• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Laçında gözəl qəsəbələr, kəndlər salınacaq” Müzəffər Ali Baş Komandanın 10 il bundan əvvəl söylədiyi bu fikirlər artıq gerçəkliyə çevrilir

Cəmiyyət

29-11-2021, 15:54

“Laçında gözəl qəsəbələr, kəndlər salınacaq” Müzəffər Ali Baş Komandanın 10 il bundan əvvəl söylədiyi bu fikirlər artıq gerçəkliyə çevrilirİlqar İlyasov

YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Bu günlərdə biz bir il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən, 30 ilə yaxın bir müddətdə erməni vandallarının işğalı altında olan torpaqlarımızın azad olunması sevincini yaşayırıq.

44 günlük Vətən müharibəsində Laçın rayonunun bir neçə yaşayış məntəqəsi Azərbaycanın müzəffər ordusu tərəfindən düşmən tapdağından azad edildi, rayon mərkəzi daxil olmaqla bəzi kəndləri isə 10 noyabr müqaviləsinə əsasən erməni silahlıları tərk etdilər. Bu 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi idi. Azadlığına qovuşduğu bir il ərzində müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları iki dəfə - 14 fevral və 16 avqust tarixlərində Laçın rayonunda səfərdə olmuşdur. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 14 fevral tarixində Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Yeni yol infrastrukturunun yaradılması bölgənin iqtisadi inkişafına, eləcə də digər rayonlarla inteqrasiyasına geniş təkan verəcəkdir.

Laçında, ümumiyyətlə Şərqi Zəngəzurda heç zaman hava limanı olmayıb. Bir il bundan öncə kimsə desəydi ki, Laçında beynəlxalq səviyyəli hava limanı tikiləcək, həmin adama aydan gəlmiş kimi baxardılar. İşğaldan azad olunmuş üç bölgəmizdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Artıq Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.

Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, mədəni və təbiət turizminin potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər və Laçın rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Azərbaycan xalqı kimi hər bir laçınlı da azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən infrastruktur layihələrini diqqətlə izləyir, inanırlar ki, yaxın zamanlarda öz ata-baba torpaqlarına qayıdacaqlar. Yenidən Laçın rayonu öz toy-büsatına, ər igidlərinə qovuşacaq. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də, özünün doğum günündə Ağcabədi rayonuna gəlməsi və laçınlı məcburi köçkünlər üçün salınmış 552 evlik qəsəbənin açılışında iştirak etməsi, Laçın ictimaiyyəti üçün tarixi bir gün idi. Həmin görüşdə cənab Prezidentin qeyd etdiyi: "Mən, adətən, ad günlərimi qeyd etmirəm. Ancaq bu il qərara aldım ki, ad günümü öz ailəmlə və yaxınlarımla bir yerdə keçirim. Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm və yaxınlarım sizsiniz" - ifadəsi nəinki laçınlılar, bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Həmin görüşdə Prezident İlham Əliyev cənabları deyirdi: “Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik”. Artıq bu proses gedir. Biz inanırıq ki, yaxın illərdə məhz müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları ad günlərindən birini abad və müasir Laçında, laçınlılarla birlikdə keçirəcək.

Oxunub: 579
Paylaş:
Digər xəbərlər

Gündəm

19-11-2021, 16:18

YAP Laçın Rayon Təşkilatı fəalları partiyanın yaranmasının 29-cu ildönümünü qeyd etdilər

Gündəm

9-10-2021, 17:09

Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.

Cəmiyyət

5-10-2021, 09:50

Laçın rayon MKS - nin işçi kollektivi olaraq, Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsini ziyarət etdilər

Gündəm

27-09-2021, 16:01

Zəfərə aparan yol

Cəmiyyət

25-09-2021, 18:19

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov Şəhid Ağayev Müzəffər Vahid oğlunun ailəsi ilə görüşüb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
28-07-2026, 11:29
Qarabağ qazisi: “Müdafiə Nazirliyi və DSMF-in laqeydliyi məni intihara cəhd həddinə çatdırdı”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə