• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Saleh Məmmədov milyonları necə yoxa çıxarıb? - ŞOK İDDİALAR

Cəmiyyət

2-04-2026, 16:12

Saleh Məmmədov milyonları necə yoxa çıxarıb? - ŞOK İDDİALAR
Son zamanlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri (AAYDA) Saleh Məmmədovun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar ictimai və ekspert mühitində geniş müzakirə olunur. Xüsusilə onun Dövlət Agentliyinə rəhbərlik etdiyi dövr iqtisadi və institusional effektivlik baxımından təhlil edilir. Bu təhlillər göstərir ki, yol infrastrukturuna ayrılan büdcə vəsaitlərinin idarə olunmasında ciddi pozuntular baş verib. Bu sektor kapital tutumlu sahə olmaqla yanaşı, korrupsiya risklərinin yüksək olduğu istiqamətlərdən biridir.

İddialara görə, agentliyin regional idarələri faktiki iflas vəziyyətinə düşüb. Bu isə resursların qeyri-effektiv bölüşdürülməsi və fiskal intizamın pozulması kimi qiymətləndirilə bilər. Dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması iqtisadi cinayət əlamətləri yarada biləcək ciddi risk faktorudur. Ekspertlər hesab edirlər ki, bu kimi iddiaların hüquqi qiymət alması üçün müvafiq istintaq və audit nəticələri əsas götürülməlidir.

Digər diqqət çəkən məqam isə işğaldan azad edilmiş ərazilərdə çalışan işçilərin əməkhaqqı ilə bağlı səsləndirilən narazılıqlardır. Əgər əməkhaqqının ödənilməməsi və ya mənimsənilməsi faktları sübuta yetirilərsə, bu artıq əmək hüquqlarının pozulması ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər. Bu tip hallar sosial ədalət prinsipinə zidd olmaqla yanaşı, dövlətin bərpa və Böyük Qayıdış siyasətinə də zərbə vurur.

İnfrastruktur layihələrinin keyfiyyətsiz icrası ilə bağlı iddialar da iqtisadi baxımdan ciddi nəticələr doğurur. Keyfiyyətsiz yol tikintisi uzunmüddətli perspektivdə əlavə xərclərin yaranmasına səbəb olur. Bu isə “dövlət investisiyalarının effektivliyi” prinsipinin pozulması deməkdir. Aparılan texniki auditinin nəticələri bunları deməyə əsas verir.

Hesablaşmalar və ödəniş mexanizmlərində kobud pozuntuların olması ilə bağlı deyilənlər isə maliyyə nəzarəti sisteminin zəifliyinə işarə edir. Büdcə vəsaitlərinin xərclənməsi zamanı şəffaflıq və hesabatlılıq əsas prinsiplərdən sayılır. Əgər bu prinsiplər pozulursa, bu artıq maliyyə intizamının sistemli şəkildə zəiflədiyini göstərir.

İddialar arasında qeyri-rəsmi gəlir mexanizmlərinin formalaşdırılması, tender proseslərində şəffaflığın pozulması və maraq toqquşması hallarının olması da qeyd edilir. Bu kimi hallar “institusional korrupsiya” anlayışı çərçivəsində qiymətləndirilir.

Əgər vəzifəli şəxs dövlət qurumunu şəxsi maraqlar çərçivəsində idarə edirsə, bu artıq idarəetmə etikası və hüquqi normaların pozulması deməkdir. Dövlət agentliyi şəxsi mülkiyyət deyil və onun fəaliyyəti ictimai maraqlara xidmət etməlidir. Bu prinsipin pozulması isə həm iqtisadi, həm də hüquqi məsuliyyət yaradır.

Müasir iqtisadi idarəetmədə “hesabatlılıq”, “şəffaflıq” və “effektivlik” əsas indikatorlar hesab olunur. Bu indikatorların zəifləməsi dövlət institutlarına olan etimadı azaldır. Bu baxımdan, səsləndirilən iddiaların obyektiv araşdırılması və hüquqi qiymət alması vacibdir.

Modern.az-ın əldə etdiyi məlumatlara görə, bu yöndə araşdırma başa çatıb, proses hüquqi qiymət verilməsi mərhələsindədir.

Cəmiyyətin gözləntisi ondan ibarətdir ki, dövlət vəsaitlərinin idarə olunmasında hər hansı qanunsuzluq aşkarlanarsa, buna adekvat hüquqi reaksiya verilsin. Bu, həm preventiv mexanizm rolunu oynayır, həm də digər məmurlar üçün nümunə yaradır. İqtisadi cinayətlərin cəzasız qalması isə sistemdə mənfi presedent formalaşdırır.

Ümumən Saleh Məmmədovun fəaliyyəti ilə bağlı səsləndirilən iddialar ciddi və çoxşaxəli xarakter daşıyır. Hətta regionlar üzrə rəhbər şəxslər dindirildiyi və onun həbsinin qaçılmaz olduğu da bildirilir.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli saytımıza açıqlamasında vurğulayıb ki, dövlət vəsaitlərinin qeyri-effektiv istifadəsi, tender proseslərində şəffaflığın pozulması, əməkhaqları ilə bağlı problemlər və və sair bu kimi məsələlər dövlət qurumlarının çoxuna xas olan problemlərdir. Hesablama Palatasının auditor hesabatlarında əks olunan belə halların qabarıq şəkildə özünü göstərdiyi qurumlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir:

“Hesablama Palatası hər il dövlət qurumlarınada keçirdiyi yoxlamarın nəticələrini açıqlayanda görürük ki, onların arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində keçirdiyi yoxlamaların nəticələri də yer alıb. Dövlət Agentliyinin balansında olan asfalt-beton örtüklü avtomobil yollarının uzunluğunda illər üzrə artım müşahidə olunsa da, 2020-ci ilin sonuna olan məlumatlara əsasən, qeyri-asfalt-beton yollarının uzunluğu 6 713,3 km (o cümlədən 919,3 km olan qara, 5 738 km olan çınqıl-qırmadaş, 56 olan torpaq örtüklü) təşkil edib. Sənədə əsasən, bu da yolların ümumi uzunluğunun 37,9%-lik əhəmiyyətli hissəsində yol hərəkətinin iştirakçılarına daha rahat və təhlükəsiz hərəkət etmələri üçün zəruri şəraitin hələ də yaradılmadığını göstərir. Bir sıra hallarda tikildikdən bir müddət sonra yolların bəzi sahələrinin dağılması, çökmələr və çatların olması, layihədə nəzərdə tutulan bəzi konstruktiv elementlərin, o cümlədən suötürücü boruların, hidroizolyasiyanın və deformasiya rezinlərinin quraşdırılmadığı və sair bu kimi nöqsanlar ictimaiyyətə məlum məsələlərdir”.

Deputat qeyd edib ki, dövlət qurumlarında idarəetmənin və tənzimlənmənin səmərəliliyinin, şəffaflığının və risklərin idarə edilməsinə,o cümlədən sözügedən problemlərin aradan qaldırılmasına kopleks yanaşılması daha böyük effekt verə bilər:

“Belə ki, bir sıra qurumlarda daxili audit funksiyasının obyektivliyi və müstəqilliyi baxımından hələ də problem qalmaqdadır: bu isə sözügedən problemlərin vaxtında aşkarlanıb, aradan qaldırılması işini ləngidir. Bu baxımdan dövlət qurumlarının idarəetmə keyfiyyəti rtırılmalı, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmləri daimi təkmilləşdirilməli, bu işdə səmərəli qurulmuş daxili auditin rolu artırılmalıdır. Ona görə ki, beynəlxalq praktikadan, eləcə də öz praktikamızdan məlumdur ki, daxili nəzarəti olmayan və ya zəif təşkil edilən qurumlarda maliyyə hesabatlarının etibarlılığı da aşağı olur. Daxili audit təkcə təşkilatın maliyyə aspektlərini yoxlamır, həm də qurumun ümumi idarəetmə proseslərini, əməliyyat effektivliyini və proqramların səmərəliliyini qiymətləndirir”.

“Məlum olduğu kimi, rəqəmsallaşma, süni intellekt alqoritmləri anomaliyaları, potensial saxtakarlığı və riskli əməliyyatları real vaxtda aşkarlayaraq auditin keyfiyyətini yüksəldir. Ona görə də dövlət qurmlarında idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqmətində fəaliyyətin dairəsinin genişləndirilməsi zəngirvari reaksiya xarakteri alıb şəffaflığın və hesabatlılığın obyektifliyinin artırılması, sözügedən problemlərin aradan qldırılması daxil olmaqla, nəticəliliyin artmasına, bu isə öz növbəsində hədəflənmiş məqsədlərinin böyük hissəsinə nail olmağa imkan verər”, - Ə.Məsimli vurğulayıb.



Milli Məclisin hüquqşünas deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı məsələ müzakirə mövzusudur. Xüsusilə Saleh Məmmədov vəzifəsindən kənarlaşdırılandan sonra bildirilir ki, onun quruma rəhbərlik etdiyi dövrlə bağlı araşdırmalar gedir:

“Araşdırmaların nəticəsi olaraq hansı məqamların üzə çıxması da maraq doğurur. Bu müddət ərzində yollarımızda problemlərin olması ilə bağlı mütəmadi olaraq fikrimizi bildirmişik. Təəssüflər olsun ki, dövlət vəsaiti hesabına ayrılan pullarla çəkilən yollarımızın heç də hər zaman keyfiyyətli olmaması sirr deyil. Çəkilən yollarda çökmələrin baş verməsi, asfalt örtüyünün yağış yağıntılarından sonra çatların əmələ gəlməsi, örtüyün sıradan çıxması onu deməyə əsas verir ki, heç də hər zaman keyfiyyətə diqqət verilməyib. Bu mənada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı tənqidi fikirlər cəmiyyətdə səsləndirilib. Bu məsələlər ciddi araşdırılmalıdır”.

Deputat bildirib ki, Azərbaycanda çox böyük infrastruktur layihələri həyata keçirilməkdədir, xüsusi ilə işğaldan azad edilən bölgələrimizdə bu məsələlərə ciddi nəzarət olmalıdır:

“Səhv etmirəmsə Laçında yağışdan sonra rayon yolunun çökməsi ilə bağlı faktlar da oldu. Respublikanın digər ərazilərində, xüsusilə Bakı şəhərində yol örtüklərinin heç də hər zaman keyfiyyətli olmaması sirr deyil və bu Saleh Məmmədovun quruma rəhbərlik etdiyi dövr ciddi şəkildə araşdırılmalıdır. Təmsil etdiyim Sabunçu rayonunda da ciddi yol problemləri var”.

A.Əlizadə bildirib ki, o deputat olduğu dövrdə problemlərlə bağlı bu quruma dəfələrlə müraciət edib:

“Son 1 il yarımda Saleh Məmmədova rəsmi sorğular, müraciətlər ünvanlamışam, xüsusilə də Balaxanı qəsəbəsinin girəcəyində olan həm əsas, həm məhəllələr arası yollarla, Ramana qəsəbəsində ciddi yol infrastrtukturunun təmin olunması ilə bağlı məktublar ünvanlamışam. Ciddi problemlər var və fəsadları hələ də qalmaqdadır. Ümid edirəm yeni rəhbərlik bu məsələlərə olduqca ciddi yanaşacaq”.

“Agentliyin iş verdiyi bütün yol istismar idarələrinin hər birinə nəzarət etmək çətin olsa da, rəhbər şəxs olaraq bu məsələlərə məsuliyyət daşıyan şəxslər var və rəhbər şəxs olaraq bu məsələdən kənarda qala bilməzlər. Mütləq mənada yeni rəhbərlik bu məsələlrə diqqət yetirməli, dövlət büdcəsi təyinatı üzrə xərclənməli, onun istifadəsinə ciddi nəzarət olmalıdır” – sonda o qeyd edib.



Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Saleh Məmmədovun Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olduğu dövürdə ölkədə 10 min kilometrlərlə yollar çəkilib:

“Demək olar ki, bütün istiqamətlərdə avtombil yol infrastrukturu yenidən qurulub bərpa edilib. Lakin həmin yolların keyfiyyət məsələsi ictimaiyyət arasında zaman-zaman gündəmə gəlib. İndi isə onun yerinə yeni rəhbər təyin olunub və yəqin ki, dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyi, o cümlədən şübhəli layihələr müəyyən olunduğu halda tikitinin icra vəziyyəti araşdıralaraq müvafiq addımlar atılacaqdır” – o vurğulayıb.

1510664

İqtisadçı hüquqşünas Əkrəm Həsənov isə iddiaların hər birinin özünü doğruldacağından şübhə etmədiyini bildirib.

Oxunub: 65
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-02-2026, 15:23

Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir

Cəmiyyət

12-02-2026, 14:47

Biznesmen deputatın “gizli media şəbəkəsi”: Məşhur Məmmədov yeni qalmaqalın mərkəzində

Cəmiyyət

6-02-2026, 20:19

Prezident Saleh Məmmədovu İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT

Cəmiyyət

3-05-2022, 12:36

Universitet müəllimindən əxlaqsız təklif... - DİN iddialara cavab verdi

Gündəm

29-11-2021, 14:35

Zəfər Amnistisiyası Saleh Rüstəmova da tətbiq edilə bilər

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə