Mən Vətənpərvər Hüseynli Əli 12 yaşım var. Bacım 7 yaşlı Vətənpərvər Zəhra Hüseynzadə ilə birlikdə 4 ildir "Ana Vətən" qrupu olaraq fəaliyyət göstəririk.
Vətənpərvərliyi öz yaşıdlarımıza təbliğ edirik.Ondan əlavə Ulu Öndərin adına olan radiofm.az da "Vətən sağ olsun" verilişinin aparıcılarıyıq.
Bu layihə özümüzə məxsusdur. Məqsədimiz Şəhidləri yaşatmaq, Qaziləri tanıdmaqdır.
44 günlük gedən Vətən müharibəsi ərəfəsində valideynlərimiz və vətənpərvər insanlarla bərabər ön cəbhəyə (Ağdam, Fizuli) döyüşən əsgərlərimizlə görüşə getdik və onlara yardımlar apardıq.
O çətin vəziyyətdə başımızın üstündən gedən güllələrə, atışma səslərinə baxmayaraq biz öz vətənpərvər şeirlərimizi, çıxışlarımızı əsgərlərimiz üçün etdik və onlara ruh yüksəkliyi verdik.
Çox şükür ki başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, milli ordumuzun mərd əsgərləri sayəsində torpaqlarımız işğaldan azad oldu.
Canını Vətən uğrunda qoyan şəhidlərimizə rəhmət, yaralı Qazilərimizə isə şəfa diləyirəm. Mən xalqımla fəxr edirəm və ətrafımızda olan bir çox vətənpərvər insanlardan örnək alıram. Söz verirəm ki, nə qədər bu həyatda yaşayıramsa hər zaman Vətənimə xidmət göstərməyi özümə borc biləcəyəm.
Allah Azərbaycan xalqını qorusun
Vətənpərvər Əli Hüseynli və Zəhra Hüseynzadə
Xəbərnur