• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər

Şou-biznes

Dün, 10:49

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlərAzərbaycanda heç vaxt müzakirəsi səngiməyən mövzulardan biri müğənnilərin, musiqiçilərin gəlirləridir.
Sənətçilərin dəbdəbəli evləri, bahalı avtomobilləri, geyimləri insanların diqqətini çəkir, onların nə qədər qazandığı haqqında müxtəlif suallar yaranır. Xüsusilə, bəzi müğənnilərin toylara 5-15 min və daha yüksək məbləğə getməsindən sonra müzakirələr daha da aktuallaşır.

Bununla yanaşı, müğənnilər kliplərdən, reklamlardan və digər fəaliyyətlərdən də gəlir əldə edirlər.

Bəs sənətçilərin həqiqi qazancı hansı meyarlarla müəyyən edilir? Bəyan edilən gəlirlərlə faktiki gəlirlərin uyğunluğu necə yoxlanılır? Bu prosesdə vergi orqanları hansı mexanizmlərdən istifadə edir?

Xəbər verir ki, Dövlət Vergi Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vergi ödəyicisi gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmalı, qanunla müəyyən edilmiş hallarda vergi hesabatlarını təqdim etməli və hesablanmış vergiləri vaxtında ödəməlidir.

Məlumatda vurğulanıb ki, bu öhdəliklərin yerinə yetirilməsi vergi sistemində şəffaflığın və vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsinin əsas şərtlərindən biridir:

"Vergi Məcəlləsinə əsasən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Qeyd edilən fəaliyyət ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 20 manatdır.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün yuxarıda qeyd olunan aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1.5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0.5".

Qeyd edilib ki, vergilərin düzgün hesablanmasını və tam, vaxtında ödənilməsini təmin etmək üçün vergi orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bu zaman vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və hesabatları təhlil edir. Bununla yanaşı, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi hesabatlar, vergi orqanında mövcud olan digər məlumatlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilən məlumatlar vasitəsilə də vergi ödəyicisinin öhdəliklərini düzgün yerinə yetirməsinə nəzarət edilə bilər.

Belə məlumatların təhlili vergi ödəyicisinin bəyan etdiyi gəlirlərin, xərclərin və digər vergitutma obyektlərinin faktiki fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsinə imkan verir. Məlumatlar arasında uyğunsuzluq və ya vergi öhdəliyinin düzgün hesablanmadığını göstərən hallar aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulan nəzarət və yoxlama mexanizmlərindən istifadə edilə bilər", - məlumatda bildirilib.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Siyasət

22-01-2025, 10:35

Azərbaycanda referendum qaçılmaz olacaq - Yeni deputatla MÜSAHİBƏ

Cəmiyyət

30-07-2026, 09:24

Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
15-10-2026, 09:37
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
12-10-2026, 10:11
Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
Son xəbərlər
  • Bugün, 19:06
    İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
  • Bugün, 10:10
    Serbiyada növbədənkənar parlament seçkiləri - Vuçiç baş nazir olur?
  • Bugün, 10:04
    Bu gün maraqlı oyun var: "Qarabağ" - "Neftçi"
  • Bugün, 09:40
    Minimum maaş 700 manat olmalıdır - İqtisadçıdan maraqlı İZAH
  • Bugün, 09:39
    Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək: “İstiqlal”, “Şərəf”, “Şöhrət”... - SİYAHI
  • Dün, 18:09
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilmişdir.
  • Dün, 18:09
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilmişdir.
  • Dün, 16:54
    1616 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Laçın
  • Dün, 13:34
    Bloger Sevin Hüseyova barəsində ittihamedici hökm çıxarıldı - Səidə Bəkirqızı məhkəməni uddu
  • Dün, 11:49
    Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır
  • Dün, 11:45
    Qubada yeni bələdiyyələr yaradıldı
  • Dün, 11:33
    Dövlət qulluqçularının pensiyası yeni qaydada hesablanacaq
  • Dün, 11:30
    14 Oktyabr 2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Zerti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev Cənablarının nitqindən irəli gələn vəzifələrin müzakirəsi ilə bağlı tədbir k
  • Dün, 10:49
    Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
  • Dün, 10:34
    AQEM-in yeni baş katibi o oldu
  • Dün, 10:31
    Mətbuat Şurasına 815 şikayət daxil olub – Rəşad Məcid
  • Dün, 10:26
    Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı
  • Dün, 10:14
    Hesablama Palatasının strukturu dəyişir
  • Dün, 09:45
    İran prezidenti Ermənistandadır
  • Dün, 09:10
    Azərbaycanda ağır qəza - ÖLƏN VAR
  • Dün, 09:07
    Prezidentliyinin 23 ili: Azərbaycanın uğurla keçdiyi tarixi mərhələlər
  • 15-10-2026, 16:18
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində keçirilmişdir. 15.10.2026
  • 15-10-2026, 14:41
    Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilər Şurasının növbəti iclası keçirildi.
  • 15-10-2026, 11:43
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 15-10-2026, 11:37
    14.10.2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və təşkilatçılığı ilə tədbir keçirilmişdir.
  • 15-10-2026, 11:27
    "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
  • 15-10-2026, 10:35
    Dövlət Agentliyi MAXE qəbulu elan etdi
  • 15-10-2026, 10:30
    ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana gedib
  • 15-10-2026, 10:15
    Azərbaycan nefti ucuzlaşıb
  • 15-10-2026, 10:12
    Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib
  • 15-10-2026, 09:49
    Türkmənistan Prezidenti Azərbaycana gəlib
  • 15-10-2026, 09:47
    Azərbaycan vətəndaşları Rusiyadan deportasiya olunublar
  • 15-10-2026, 09:41
    Qızıl və gümüş bahalaşıb
  • 15-10-2026, 09:39
    Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
  • 15-10-2026, 09:37
    Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Daha çox
14-10-2026, 18:22
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Ağbulaq obasında keçirilmişdir. 14.10.2026
Dün, 13:34
Bloger Sevin Hüseyova barəsində ittihamedici hökm çıxarıldı - Səidə Bəkirqızı məhkəməni uddu
14-10-2026, 13:18
Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tədbir keçirilmişdir.
13-10-2026, 16:02
Pirşağı hövzəsində 32 kilometrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır
15-10-2026, 11:37
14.10.2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və təşkilatçılığı ilə tədbir keçirilmişdir.
12-10-2026, 11:18
Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə