• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT

Cəmiyyət

3-07-2020, 19:32

Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT

Bakıda və Azərbaycanın bir sıra şəhərlərində xüsusi karantin rejimi iyulun 20-dək uzadılıb. Bundan başqa, karantin rejiminin şərtləri sərtləşdirilib. Belə ki, Bakıda metropoliten fəaliyyətini dayandıracaq, istirahət günləri isə ictimai nəqliyyat ümumiyyətlə, işləməyəcək.

Sual yaranır: bəs niyə belə oldu? Səbəb nədir ki, dövlət qurumları artıq 5-ci aydır koronavirus pandemiyasına qarşı mübarizə aparır, büdcədən milyardlarla manat xərclənir, rəsmi strukturlar gücləndirilmiş iş rejimində çalışır, amma xəstəxanalar koronavirusa yoluxmuş pasiyentlərlə doludur və əfsuslar olsun ki, onların sayı artır?

Niyə Azərbaycanda karantin rejimi uzadıldı?


Səbəb sadədir və həmişə olduğu kimi, detallardadır. Detallar isə bəsitdir, konkretdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) korronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsinə tərəfdardır.

Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT



Təşkilatın baş direktoru Tedros Adqanom Gebreyesus bəyan edib ki, dünyanın bir sıra ölkələrində karantin rejiminin şərtlərinin yumşaldılması koronavirus pandemiyasının yeni "partlayış"larına səbəb ola bilər: "İnanın mənə, ən pis durum hələ irəlidədir. Faciələrin qarşısını almalıyıq. Bu virusun nə olduğunu çox adam hələ də anlamır".

ÜST xəbərdarlıq edərək bildirib ki, bəzi ölkələrdə epidemiya zəifləsə də, yoluxanların sayı azalsa da, rahatlaşmaq hələ çox tezdir.

Təşkilatın regional direktoru Takeşi Kasay isə bəyan edib ki, koronavirus pandemiyası üzərində qlobal nəzarət üçün insanlar yeni davranış qaydalarına və yaşam şərtlərinə hazır olmalıdırlar: "Həyat tərzimizi və səhiyyə sisteminin fəaliyyətini epidemiyanın şərtlərinə uyğunlaşdırmalıyq. Ən azı vaksin əldə edənədək və ya çox effektiv müalicə hazırlayanadək".

ÜST onu da vurğulayıb ki, aylardan bəri infeksiyanın yayılmasını dayandırmaq üçün atılan addımlara rəğmən koronavirusun yayılması ləngimək əvəzinə daha da sürətlənib.

... Ümumiyyətlə, pandemiya sadəcə, səhiyyənin müşkülü deyil. Koronavirus səbəbindən dünyada qlobal miqyasda sosial, psixoloji, iqtisadi, maliyyə və s. problemlər yaranıb. Koronavirus işsizlik, staqnasiya, inflyasiya kimi problemləri də ağırlaşdırıb. Son dəfə 1933-cü ildə yaşanmış qlobal böhran proqnozlaşdırılır. Dünya miqyasında isə koronavirusdan ölənlərin sayı 516 min nəfəri keçib.

Kədərli olsa da, faktdır: dünya koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşib. Yeni yoluxmalar ilk əvvəl Çinin paytaxtı Pekində qeydə alındı, sonra başqa dövlətlərdə də ikinci dalğa barədə xəbərlər verdilər. Məsələn, İranda karantin rejimi ləğv olunandan sonra yoluxanların sayı mart ayındakı göstəriciləri keçib. Halbuki həmin ay yoluxma statistikasının pik dövrü sayılırdı.

Baharın sonunda dünya mediası xəbər verirdi ki, bir vaxtlar koronavirusa yoluxma sayına görə qlobal sıralamada 2-ci yeri tutan Cənubi Koreya bəlanın öhdəsindən gəlib, ölkədə virusun yayılmasının qarşısı praktiki olaraq alınıb. İyunun əvvəllərində Yeni Zelandiyanın baş naziri analoji bəyanatla çıxış etmişdi. Almaniya və İsveçin rəhbərləri də eyni sözləri demişdilər.

Amma indi həmin ölkələrdə koronavirusua yoluxanların statistikasında sürətli, həndəsi artım müşahidə olunur. Pandemiyanın ikinci dalğası ilə mübarizəyə həmin ölkələrdə hətta hərbçilərin də cəlb olunacağı istisna deyil.

İsraildə karantin rejimi yumşaldılandan sonra yoluxanların sayı artıb. Rəsmi Təl-Əviv indi çox çətin seçim qarşısındadır: insan həyatlarını qurban vermədən iqtisadiyyatı necə xilas etməli?! Naçar qalan ölkə hakimiyyəti "qismən" karantinə və "qırmızı zonalar"ın yaradılmasına əl atdı. İsrailin maliyyə naziri isə dükanlarla restoranların təkrar qapadılacağını istisna etmir.


Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT


Çində mütəxəssislər və dövlət qurumları ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başlandığından ehtiyatlanırlar. Paytaxt Pekindən cəmi 150 km aralıda, Ansin mahalında yenidən sərt izolyasiya rejimi tətbiq olunub. Orada indi ailənin sadəcə, bir üzvü evdən çıxa bilər. Bir də ki, sadəcə, tibbi yardım və dərman preparatları almaq üçün küçəyə çıxmağa rüsxət verilir.

Apreldə dükanları tədricən açmağa başlayan, mayda isə tribunalarda azarkeşlər olmamaq şərtilə futbol matçlarının keçirilməsinə icazə verən, sərhədlərində karantinin nəzarətini iyunun 15-də ləğv edən Almaniyada durum pisləşib. Höterslo bölgəsindəki "Tönnies" ət kombinatında 2 min əməkdaş koronavirusa yoluxub.

Karantin rejimi iyunun 30-da başa çatmalıydı, lakin "ilkin tədbir" qismində karantin iyulun 7-dək uzadılıb.

ABŞ-da da yeni yoluxma ocaqları yaranıb. Vaşinqton COVİD-19-un ikinci dalğasını payıza yaxın gözlədiyindən indi problemi təcili həll etmək zərurəti yaranıb. 8 ştatda yeni yolaxanların sayı sürətlə artır, özü də onlar ABŞ-ın mərkəzi və cənubi ştatlarıdır. Həmin ştatlarda karantin rejimi yumşaldılmış, bir sıra məhdudiyyətlər ləğv edilmişdi.

ABŞ-da cərmələr də artırılır: Mayamidə maskasız küçəyə çıxanı 50 dollar məbləğində cərimə gözləyir. Biznes obyekti bu qaydanı pozarsa 30 günədək qapadılır. Bir obyektdə dalbadal 3 qayda pozuntusu olarsa, həmin obyektin sahibi həbs olunur.

Moldovanın baş naziri Yon Kiku bu günlərdə bildirib ki, ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığı barədə rəsmi açıqlama verilməsə də, yoluxmaların sayının artımı buna dəlalət edir. Həkimlər çox bədbin proqnozlar verirlər: Moldovanın paytaxtı Kişinyovdakı xəstəxanalarda yerlər bitir. Faciəvi ssenarinin gerçəkləşməsinə yol verməmək üçün dünəndən etibarən ölkədə karantin rejimi sərtləşdirilir.

Fransada da durum ürəkaçan deyil. Bir sıra məhdudiyyətlər (nəqliyyatda maskalı olmaq məcburiyyəti kimi) bərpa olunub, sərhədlər tam açılmayıb və s. Ekspertlər əmindir ki, Fransada pandemiyanın ikinci dalğası var. Üstəlik, Fransanın səhiyyə sistemi xəstəxanalarda çarpayı-yerlərin sayının azlığından ikinci dalğaya hazır deyil. Səhiyyə sistemindəki təmərküzləşmə nəticəsində bir sıra kiçik klinikalar bağlanıb və bu səbəbdən xəstəxanaların personalının üzərinə ağır yük düşüb.

Həddən artıq yük və az maaş səbəbindən tibb işçiləri dövlət xəstəxanalarında işləmək istəmirlər.

Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT




Britaniyada vəziyyət ağırdır. Pandemiya dönəmində ölkənin hakimiyyət dairələri dəfələrlə tənqid olunublar: həm koronavirusa qarşı vaxtında tədbirlər görmədiyinə, həm də o qərarları gah ləğv edib, gah da bərpa etdiyinə görə.

İndi sərtləşmə yenidən başlayıb. Məsələn, ictimai nəqliyyatda maskasız olanı 100 funt-sterlinq cərimə gözləyir.

İspaniyanın Araqon vilayətində, Uesk bölgəsində karantin rejimi yumşaldılmışdı, amma məhdudiyyətlər indi yenidən bərpa olunur.

Bu bölgədə yeni yoluxmaların sayı artır.

Portuqaliyada hakimiyyət dairələri paytaxt Lissabonda və ətraflarında yeni məhdudiyyətlər tətbiq edirlər. Bolqarıstan da karantin rejiminin yumşaldılmasından sonra yoluxmaların sayının kəskin artımı ilə üzləşib.

İtaliyada da koronavirusun ikinci dalğası yaşanır.

Virusun artıq tam təhlükəsiz olduğunu demək mümkün deyil. Dünyada koronavirus pandemiyası təhlükəsi tam aradan qalxmayınca rahatlaşmaq yolverilməzdir.

Karantin rejimini yumşaldan, yoluxmaların sayı artandan sonra yeni məhdudiyyətlərə əl atan ölkələrdəki situasiya buna dəlalət edir.


Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT



Müqayisələr aparsaq, Azərbaycanda koronavirusa qarşı tətbiq edilmiş qərarların və tədbirlərin 20 faizi Slovakiyada, Çexiyada, Polşada, İsveçrədə və ya Finlyandiyada olmayıb. Di gəl, həmin ölkələrdə yoluxma sayı Azərbaycanla müqayisədə azdır. Səbəb? Azərbaycanda karantin rejiminin maska taxmaq və ya sosial məsafə qorumaq kimi elementar tələblərinə riayət etməkdən boyun qaçıranların sayının azalmamasıdır.

Əfsuslar olsun ki, Azərbaycanda karantin rejimi vaxtından əvvəl yumşaldıldı və bunun məntiqi nəticəsi kimi sutkalıq yoluxma sayı 500-ü keçdi. Səhiyyə sistemi sadəcə, buna dözə bilməz. İndi əsas məsələ insanların həyatlarını qorumaqdır. Vətəndaşlar arasında sosial təmasları maksimum azaltmaqla epidemiyanın öhdəsindən gəlmək olardı. Vətəndaşlarımız artıq anlamalıdır ki, özlərini və yaxınlarını qorumalıdırar. əlləri tez-tez yumaq, maska taxmaq, zərurət olmadan evdən çıxmamaq gərəkdir.

Cənubi Koreya kimi təmaslar zəncirini izləməklə pandemiyanı nəzarətə götürmək, İsrail və Çin kimi sərt karatinlə koronavirusa qalib gəlməyə çalışanlar var. Virus isə kontaqiozdur və yumşalma olan kimi yenə də yayılacaq.

İkinci qrup ölkələr İsveç təki kollektiv immunitetə stavka edir, sərt məhdudiyyətlər tətbiq etmirlər. Beləcə kollektiv immunitet daha tez inkişaf edir. Lakin yoluxanların sayı artır və bu, səhiyyə sistemini çökdürə bilər.


Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT


Üçüncü qrup, yəni ölkələrin əksəriyyəti isə balans arayırlar: məntiqi sosial məsafə, nəzarət və təmasların sərt şəkildə minimuma endirilməsi. Bu zaman məhdudiyytlər azaldılır və artırılır - situasiyadan asılı olaraq.

Belə taktika daha məntiqidir və Azərbaycan da bəhs etdiyim strategiyadan yararlanır.

Təbii ki, karantin rejimi Azərbaycan iqtisadiyyatına böyük ziyan vurdu, lakin onlar zəruri idi.

Koronavirusun ilk dalğasında yaşamağı anladıq. Səhiyyə sistemi, təcili tibbi yardımın göstərilmə mexanizmlərinə dəyişikliklər edildi. Karantin rejimi olmasaydı, ölkənin səhiyyə sistemi çökəcək, itkilər daha çox olacaqdı.

Koronavirusun ikinci dalğasının başlandığı dövrdə isə karantin rejimi zəruridir, mütləqdir. Çünki ilk dalğa bizə çox şeyi, o cümlədən bəzi vətəndaşların məsuliyyətsizliyi ilə mübarizəni də öyrətdi.

Vətəndaşımız qarşısında maksimal tələblər qoyulmayıb. Sadəcə, karantin rejiminin tələblərinə riayət etmək, sosial təcrid və gigiyena qaydalarına riayət etmək. Tələblər çox sadədir.


Karantin rejimi uzadıldı: bu, niyə vacibdir? - TƏFƏRRÜAT


Pandemiya ilə mübarizədə indi başqa yol yoxdur.

Əfsuslar olsun ki, koronavirus pandemiyası yaxın bir-iki həftədə tam aradan qalxmayacaq. Sürətli və effektiv çözümü hələlik olmayan ciddi problemdir. Və nə qədər çətin, ağrılı olsa da həyat tərzimizi mövcud reallıqlara uyğunlaşdırmalıyıq. Əks halda fəsadlar sadəcə, fəlakətli ola bilər.

Koronavirusa qalib gəlməyin yeganə yolu intizam, qaydalara riayət etmək və məsuliyyətdir.

Yalnız beləcə, özümüzü, ailəmizi, dəyər verdiklərimizi qorumaqla, habelə karantin rejiminin tələblərini pozanları qaydalara riayət etməyə çağırmaqla pandemiyanı yenərək adi yaşamımıza qayıda bilərik.

Birlikdə güclüyük!

Aydın Ulusoy

Oxunub: 657
Paylaş:
Digər xəbərlər

Siyasət

1-07-2020, 13:04

Azərbaycanda karantin rejimi daha 2 həftə uzadılacaq - RƏSMİ

Dünya

25-06-2020, 12:26

Karantin rejimi yumşaldılan ölkədə bir gündə 7 min insan koronavirusa yoluxub

Sosial

24-05-2020, 01:55

Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR? - Operativ Qərargah AÇIQLADI

Dünya

7-05-2020, 20:10

Moskvada karantin rejimi uzadıldı

Gündəm

2-05-2020, 00:47

Azərbaycanda xüsusi karantin rejiminin müddəti BU TARİXƏDƏK uzadıldı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə