• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdır

Cəmiyyət

6-06-2023, 16:13

27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdır
Azərbaycanda torpaq islahatlarının aparılmasından 27 ilə yaxın vaxt keçir. Torpaq islahatları nəticəsində ölkədə mövcud olmuş 2000-dən artıq təsərrüfat, yəni kolxoz və sovxoz ləğv edilib, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıb. O dövrdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq sahəsi verilib.



Torpaq islahatı uğurla həyata keçirilməsinə baxmayaraq, bir müddət sonra narazılıqlar yaranıb. Narazılıqların başlıca səbəbi bəzi şəxslərə münbit torpaq sahələri əvəzinə heyvandarlıq üçün nəzərdə tutulan örüş yerlərinin verilməsi olub.



İllərdir həllini tapmayan problem barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev narazılıqların bələdiyyələrin özbaşınalığı səbəbindən baş verdiyini düşünür.



“Hesab edirəm ki, qanunvericilikdə torpaq islahatı ilə bağlı məsələ haradasa müəyyən qaydada pozulur. Qanunların pozulması səbəbilə düzgün torpaq islahatı aparılmır. Biz bu yaxınlarda torpaqlardan istifadə ilə əlaqədar qanun qəbul etdik. Qanunda açıq şəkildə qeyd edilir ki, bundan sonra otlaq, örüş sahələri vətəndaşlara, həmin ərazilərdə yaşayan insanlara müddətsiz, həmçinin vəsait alınmadan veriləcək. Vaxtilə otlaq və örüş sahələri ayrılmışdı. Amma təəssüflər olsun ki, bundan qanun pozuntularına yol verilməklə, kortəbii şəkildə istifadə olunub. Həmin örüş, otlaq sahələrinin bir hissəsi ayrı-ayrı şəxslərin icarəsinə, istifadəsinə verilib. Bəzi yerlər var ki, hətta orada yaşayış evləri də tikilib. Bu, qanunsuzluqdur. Sözsüz ki, yeni qanunlara edilmiş dəyişikliklər belə halların qarşısının alınması üçün tətbiq olunacaq. Düşünürəm ki, qanunsuzluq aradan qaldırılmalıdır. İslahatlar aparılan zaman məlum olub ki, bu cür halların baş verməsinin səbəbkarı heç də dövlət qurumları deyil. Həmin torpaqlar bələdiyyələrin ixtiyarında olan mülkiyyətdir. Çünki otlaq, örüş sahələri bilavasitə bələdiyyələrin ixtiyarına verilir. Dövlətin də torpaqlarında belə sahələr var. Bir daha qeyd edirəm ki, qanunları daha çox bələdiyyələr pozub. Mövcud problemlər də məhz bundan qaynaqlanır", - parlamentari vurğulayıb.27 ildir həll olunmayan torpaq problemi - Komitə sədri də narazıdırTahir Rzayev vətəndaşları narahat edən torpaq problemlərinin aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməli olduğunu qeyd edib.



“Hesab edirəm ki, bu halların aradan qaldırılması üçün müəyyən tədbirlər görülüb. Amma tədbirlər daha ciddi olmalıdır. Əgər vətəndaş mal-qarasını otarmaq üçün ərazi seçə bilmirsə, hər hansı otlaq, örüş sahələri yoxdursa, sözsüz ki, bu, heyvandarlıq məhsullarının istehsalına ziyandır. Torpaq islahatı aparılan zaman vətəndaşlara sahələr verilib. Amma, həmin yerlərdə vətəndaşlar heyvanları necə otarsınlar? Bu məsələ də var. Bir şeyi nəzərə almaq lazımdır ki, 1998-ci ildə torpaq islahatı keçirildikdən bəri əhalinin sayı xeyli artıb. Sual olunur: yeni ailə quran insanlar nə etməlidir, onlar hansı sahələrdən istifadə etsinlər? Axı onlara torpaq sahəsi verilməyib. Həmin dövrün qanununa görə torpaq sahəsi yalnız həmin dövrdə dünyaya gələn və 10 il təsərrüfatda işləyən insanlara verilirdi. Yaxşı, bəs daha sonra dünyaya gələn insanlar nə etməlidir? Torpaq islahatı 96-cı ildə başlanılıb, 98-ci ildə başa çatdırılıb. Bu illər ərzində 100 mindən artıq insan dünyaya gəlib. Bu insanların hüquqları necə müdafiə olunmalıdır? Fikrimcə, bu məsələ düşünülməli və insanlar otlaq, örüş sahələri ilə təmin olunmalı və onlara mal-qaralarının saxlanması üçün şərait yaradılmalıdır. Bu da müvafiq icra orqanlarından, daha çox bələdiyyələrdən asılıdır. İnsanlar ehtiyacı olduğu zaman mütləq şəkildə otlaq, örüş sahələri ilə təmin olunmalıdır", - komitə sədri sözlərini yekunlaşdırıb.

Oxunub: 264
Paylaş:
Digər xəbərlər

Gündəm

12-04-2022, 08:12

"Bakıda torpaq sahələri BAHALAŞIB."

Gündəm

15-07-2021, 09:33

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən Taxtakörpü ərazisindəki suvarılan torpaq sahələri suvarma suyu ilə təmin edilir.

Cəmiyyət

24-03-2021, 21:23

Saray sakinlərinin torpaq problemi- VİDEO

İdman

20-05-2020, 18:52

Ronaldo 8 milyona torpaq aldı

Cəmiyyət

15-02-2020, 22:56

Qanlı torpaq, qanlı misra

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Bugün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Bugün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Bugün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Bugün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Bugün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Bugün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Bugün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Bugün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Bugün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Bugün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • 3-08-2026, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • 3-08-2026, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • 3-08-2026, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə