• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Gecələri erməni fahişələrlə keçirən “sülhməramlılara” Xocalıdakı kilsə nəyə lazımdır?

Cəmiyyət

23-08-2021, 09:30

Gecələri erməni fahişələrlə keçirən “sülhməramlılara” Xocalıdakı kilsə nəyə lazımdır?Mübariz Azərbaycanlı,
müstəqil jurnalist



Ermənistan-Azərbaycan arasındakı münaqişənin birdəfəlik bitməsinə imkan verməyən Rusiyadır. Heç kimə sirr deyil ki, imperialist siyasətindən əl çəkməyən rəsmi Moskva bu iki qonşu ölkəni öz təzyiqi altında daimi saxlamaq üçün Qarabağ “kartından” “kozır” kimi istifadə edir. Hətta sabah rəsmi İrəvan erməni terrorçuları və rusiyalı “sülhməramlıların” nəzarətində qalan Azərbaycan rayonlarından rəsmən imtina etmək istəsə belə, iki ölkə arasında delimitasiya və demarkasiya işlərini başlayıb, bitirib sülh müqaviləsi bağlamağa sidqi ürəkdən razılıq versə də, Rusiya buna imkan verməyəcək.



İndi Moskvanın Qarabağ probleminin uzadılması üçün son davranışlarında tez-tez ATƏT-in Minsk qrupunu dilə gətirərək, Paris və Vaşinqtonu da özünə “züyçü” tutub məsləhətləşmələr aparmasının əsas səbəbi də məhz elə budur.



Axı, Rusiya və Fransa prezidentləri Putin və Makron kimdir ki, “Dağlıq Qarabağ” probleminin tənzimlənməsi prosesinin müxtəlif aspektlər üzrə birgə iş aparılması üçün ATƏT-in Minsk qrupu da daxil olmaqla qarşılıqlı fikir mübadiləsi aparır?! Bu azmış kimi Lavrov da Budapeştdə 24 avqustda görüşəcəyi Macarıstanlı həmkarı ilə “Dağlıq Qarabağ”ın tənzimlənməsi ilə bağlı müzakirələr aparacaq.



Azərbaycanın suveren ərazisində erməni terrorçu və Rusiya “sülhməramlılarının” nəzarətində olan rayonlarının taleyi niyə Rusiyaya, ABŞ-a və Fransaya həvalə edilməlidir? Otuz ilə yaxın “atın qabağına ət, itin qabağına ot qoyan” ATƏT-in Minsk qrupunun həmin bu ölmüş “üç muşketyorlarının” yenidən “zühur” etməyə can atmaları Azərbaycan cəmiyyətinin əsəbini nə qədər tarıma çəkməlidir ki, rəsmi Bakı bunlara açıq mətnlə birdəfəlik rədd cavabı versin?



Rusiya məlum üçtərəfli bəyanata əməl etmədikcə, indi hər yerindən duran Qarabağla bağlı bir hava çalır. Diqqət edin, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz ölkəsinin İctimai Televiziyaya verdiyi müsahibəsində həyasızlıqla deyir ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin müzakirəsi zamanı Dağlıq Qarabağ probleminə toxunulmur. Onun sözlərinə görə, Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin bütün əsas məsələlərinin razılaşdırılmış, hərtərəfli və sabit şəkildə həll edilməsinin vacibliyini vurğulayan, həmçinin tərəfləri danışıqlara qayıtmağa çağıran bəyanatı var. “Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyası Qarabağ məsələsi xaricində baş tutacaq. Qarabağ məsələsi üçün xüsusi bir format var və Dağlıq Qarabağ məsələsi müzakirə edilməyəcək. Bizim dəqiq mövqeyimiz var: sülh müqaviləsi yalnız Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həllindən sonra imzalana bilər. Bu, yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında mümkündür”.



Sözsüz ki, Qriqoryan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həllindən sonra imzalana bilər”, deyəndə “Dağlıq Qarabağ”ın hansısa “status” alacağına və ya ayrıca subyekt olacağına eyham vurur. Yeri gəlmişkən, “dqr”-nın “dövlət naziri” Artak Beqlaryan isə öz “Twitter” səhifəsində daha böyük həyasızlığa yol verərək dünya ictimaiyyətini İlham Əliyevin guya “Dağlıq Qarabağ”a təcavüz faktını tanımasına cavab verməyə çağır və “Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Unut!”, - deyir.



Rusiyanın Ermənistanı yeni silahlarla təmin etməsindən ruhlanan erməni hərbi ekspert Mqer Akopyan isə RUSARMINFO-ya müsahibəsində “Azərbaycanlılar düşünür ki, Ermənistanla bu müharibə son savaşdır. Əslində isə bu, belə deyil. Azərbaycan-Türkiyə tərəfinin apardığı müharibədən sonra Ermənistan tədricən özünə gəlir, hər şey qarşıdadır”, - deyə revanşist hisslərini açıq bəyan edir. Bu mənada Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə 25 avqustdan etibarən ehtiyatda olan 2000-dən artıq hərbi qulluqçunun - sıravi, yüksək rütbəli zabitlər, raket, artilleriya, havadan müdafiə sistemi və digər sahələr üzrə mütəxəssislərin orduya çağırılması görünür heç də təsadüfi deyil.



Bütün baş verənlərin səbəbkarı isə birmənalı olaraq Rusiyadır. Görün Rusiya bu separatçıları nə qədər arxayın salıb ki, onlar “sülhməramlıların” qoltuğuna sığınıb Azərbaycanın Qarabağ iqtisadi zonasında - Xocalı rayonunun Xaçmaç, Qışlaq, Ağdam rayonunun Sırxavənd və Xocavənd rayonunun Qarqar kəndlərində oktyabrın 10-da “yerli özünüidarəetmə orqanları”nın saxta “seçki”sini keçirməyi planlaşdırır.



Əgər Rusiyanın Qarabağda məqsədi imana-dinə gəlib həqiqətən də sülh yaratmaqdırsa, onda nədən 29 il öncə 613 nəfər günahsız azərbaycanlının qanı tökülmüş və hər bir Azərbaycan vətəndaşının heysiyyat yeri olan Xocalıda özbaşına kilsə inşa edib bir həftə bundan öncə istifadəyə verirdi? Maraqlıdır, gecələrini erməni fahişələri ilə keçirən, siflicə, hətta spidə tutulan “sülhməramlılara” Xocalıda tikilmiş kilsə nəyə lazımdır? Məgər onlar erməni din qardaşlarının hər tində-bucaqda qanunsuz tikdikləri kilsələrində ibadət edə bilməzdilərmi? Yoxsa, katolik kilsələrində yanan şamlar, pravoslav kilsələrindəki şamlardan tez əriyir?

Əlbəttə, özünü son vaxtlar “sülh göyərçini” kimi “uçuran”, ancaq öz hökumətinin yeni kabinetinin proqramını təqdim edəndə, “Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm amil Ermənistan-Rusiya strateji müttəfiqliyi, eləcə də Ermənistanın KTMT-yə üzv olmasıdır”, deyən Paşinyanın Ermənistanı tamamilə Rusiyaya təslim etməsi göz önündədir.



Bu üzdən də rəsmi Bakı istər Xankəndi, o cümlədən digər nəzarət edə bilmədiyi rayonların defakto idarə edilməsini özünə qaytarılmasını, istər separatçıların tərkisilah edilməsi, istərsə də delimitasiya və demarkasiya işlərini aparıb birdəfəlik sülh sazişi bağlanılması üçün üçtərəfli bəyanatı əlində əsas tutaraq yalnız Moskvanın yaxasından yapışmalıdır. Əks təqdirdə Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz suveren ərazisində antiterror əməliyyatlarına başlamalıdır.

Oxunub: 400
Paylaş:
Digər xəbərlər

Siyasət

28-07-2021, 15:12

Azərbaycan, Ermənstan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

Gündəm

25-11-2020, 14:46

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - RƏSMİ

Siyasət

5-07-2020, 15:26

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Siyasət

1-07-2020, 13:05

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB

Siyasət

2-04-2020, 13:33

Putin Ermənistanla bağlı qərar verdi və "Qırmızı xətti" keçdi – erməni mediası

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 7-08-2026, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • 7-08-2026, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • 7-08-2026, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • 7-08-2026, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • 7-08-2026, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • 7-08-2026, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • 7-08-2026, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • 6-08-2026, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • 6-08-2026, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • 6-08-2026, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • 6-08-2026, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • 6-08-2026, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • 6-08-2026, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • 6-08-2026, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • 6-08-2026, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • 6-08-2026, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
4-08-2026, 12:18
Avqustun 13-də meteor yağışı olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə