib.

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-09-2025, 09:44

Azərbaycanda iki nazirliyin birləşəcəyi GÖZLƏNİLİR

Gündəm

13-07-2023, 10:12

"İnflyasiya real gəlirlərə, aztəminatlı ailələrə mənfi təsir göstərir" — Deputat

Cəmiyyət

3-12-2021, 10:40

İcra Hakimiyyətlərinin ləğvinə doğru - İdarəetmənin Qarabağ modeli yaradılır

Cəmiyyət

17-08-2021, 09:29

SOCAR-da islahatlar: Nələr DƏYİŞƏCƏK?

Gündəm

10-03-2020, 14:07

Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • 4-08-2026, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • 4-08-2026, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • 4-08-2026, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • 4-08-2026, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • 4-08-2026, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • 4-08-2026, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 4-08-2026, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • 4-08-2026, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • 4-08-2026, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə