Polis əhalidən pul yığa bilərmi? - RƏSMİ CAVAB
Polis əhalidən pul yığa bilərmi? - RƏSMİ CAVABSosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.
Xebernur.com Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.
E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur:
"Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin.
Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir".