Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.
xebernur.com-nun əldə etdiyi məlumata görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.
Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVİD-19 pasportu ilə icazə verilir.
Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVİD-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.
Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.