• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sağ ikən “öldürülən” məşhurlarımız - Xəbərdən 4 gün sonra ölən də var

Cəmiyyət

21-05-2020, 15:50

Ara-sıra mətbuat məşhur simaların ölüm xəbəri ilə çalxalanır. Adi şayiə böyük səs-küyə səbəb olaraq, "ölən" insanın yaxınları, sevənləri üçün böyük bir narahatlığa səbəb olur. Bəzən isə mətbuat məsələnin əslin öyrənmədən, "qara xəbəri" manşetlə tirajlayaraq, daha ciddi fəsadlara yol da aça bilir.

Sağ ikən “öldürülən” məşhurlarımız - Xəbərdən 4 gün sonra ölən də var


Eynən, dünən Xalq artisti, Zeynəb Xanlarovanın yayılan ölüm xəbəri kimi...
Səhər gözümüzü açar-açmaz bu ölüm xəbərini eşidib, məyus olduq. Hətta Xanlarovanın pərəstişkarları, onun sosial şəbəkə hesablarına başsağlığı şərhləri yazmağa başlayıb. Bir sıra məşhur insanlar isə Xalq artistinin fotosunu paylaşaraq ona, Allahdan rəhmət belə diləyiblər.Sonradan Zeynəb Xanlarova "dirilərək" sağ olduğunu, səhhətində isə heç bir problem olmadığını açıqlayıb.

Sözsüz ki, bu cür xəbərlərin yayılması nə ilkdir, nə də son olacaq.

Bəzi sənətçilərin dəfələrlə ölüm xəbəri yayılıb, sonradan onlar da "dirilib". Bəzilərinə isə sanki insanların istəyi ilə ölüm tələsərək, əbədiyyata qovuşdurub.

Milli.Az ölkə.az-a istinadən bu məşhurların siyahısını təqdim edir:.

"Faytonçu" Nazim

Azərbaycanda tanınmış müğənni məhkəmədə uduzdu

2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı. Sonradan bu xəbərin şayiə olduğu məlum olmuşdu.

Qeyd edək ki, həmin ərəfədə müğənni ağır xəstəlikdən əziyyət çəkirdi.

Anar Nağılbaz

Məşhur reper Anar Nağılbazın hələ sağ ikən bir neçə dəfə ölüm xəbəri yayılıb. Sonradan bu xəbərlər təsdiqini tapmasa da, o, 4 avqust 2018-ci ildə həyatla əbədi olaraq vidalaşıb.

Samir Bağırov

Ekstravaqant müğənni Samir Bağırov da tez-tez ölüm xəbəri yayılan məşhurlardandır. Buna səbəb isə onun uzun illərdir səhnədən uzaq qalması, insanlarla ünsiyyətdən qaçdığı göstərilə bilər.

Könül Xasıyeva

2018-ci ilin aprel ayında sosial şəbəkələr Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri ilə çalxalandı. O zamanlar sənətçi uzun müddət idi ki, sağlamlığında problemlər yaşayırdı. Daha sonra isə xalq artistinin özünün yox, xalasının vəfat etdiyi məlum olmuşdu.

Hacı Nuran

2018-ci ilin iyun ayında sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılmışdı. Qeyd edək ki, teleaparıcı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Coşqun Rəhimov

Əməkdar artist, "Bu şəhərdə" komandasının üzvü Coşqun Rəhimov da "ölüb -dirilən" məşhurlardandır. 2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə onun öldüyü bildirilmişdi.

Meyxanaçı Kərim

2017-ci il aprel ayında meyxanaçı Kərimin xəstəxanada ağır vəziyyətdə olması, onun ölüm xəbərinin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, sənətçi beyninə qan sızması nəticəsində komaya düşmüşdü.

Kübra Əliyeva

2016-cı ilin oktyabr ayında əməkdar artist Kübra Əliyevanın ölüm xəbəri yayılmışdı.

Musa Yaqub

Xalq şairi Musa Yaqubun 2019 cu il iyulun 4-də vəfat etməsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında məlumat yayılıb. Şairin yaxın dostu, həmkarı Sabir Rüstəmxanlı məlumatı təkzib edərək bildirib ki, xəbərlər həqiqəti əks etdirmir.

Hüseyn Dərya

2010 - cu ildə reper Hüseyn Dərya hələ sağ ikən "öldürülən" məşhurların qoşulmuşdu. Xəbəri reperin özü "Hələ, sağam" sözləri ilə təkzib etmişdi. Uzun müddət narkotikdən istifadə etməsi, bu şayiənin yayımasına şərait yaratmışdı

Qeyd edək ki, Hüseyn 2014-cü il mart ayınınn 15-də avto qəzaya düşərək həlak olub.

Habil Əliyev

2015-ci ilin sentyabr ayında sosial şəbəkələrdə xalq artisti, kaman ustası Habil Əliyev dünyasını dəyişməsilə bağlı məlumatlar yayılıb. Sənətçinin ürək çatışmamazlığından əziyyət çəkməsi və bu səbəbdən də komaya düşməsi bu xəbərin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, Habil Əliyev xəbərin yayılmasından 4 gün sonra, 8 sentyabrda vəfat edib.

Yaşar Nuri

Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin haqqında nə az, nə çox düz 4 dəfə ölüm xəbəri yayılmışdı. O zamanlar qaraciyər serrozundan əziyyət çəkən aktyor həyatının 4 ilini xəstəxanada keçirmişdi. Bu vəziyyətdə hər dəfə onun ölüm xəbərinin yayılmasına gətirib çıxarırdı. 2012-ci il 22 noyabrda Yaşar Nurinin yayılan ölüm xəbərinin doğruluğu isə, uzun müddət sevənlərini məyus edir.

Əli Mirəliyev

2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə müğənni Əli Mirəliyevin ölüm xəbəri yayılır. Sənətçi özü bu haqda belə deyir:

"Deyirlər ki, rəhmətə getmişəm. Bəzi saytlar pul qazanmaq üçün ayda 1 dəfə məni öldürür. Mən öyrəncəliyəm onların işinə, gah deyirlər öldü, gah deyirlər maşın vurdu. Ömrü verən və alan Allahdır. Özü bilən məsləhətdir. Atamın yanında qəbrimi qazıblar, hazır qoymuşam. Demişəm ki, xərcə düşməsinlər. Əzrail gələndə sorğu-sualsız aparır. Qorxuram ki, bir gün öləndə heç kim inanmaya".

Baloğlan Əşrəfov

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə "ölüb- dirilənlərdəndir".

O zamanlar saytlarından biri onun ölüm xəbərini yaysa da, sonradan məlumatı təkzib etmişdi.

Müğənni açıqlamasında, bu xəbəri yayanları qınamışdı.

"Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdır mənə qarşı. Başqa nə ola bilər ki? Əzizlərim, doğmalarım eşidib narahat olurlar".

Xalq artisti, cazmen Cavan Zeynallı

2019-cu ilin sentyabr ayında sosial şəbəkələrdə Xalq artisti, casmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Xalq artisti özü bu haqda belə deyir:

"Belə adamlar "xəstə"dir, beyinləri işləmir. Onların sayları da çoxdur. Həmin "xəstə"lərin müalicəsi ilə məşğul olan həkimlərin isə sayı azdır. Onlar mənim kimi tanınmış adamların ölümü ilə zarafat edirlər. Cavanı öldürüb sensasiya etdilər, əvəzində yaxşı pul qazanırlar. Biz mədəni adamlarıq".

Gəlin, əsası olmadan insanları təşvişə salmayaq. Onsuz bir gün yaranan, bir gün gedəcək. Ölümü tələsdirməyin....


Aysu Səlim

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

Şou-biznes

19-05-2020, 22:59

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

Mədəniyyət

19-05-2020, 18:26

Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı - Qardaşı qızından açıqlama

Dünya

14-03-2020, 11:26

Ekvadorda koronavirusdan ilk ölüm qeydə alındı

Şou-biznes

13-02-2020, 17:08

Xalq artisti Rəfael Dadaşovun xəstəliyi məlum olub.

Mədəniyyət

14-10-2019, 12:04

Azər Axşamın öldürülməsi — XƏBƏRİ YAYILDI

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Dün, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • Dün, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • Dün, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • Dün, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • Dün, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • Dün, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • Dün, 09:10
    "Brent" ucuzlaşdı
  • Dün, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • Dün, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • Dün, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • Dün, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • Dün, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • Dün, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • 24-06-2026, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • 24-06-2026, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • 24-06-2026, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • 24-06-2026, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • 24-06-2026, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • 24-06-2026, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • 24-06-2026, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • 24-06-2026, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
  • 24-06-2026, 09:21
    Türkanda avtomobil piyadanı vuraraq öldürdü
  • 24-06-2026, 09:17
    Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
  • 24-06-2026, 09:14
    İlon Mask trilyonçu statusunu itirdi
  • 24-06-2026, 09:11
    İranın parlament sədri Azərbaycana gəldi
  • 24-06-2026, 09:09
    "Brent" ucuzlaşdı
  • 24-06-2026, 09:07
    Prezident onları təltif etdi - SƏRƏNCAM
  • 24-06-2026, 09:04
    Ziya Öztürkler Bakıdadır
  • 24-06-2026, 09:02
    Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
  • 24-06-2026, 08:58
    Ronaldo rekorda imza ATDI
  • 23-06-2026, 16:58
    Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
Daha çox
Dün, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
Dün, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
24-06-2026, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
23-06-2026, 13:27
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə