Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Xəbər verilir ki, bu barədə onun oğlu Əli Gülalıyev "Facebook" hesabında məlumat paylaşıb.
Bildirib ki, atası artıq həyatı təhlükəni geridə qoyub:
"Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".
Qeyd edək ki, O.Gülalyev qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edib. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşib və təkrar Mərkəzə müraciət olunub.