
"Narkotik asıllığı olan insanların koronavirusa yoluxması halına rast gəlməmişik”.
Bunu açıqlamasında narkoloq Asif Məmmədov deyib. Narkoloq qeyd edir ki, pandemiya narkoloqların işinə heç bir təsir etmir:
"Əgər alkoloq, yaxud da narkotik qəbul edən koronavirusa yoluxarsa, onların ölüm təhlükəsi böyükdür. Onların immun sistemi zəif olur. Hətta belə xəstələr cavan olsalar da, onların həyati təhlükəsi var.
Biz məhdud sayda xəstələr görürük. Gərək belə xəstələr daha ciddi olsunlar. Əgər narkotik xəstə koronavirusa yoluxarsa, onun müalicəsi çox vaxt aparacaq”.