Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Laçın Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində laçınlı sakinlərin kompakt yaşadığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən tibb müəssisəsinin inzibati ərazisində və yolkənarı ərazidə həmişəyaşıl ağaclar əkilib və yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Tədbirdə tibb müəssisəsinin rəhbərliyi və müəssisənin işçiləri iştirak edib.