• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor

Cəmiyyət / Səhiyyə

15-11-2023, 10:48

“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor
Bu yaxınlarda Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı oldu. Bu vəzifə gənc həkim Orxan Cəbrayıla tapşırıldı.

Qeyd edək ki, Orxan Cəbrayıl bundan əvvəl sözügedən xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri olub.


Modern.az saytı Laçın Rayon Mərkəzi Xəstəxanasının gənc direktoru Orxan Cəbrayılla həmsöhbət olub.



- Orxan müəllim, səhv eləmiriksə, həkimlik peşəsini böyüklərinizdən örnək götürmüsünüz. Bu haqda nə deyə bilərsiniz?


- Bəli, mənim atam da həkim olub. Deyə bilərəm ki, onun peşəsinə olan bağlılığı, ixtisas seçimimdə böyük rol oynayıb.


- Laçın işğal olunandan sonra harada yaşayırdınız?


- Laçın işğal ediləndən sonra, bir müddət Qax rayonunda, daha sonra isə Bakı şəhərində yaşamışam.
“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor
- Ağcabədinin Taxtakörpü ərazisində çalışmağa qərar verməyiniz nə ilə bağlı idi?


- Mən Ağdamda hərbi xidmət edirdim. Xidmət dövründə kənd əhalisinə də tibbi yardım göstərdiyim hallar olurdu. Elə o vaxtlardan kənd yerlərində həkimə daha çox ehtiyac olduğunu gördüm. Hərbi xidmətdən qayıdanda Ağcabədidə köçkün həmyerlilərimin həyat şəraiti ilə tanış oldum. Qərara gəldim ki, mənimlə oxşar taleləri yaşayan laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində çalışmaq üçün müraciət edim.


- Bakıda iş tapmaq imkanınız vardımı?


- Mən Taxtakörpüyə gedəndə, işsiz deyildim. Bakıda işləyirdim.


- Laçın işğaldan azad ediləndən sonra tez-tez Laçında olurdunuz. İşğaldan sonra ilk dəfə Laçına gedəndə xəyalınızdan nələr keçirdi və gedib nələr gördünüz?


- Xəyalımdan itirdiyimiz doğmalarımız, qayğısız uşaqlığımız, illərdir yaşadığımız yurd həsrəti kimi qarışıq duyğular gəlib keçirdi. Şükür Allaha, Laçında yaşamaq artıq xəyal deyil, gerçəklikdir.
“Dövlətimiz harada məsləhət görsə, orada da çalışacağıq” - Laçın xəstəxanasına təyinat alan direktor
- Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunmağınız barədə xəbəri aldığınız anda hansı hissləri keçirdiniz?


- Təbii ki, mənə belə bir etimad göstərilməsi, Laçında səhiyyə quruculuğuna rəhbərlik etmək olduqca qürurvericidir. Qürur hissi keçirdim.


- Laçın xəstəxanasında xəstələr üçün lazımi imkanlar varmı?


- Hazırda Laçında Modul tipli Ailə Sağlamlıq Mərkəzi və Təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Xəstəxanada təmir işləri aparılır, yaxın müddətə xəstəxana istifadəyə veriləndə müasir avadanlıqlarla təhciz olunacaq.


- Laçındakı fəaliyyətinizi daimi davam etdirmək fikriniz var?


- Əlbəttə, mən bundan sonrakı ömrümü və peşə fəaliyyətimi doğma Laçınsız təsəvvür etmirəm.


- Ailəniz, uşaqlarınız sizin Laçına olan təyinatınıza necə reaksiya verdilər?


- Təbii ki, çox şad oldular. Biz onsuz da 9 avqustdan orada yaşayırıq.


- Qarabağın digər ərazilərində işləmək təklifi gəlsə, razılaşarsınız?


- Biz həkimlər də dövlətin öz peşəmizdə əsgərləri sayılırıq. Dövlətimiz harada məsləhət görsə, orada da fəaliyyət göstərəcəyik.


- Bildiyimizə görə, ailənizin arıçılıq təsərrüfatı da var. Və bu təsərrüfatınızı da Laçın yaylaqlarına aparmısınız? Bu işlərlə məşğul olmaq çətin deyil ki?


- Bu sadəcə həvəskar məqsədli bir işdir. Təbii ki, bundan zövq ala-ala edirəm.


- Deyirlər bu il bal az olub. Sizdə vəziyyət necədir?


- Ümumi respublikada vəziyyət belə idi. Bizdə də bal az olub.


- Laçınla bağlı arzunuz, istəyiniz, ya da planlarınız nələrdir?


- Laçınla bağlı planlarım çoxdur. Laçındə səhiyyə quruculuğunda iştirak etmək, sakinlərə yüksək keyfiyyətli tibbi xidməti təşkil etmək mənim əsas planım və hədəfimdir.

Oxunub: 375
Paylaş:
Digər xəbərlər

Gündəm

4-11-2023, 15:09

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar

Gündəm

12-04-2023, 14:18

TƏBİB-in tabeliyindəki Laçın Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Gündəm

22-03-2023, 20:34

Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı

Hadisə

14-12-2022, 09:36

Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var

Cəmiyyət

13-05-2022, 07:35

Orxan Fikrətoğluya yüksək vəzifə verildi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Bugün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Bugün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Bugün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Bugün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Bugün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Bugün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Bugün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Bugün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Bugün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Bugün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Bugün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Bugün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə