• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Mədəniyyət

14-09-2026, 09:14

Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunurİsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – "Septembre Musical Montreux–Vevey" festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri" devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirib.

Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.

Montrönün məşhur "Auditorium Stravinski" səhnəsində keçirilən konsertdə ansamblın ifasında "Mənim Azərbaycanım" və "Vətən" süitaları, "Qavalla rəqs", "Qazaxı", "Toy", "Sarı gəlin", "Şalı", "Nağaraçılar", "Ağ çiçəyim", "Yaylıqlarla rəqs", "Qaytağı" və "Naz eləmə" rəqsləri nümayiş etdirilib.

Milli xoreoqrafiyaın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan "Septembre Musical Montreux–Vevey" İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.

Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik "Auditorium Stravinski" də musiqi tarixinin maraqlı məkanlarındandır. Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.

Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. "Azerbaijan: The Rhythms of Heritage" konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.

Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də "Auditorium Stravinski"də keçiriləcək "Azerbaijan Culture" qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.

Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. "İrsin ritmləri" əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.

Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

21-06-2022, 12:12

Nazir müavini qazinin toyunda belə rəqs etdi - FOTO

Sosial

20-04-2022, 18:39

"Səhnədən səngərə: Qazilər" layihəsi çərçivəsində tədbir keçirildi - FOTO - VİDEO

Cəmiyyət

24-07-2025, 10:53

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı bu gün başlayır

Gündəm

4-06-2024, 11:28

"Qafqaz Qartalı - 2024" birgə təlimi başladı - VİDEO

Cəmiyyət

5-09-2024, 10:41

Füzulinin Qoçəhmədli kəndindəki məscid bərpa olunur

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
16-10-2026, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
Son xəbərlər
  • Dün, 22:52
    Səngəçal qəsəbəsində yollar bərbad vəziyyətdədir: Sakinlərin müraciətləri niyə nəticəsiz qalır?
  • Dün, 16:51
    Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
  • Dün, 14:13
    Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
  • Dün, 11:37
    İlham Əliyev Ərdoğana məktub göndərdi
  • Dün, 11:19
    Ceyhun Bayramov Türkiyəyə getdi
  • Dün, 11:11
    Oktyabr çağırışının yekunları müzakirə edildi
  • Dün, 10:59
    “Yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
  • Dün, 10:54
    Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
  • Dün, 10:48
    Ombudsmanın səlahiyyət müddəti bitir
  • 28-10-2026, 20:53
    Elçin Kərimovla bağlı diqqətçəkən məqamlar: Hesablama Palatasının hesabatı nəyi üzə çıxarıb?
  • 28-10-2026, 17:38
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 28.10.2026
  • 28-10-2026, 11:06
    Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
  • 28-10-2026, 10:44
    Azərbaycan Məkkə konvensiyasına qoşulacaq - Kamran Əliyev
  • 28-10-2026, 10:42
    İlham Əliyev beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
  • 28-10-2026, 10:14
    İtkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb
  • 28-10-2026, 10:11
    Ramiz Mehdiyevin müsadirə olunacaq əmlaklarının siyahısı
  • 28-10-2026, 10:06
    Ərdoğan nazirlər və kəşfiyyat rəhbəri ilə qapalı toplantı keçirdi
  • 27-10-2026, 19:51
    YAP Laçın rayon təşkilatı laçınlıların kompakt məskunlaşdığı Tərtər şəhərində müşavirə keçirib.
  • 27-10-2026, 14:57
    İlham Əliyevin təşəbbüsü qlobal dialoq platformasına çevrilib
  • 27-10-2026, 14:32
    İlham Əliyev qonaqlarla belə görüşdü - VİDEO
  • 27-10-2026, 09:46
    Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
  • 27-10-2026, 09:40
    Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
  • 27-10-2026, 09:37
    Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı
  • 27-10-2026, 09:35
    Təbii qazın qiyməti artdı
  • 27-10-2026, 09:33
    TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
  • 27-10-2026, 09:26
    TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb
  • 27-10-2026, 09:19
    Bir sıra ərazilərdə bu gün işıq olmayacaq
  • 27-10-2026, 09:16
    Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi
  • 27-10-2026, 08:57
    İsraildə parlament seçkiləri keçirilir
  • 27-10-2026, 08:55
    Paytaxtda 19 istiqamətdə tıxac var
  • 26-10-2026, 18:15
    “El Pizza” restoranı bağlandı - VİDEO
  • 26-10-2026, 15:57
    Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər
  • 26-10-2026, 15:11
    Təcili yardım maşınlarında yenilik tətbiq olunur
  • 26-10-2026, 11:51
    Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı - SİYAHI
  • 26-10-2026, 10:47
    Ümit Özdağ Bakıya gəlir - TARİX
Daha çox
25-10-2026, 14:56
Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
28-10-2026, 17:38
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 28.10.2026
28-10-2026, 20:53
Elçin Kərimovla bağlı diqqətçəkən məqamlar: Hesablama Palatasının hesabatı nəyi üzə çıxarıb?
25-10-2026, 18:14
Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
23-10-2026, 17:23
Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti
23-10-2026, 23:43
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə