• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində,,,

Cəmiyyət

24-06-2020, 15:06

Unudulmaz obrazlar yaradan sənətkar


Bu gün Xalq artisti Ağadadaş Qurbanovun anım günüdür


Günay Məlikli ilə əslində,,,


Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanovun vəfatından 55 il ötür.

Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun "Sabirin məhkəməsi" adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin "Fırtına" adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.

1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan "Fəhlə Uşaqları Teatrı"na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar Teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının "Aydın" əsərində Aydın, F.Şillerin "Qaçaqlar" əsərində Karl Mor, N.V.Qoqolun "Müfəttiş" əsərində Xlestakov, M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun "Hacı Qəmbər" əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.

Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın "Sevilya ulduzu" əsərində Sanço, V.Şekspirin "Otello" əsərində Otello, H.Cavidin "Şeyx Sənan" əsərində Şeyx Sənan, "Səyavuş" əsərində Səyavuş, "İblis"də İblis, C.Cabbarlının "Almas" əsərində Mirzə Səməndər, "Od gəlini" əsərində Əbu Übeyd, "Dönüş" əsərində Ötgün, R.Əlizadənin "Qış nağılı" əsərində Kamillo, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, S.Rəhmanın "Toy" əsərində Dəmirçi Musa, S.Vurğunun "Vaqif" əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.

Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacarıb. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaradıb.

Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin "Şeyx Sənan" əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.

Aktyor 1943-cü ildə respublikanın "Əməkdar artisti", 1954-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

A.Qurbanov, eyni zamanda mahir kino aktyoru idi. "Koroğlu" filmində Həsən xan, "Bir qalanın sirri"ində Usta, "Bizim küçə" filmində Bəhram, "Qızmar günəş altında" filmində professor, "Telefonçu qız" filmində Zakirin atası və s. rollarda çəkilib. Aktyorun Azərbaycan kinosunun incilərindən olan "Arşın mal alan" filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir.

O, müğənni Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.

Sənətkar 1965-ci il iyunun 22-də faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.

A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur.

Günay Məlikli

Oxunub: 884
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

13-06-2020, 15:47

Günay Məlikli ilə əslində....

İdman

13-06-2020, 15:40

Ruslan Qurbanov "Keşlə" ilə vidalaşıb

Mədəniyyət

6-06-2020, 01:15

Günay Məlikli ilə əslində...

Mədəniyyət

29-02-2020, 10:11

Azərbaycanın xalq artisti vəfat etdi

Video

16-10-2019, 11:53

Bakıda işədüzəltmə adı ilə insanları belə aldadırlar — VİDEO

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Son xəbərlər
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
  • Dün, 12:00
    Meşəyə insan gəlib... - Video
  • Dün, 11:57
    Mətbuat katibi Tibb Mərkəzindəki işindən ayrıldı
  • Dün, 11:54
    Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
  • Dün, 11:53
    Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
  • Dün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Dün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • 30-07-2026, 10:11
    Sabiq deputata vəzifə verildi
  • 30-07-2026, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • 30-07-2026, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • 30-07-2026, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • 30-07-2026, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • 30-07-2026, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • 30-07-2026, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • 30-07-2026, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • 30-07-2026, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə