• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj

Cəmiyyət

6-11-2019, 12:07

Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj

Sabiq məmurun qəsəbədə iki villası var; əməkdaşımız onun imarətinin önündəki “Hacıbalanın qanadlı pələngləri”nin sirrindən və çala-çuxur yollardan yazır…

Bakının Qaraçuxur qəsəbəsində şəhərin keçmiş rəhbəri, baş nazirin sabiq müavini Hacıbala Abutalıbov yaşayır. İndi ahıl sabiq məmur öz hücrəsinə çəkilərək sakit ömür keçirməkdədir.

Deyilənə görə, onun Qaraçuxurda iki evi var. Abutalıbovun Qaraçuxur sevgisinin səbəbini bilmirik. Hər halda onu bu qəsəbəyə bağlayan səbəb var ki, məhz Qaraçuxurda iki ev tikdirib.

O evlərdən birinin şəklini lentə almışıq. Bu imarət yaşıllıqla əhatələnib. Sabiq məmurun evinin qarşısındakı yol hamar, dümdüzdür.

Villanın yaxınlığındakı parkın önündə isə iki qanadlı pələng heykəllərinin onun ideyası olduğu deyilir. Bu qanadlı pələnglərin hansı məna ifadə etdiyini izah etmək çətindir.

Görünür, Abutalıbov qanadlı pələnglərin mələk kimi olduğuna eyham vurmaq istəyib. Amma Qaraçuxurda adamlar bu yeri “Hacıbalanın pələngləri” adlandırırlar.

Qanadlı pələngin mistik şifrəsi…

Ən maraqlısı isə budur ki, sabiq merin evinin ətrafından kənara çıxanda sanki müharibə görmüş qəsəbə ilə qarşılaşırsan.

Bu yerin adı problemlərinə tam adekvatdır – Qaraçuxur… İstər yolları, istərsə şəraiti, görkəmi qəsəbənin gününü “göy əksinə büküldüyünü” göstərir.

Təəssüf ki, Abutalıbov nə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə, nə Baş nazirin müavini olarkən iki evi olan doğma qəsəbənin yollarını asfalt etdirməyib.

Sakinlər deyirlər ki, bu işin həlli onun üçün 2+2 qədər sadə məsələydi. Ancaq evinin kandarından kənarı görmək istəməyib.

Ona görə də Qaraçuxurun yolları çala-çuxur, kələ-kötür vəziyyətdədir. Xüsusən də “Ərəblinka” adlanan ərazidə küçələr darmadağındır.

Yolların vəziyyətini sözlə ifadə etmək çətindir, fotolara baxanda hər şey aydın olur.

Sürücülər bu yollardan keçəndə şahmat oynamaq kimi ziq-zaqlar eləməsə çuxurlara düşüb qalarlar. Bu yolda işıqlanma olmadığına görə axşamlar Qaraçuxur yollarından keçmək üçün gərək “şir ürəyi yeyəsən”.

Hacıbala müəllimin Qaraçuxur “sevgisi”

Sakinlər deyirlər ki, Bakıxanovdan “Razin talkuçkası” istiqamətdən Qaraçuxura gedən yollar asfaltlanıb. Amma qəsəbəyə daxil olanda fəlakətlə üzləşirsən. Qaraçuxurun yollarında təmir aparılmayıb.

Sakinlər Abutalıbovu indiyə qədər günahlandırırlar ki, şəhərin başçısı olmuş adam iki evi olan qəsəbənin yollarında bir dəfə asfalt tökdürməyib.

“Hər gün evindən çıxıb işə gedirdi. Deyilənə görə, sürücüsü də burada yaşayır. Avtomobilin pəncərəsindən bayıra baxsaydı, görərdi ki, yollarımız nə gündədir. Bu çuxurları, deşikləri heç olmasa yamayaydırlar. Maşın ustasına getməkdən yorulmuşuq. Bir-iki gün hava yağışlı oldu, Qaraçuxur lap qara günə qaldı”, – deyə burada yaşayan Polad belə deyir.

Təkcə “Ərəblinka” istiqaməti deyil, Yeni Günəşliyə gedən Qaraçuxur yolları da bərbad gündədir. Sakinlər bildirirlər ki, aidiyyatı qurumlar bu şəkilləri görəndə bəlkə insafa gəlib təmirə başlayarlar.

Sakinlər Suraxanı Rayon İcra Hakimiyyətindən və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən problemin həllini xahiş edirlər.

Onların dediyinə görə, bu yollarda maşınlar tez-tez xaraba olur, qəzalar baş verir. İşıqlanma yoxdur deyə axşam burdan keçmək lap qorxuludur.

Hər tindən bir maşın çıxır. Yol hərəkəti nişanları da düzgün nizamlanmayıb. Sürücülərin əksəriyyəti qaydalara əməl etmir, qarışıqlıq yaranır.

“Hər qarışı deşik-deşik olan bu yolları düzəltmək sadə işdir. Baxın görün nə gündədir. Bura kənd deyil, ucqar bir yer deyil. Vallah, adam bu yollara baxanda utanır. Bakıda yəni belə yol olar? ” – Qaraçuxurda 30 ildir yaşayan Vidadi kişi şikayətlənir.

Baxımsız, abad yox, bərbad qəsəbə…

Qaraçuxur elə qəsəbədir ki, buranın girişində adı yazılan lövhə belə yoxdur. Yalnız sovet vaxtı tikilmiş binalardan birinin divarına, künc-bucaqda, diqqət çəkməyən yerdə “Qaraçuxur” yazılmış plakat var.

Ümumiyyətlə, Suraxanının ən baxımsız, abadlaşmayan, gözəgəlimli mənzərəsi olmayan qəsəbəsi Qaraçuxurdur.

İndiyə qədər RİH tərəfindən burada hər hansı əsaslı abadlıq-quruculuq işləri həyata keçirilməyib. Üstəlik, son dövrlər məişət tullantılarının vaxtı – vaxtında daşınmasında gecikmələr olur. Sakinlər bildirirlər ki, əvvəllər belə deyildi.

İndi zibil qutuları dolub-daşır, vaxtında götürən olmur. İnsanları narahat edən problemlərdən biri də qış gələn kimi qaz təchizatında təzyiqin aşağı düşməsidir. Söhbət həyət evlərindən gedir.

İctimai nəqliyyat da Qaraçuxurun qara dərdidir. Avtobuslar köhnə-küşkül, natəmiz, tör-töküntüdür. Sakinlərin dediyinə görə, 81 saylı marşrutda avtobuslar yenilənsə də, 66 nömrəli xətt haqda bunları demək olmur.

Bundan başqa, binaların fasadları üzlənməyib, liftləri dəyişdirilməyib, uşaqların əyləncəsi üçün parklar, attraksionlar yox…

Yalnız “Neftçilər” parkı var ki, o da hamı üçün əlçatan deyil, qəsəbədən aralıdadır. Sakinlər qəsəbənin yenidən qurulmasını arzulayırlar.

Kərim adlı yerli sakin danışır ki, Abutalıbov ilk növbədə iki evi olan bu qəsəbəni gülüstana çevirməliydi: “Adətən məmurlar yaşadıqları yeri cənnətə çevirirlər. Biz belə xoşbəxtlik görmədik. Hacıbala müəllim bu boyda Bakının 17 il başçısı işlədi, bu qədər vaxtda 17 qarış asfalt tökdürmədi…”

Kəsəsi, biz Qaraçuxurun həqiqətən qara çuxura düşdüyünə şahid olduq. Ümidvarıq ki, abadlaşan Qaraçuxur da görəcəyik.

Onu da məlumat üçün deyək ki, 1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabrından isə Kaqanoviç rayonu adlandırılıb. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılıb.

31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılıb, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunub. Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılıb.
Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj
Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj
Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj
Abutalıbovun “qanadlı pələnglər”i… və qaragün Qaraçuxur – reportaj

Oxunub: 847
Paylaş:
Digər xəbərlər

Siyasət

7-11-2019, 10:05

Yeni icra başçısı niyə hoteldə qalır?

Şou-biznes

6-11-2019, 13:30

Keçmiş Təhsil naziri məktəblərdə yığılan "süpürgə pulu"ndan danışdı — VİDEO

Siyasət

5-11-2019, 10:03

Sabiq deputatdan Araz Əlizadəyə: “Zatını bilməyən oğuldan kişi çıxmaz…”

Video

15-10-2019, 11:37

Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm…” – AUDİO

Şou-biznes

15-10-2019, 11:06

Sabiq məmurlar məktəb biznesinə keçir…

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Bugün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • Dün, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • Dün, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • Dün, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
Dün, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Dün, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə