Bakının Nərimanov rayonunun sakinləri ölümlə üz- üzə qalıblar.
Medianews.az xəbər verir ki, Nərimanov rayonu, Mayakovski 15 ünvanının 61 mənzilli , 250-ə yaxın sakinlərinin sözlərinə görə Eldəniz Əbdülov və mühəndis İbrahim Əsədov onlara təziq göstərərək mənzillərini 2000 AZN kv/m satmağı tələb edirlər.
Sakinlər Nazirlər Kabinetinin 735s saylı sərəncamını əsas gətirərək bildirirlər ki, kompensasiya ilə köçürüləcək Fətəli Xan Xoyski 138a və 140a sakinlərinə isə mənzil təklif olunur:
“Bizim hüquqlarımız ikili standart aparılaraq pozulur və Azərbaycan Konstitusiyasının 13-cü və 29-cu maddəsinə əsasən Mülkiyyət hüququmuz pozulur. Cənab Prezidentə və Birinci vitse-prezident Möhtərəm Mehriban xanıma kollektiv müraciət etmişik, ümid edirik sizin saytda ictimailəşdirər və problem ədalətli həllini tapar”.
Məqaləyə aid fotoşəkillər:![]()
![]()
![]()