• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aydın Ulusoyun Baxış bucağı

Cəmiyyət

26-05-2020, 17:24

Yazıq Abituriyent


Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən.





Aydın Ulusoyun Baxış bucağı


Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin. Yoxsa neynirsən açıq sualları, 5 dənə guya yazsan nolacaq, yazmasan nolacaq, lap 10 -nu olsun alim olan deyilsən ki? Camaat ödənişlidə oxuyur, bəyəm pulları azalır? İndiki zamanda əsas puldu. Oxumaq nədi eee? Havayı vaxt itirmək!!! Görürəm də oxuyanları. Məncə «savadlı» və «savadsız» sözlərini artıq arxaizm hesab etmək lazımdı, voobşe mənə görə lüğətdən də çıxarmaq olar. Kimə lazımdı? Əşi, indi oxumaq ancaq müəllimlərə lazımdı və başqa heç kimə. Yazıqlar ömürlərinin sonuna kimi elə hey oxuyur, imtahan verirlər ən az maaş da alan onlardır. Adamı gülmək tutur. İndi repetitorluqla məşğuldurlar, day neyləsinlər çörəkləri ondan çıxır, azca axsasalar kim gələcək onların yanına? Yenə hər uşaqdan 60-70 manat cib xərci edirlər də. Bu Azərbaycan dili və ədəbiyyat fənnini qəbulda ayırmaq lap onlara əl verdi. Bunu fikirləşənin atasına rəhmət. Yoxsa dil müəllimlərini lap pis çıxmasın lom yerinə qoymuşdular iki fənnə eyni qiymət. Elə şey olar? Camaat fizikadan, nə bilim kimyadan bir fənnə eyni pul alır, bu həm Azərbaycan dili keçir, həm ədəbiyyat, iki fənnə eyni qiymət. İnsafsızlıqdı. Belə də ki, indi ədalət öz yerini tutdu. Müəllimləri demirəm bizi- abituriyentləri deyirəm, lazım idi hələ bir ədəbiyyat oxumaq? Lap ağın çıxarıblar. Az qala desinlər gedin fransa, italiya ədəbiyyatını da oxuyun. Onlar Azərbaycan ədəbiyyatını bilirlər, mən də onların ədəbiyyatını öyrənim? Yaxşı ki, Eurovision -2012 oldu. Yoxsa hardan biləcəkdilər ki, Bakı Azərbaycanın paytaxtıdır, Xəzərin sahilində yerləşir.

«Oxumaq, oxumaq, yenə də oxumaq!» deyəsən bunu rəhmətlik Lenin baba demişdi, mamadan eşitmişəm. Amma mama bunu səhv anlayır. Lenin bildiyimə görə çox uzaqgörən adam idi. Kişi bilirdi ki, vaxt gələcək Şou- biznes deyilən bir termin yaranacaq və bu cəmiyyətdə tüğyan edəcək. Kim oxusa onun pulu, evi, maşını olacaq. Kim iki dəfə oxusa iki maşını, iki dəfə çox pulu olacaq. Kim onun dediyi kimi 3 dəfə oxusa, axı deyib də " oxumaq, oxumaq yenə də oxumaq" lap kef eləyəcək. Özü üçün gedəcək Bodruma, Londona, nə bilim canım sizə desin Misirə piramidalarda şəkil çəkdirəcək, «Versace», «Dolce gabbana»dan geyinəcək elə bir ayaqqabısı «roberto botticelli» olsa bəh bəh bəh. Yox, kişi uzaqgörən olmağına söz ola bilməz, indi camaatdı da qazançanı tapança eşidir onun bir günahı yoxdu.

Guya ki, Universiteti fərqlənmə ilə bitirdin noldu, bitirmədin noldu? Biri var ali təhsillidi. Elə ağız dolusu «Mən ali təhsilliyəm» -deyir ki! adama deyərlər hanı diplomların? Deyəcək şkafdadı, hələ bir lovğa — lovğa gedib gətirəcək də, Allah ətivi töksün. Bir für görüm, diplomların tozundan göz — gözü görmür, otağı bir toz- duman bürüsün ki. Kimə lazımdı? Çoxusu şöhrətə oxuyur. Bilmirəm guya? Yox, yox deməklərinə baxma, rus demiş «в глубине души» ( ürəklərinin dərinliklərində, əlçatmaz yerində) yaxşı bilir ağ ağdı, qara qaradı. Oxumaq boş şeydi. Mahnı oxumağa demirəm haa. Kitab oxumağı nəzərdə tuturam. Bir çoxları bilməz (bu sözdə arxaikləşmə gedir ondan), qoy izah edim. Kitab — üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cilidlənmiş, indiki zamanda bəzən surəti çıxarılmış, yəni kserokopiya edilmiş nəşriyyat növüdür. Deyəsən qəliz oldu. Nə isə elə vacib bir şey deyil dəqiq bilməsəniz də olar. Canı sağ olsun internetin, saytların. Necə də bu sözləri sevirəm, qulağa xoş gəlir, sevirəm də bu neologizmləri. Heyf deyil yenilikləşmə, müasirləşmə, avropalaşma. Hər axşam atamla (uşaqlıqdan bizi məcbur edib ki, ata deyək, papa deyə çağıranda cavab vermirdi, indi day öyrəşdik ata deyirik. Hələ də bu yaşıma çatdım, anlaya bilmədim fərqi nədi ee, papa ya ata? Hər nəsə, ixtiyar sahibidi deyir ata demək ata. Oyan -buyan eləsək yenə də ata) mübahisə edirəm, düzdü ağzım nədi, duram fikrimin üstündə amma YVG eliyirəm, başqa yol qoyub ki? Onun bir yolluq fikri budur ki, «müəllim yanına getdi var, döndü yoxdu». Deyir :" Bala var dövlətini əlindən alarlar, başındakı biliyi ala bilməzlər" Offf bu sovetski atalar sözləri, qınamıram ee, amma indiki zəmanədə başındakını da alarlar, lap o tərəfə keçərlər. Mənə lazımdı!!? İndi bacarıqlıların zəmanəsidi. Biri var, öndə gedən Universitetlərdən birini bitirib, CV verəndə Mühafizə işinə verir. Day diplomunu gizlət, bilən olmasın ki, əlində o boyda kağızın var. Gül kimi feyzdə keçirməli vaxtını durub nəyə xərcləmisən, sonra da daxil oldun ali təhsil ocağına. Qohum -əqrəba təbrikə gəldi ki, ay bala nənələr demiş «məktəb oldun». Lap doluyublar adamı, demirlər ki, əsas boy buxundu, onu da Allah versin, ya da uşaqlıqda mama çoxlu yerkökü, balıq, qatıqdan, pendirdən versin ki, kalsiumun çox olsun, verəsən boya olasan şkaf, get işdə, kef elə. Heyif deyil mühafizəçilik? Gecə smende ya xorulda, başıvı at yat, ya da facebookda, internetin küçələrində veyillən özün üçün. Ayın axırı 300-500 manatıvı qoy cibinə, dünya sənin olsun. Düzdü o pula ilə saxlamaq olmur, heçnə olmaz, sənə kim deyir ee get evlen. Bir gözde 30-zu keç, ondan sonra ya Allah Kərim. Ən sevdiyim sözlərdən biri «baxarıq».

Bircə onu bilirəm ki, qonşumuzda biri var, qızı sözünə baxmayanda qarğıyır ki, " Görüm səni müəllim olasan". Müasir folklordu da. Yəni min zillətlə oxuyub diplom alasan, sonra işə düzələ bilməyəsən, əziyyətin yerdə qalsın. Ya da ikinci variant — gedib işə düzəlmək üçün yenə imtahan verəsən, bal yığsan da qıraqda qalasan yana- yana. Tarix müəllimi də olsan, ingilis dili də fərq etməz bilmirsənsə yarısının yarısının yarısının 3 misli 24 olub onun üstünə də 8 gəlib cavabı 45 dir, day sənin tarix müəllimi kimi Səfəvilərin 18 əsrdə necə böyük xanlıq qurduğundan danışmağa haqqın yoxdu, nə də day demə ki, mən Azərbaycan dili və Ədəbiyyat müəllimiyəm, bəs gəlin sizə öyrədim Hüseyn əfəndinin 6 pərdəli şah əsəri olan "İblis" faciəsi 1909 -cu ildə səhnələşdirilib.

Ehh, deməklə bitməz, Allah valideynlərimizin canın sağ eləsin qoymurlar zövq -səfa içində dolanaq, biz sizdən nə istəyirik? -İki göz ,bir əyri monitor, bir də ayda düz 20 manat pul ki, internet çəkək. Bundan yaxşı övlad? " Sənin evini internet yıxacaq!"- deyrsiz — hansı evi? Tikməyə vaxt olub ki, yıxsın, siz Allah, qoyun oturaq oturduğumuz yerde. O da düzələcək. Cəlil demiş vallahi, billahi, tallahi yaxşı olar, hər zamanın bir dəbi var, bizim zamanın dəbi facebookdu, likedı. Guya atamın, ya anamın zamanında internet olsaydı, onların facebookda, ya odnoklassnikdə, vkontaktedə profili olmayacaqdı, müəllim yanına gedib, super oxuyacaqdılar. Deməyə nə var, inanan daşa dönsün. Qınamayın məni, zəmanə oğluyam, onlar da öz zamanlarının. Neylək bizimki də belə gəlib.

Oxunub: 703
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-05-2020, 11:59

Aydın Ulusoyun Baxış bucağı

Maraqlı

7-05-2020, 20:29

Aydın Ulusoyun Baxış bucağı

Maraqlı

16-02-2020, 13:14

Cütlüklər arası davaların çoxu seks ilə bitir

Mədəniyyət

1-11-2019, 10:36

“Özümü pulla piar etmirəm” – Sevda “O səs Türkiyə” haqda

Sosial

10-10-2019, 10:58

Bu rayonda qaz olmayacaq

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
Dün, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
17-06-2026, 09:07
Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
Son xəbərlər
  • Dün, 16:58
    Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
  • Dün, 16:41
    Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
  • Dün, 16:38
    Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi
  • Dün, 16:37
    Sabah yağış, rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 16:35
    Ahıl valideyninə görə işləməyənlərə müavinət veriləcək? – RƏSMİ AÇIQLAMA
  • Dün, 16:26
    Türkiyə və Ermənistanın nəqliyyat nazirləri görüşü - Yollar açılır
  • Dün, 16:03
    Dövlət qulluqçularının yaş tərkibi açıqlandı - maraqlı statistika
  • Dün, 15:23
    Berdiməhəmmədov Füzulidən Türkmənistana qayıtdı - FOTO
  • Dün, 15:14
    Bülbülün ev-muzeyinə getdilər - Fotolar
  • Dün, 15:09
    AAYDA-da bu vəzifələrə yeni təyinatlar oldu
  • Dün, 14:17
    Litva hökuməti istefa verdi
  • Dün, 14:15
    Yeni əməkdaşlar and içdilər
  • Dün, 14:13
    ADY sədri Çindədir
  • Dün, 14:11
    İmişlidə bir neçə ticarət obyekti yanır
  • Dün, 13:49
    Dövlət başçıları Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
  • Dün, 13:47
    Bakı Zooparkı ləğv edilir
  • Dün, 13:27
    Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
  • 20-06-2026, 09:34
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
  • 20-06-2026, 01:16
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 14:48
    Aşura günü qanvermə aksiyası keçiriləcək - ÜNVANLAR
  • 19-06-2026, 14:19
    Prezident diplomatik xidmətlə bağlı yeni dəyişiklikləri təsdiqlədi
  • 19-06-2026, 11:51
    Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
  • 19-06-2026, 11:14
    Deputatlar bu gün 14 məsələ müzakirə edəcək
  • 18-06-2026, 17:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
  • 18-06-2026, 16:47
    Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
  • 18-06-2026, 13:29
    İlham Əliyev qəbul keçirdi - FOTOLAR
  • 18-06-2026, 08:59
    II və III qrupların imtahan NƏTİCƏLƏRİ
  • 17-06-2026, 11:21
    Sertifikasiya imtahanları BAŞLADI
  • 17-06-2026, 09:35
    Qarabağa qayıdış sürətlənir: Şükürbəyliyə 45 ailə köçdü
  • 17-06-2026, 09:15
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu
  • 17-06-2026, 09:07
    Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
  • 17-06-2026, 09:03
    Tarixi görüşün yeri açıqlandı
  • 16-06-2026, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • 16-06-2026, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • 16-06-2026, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
Daha çox
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
18-06-2026, 17:35
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
Dün, 13:27
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
Dün, 13:49
Dövlət başçıları Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Dün, 15:14
Bülbülün ev-muzeyinə getdilər - Fotolar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə