Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq ölkəmizin gələcək inkişaf istiqamətləri və qarşıda duran mühüm vəzifələr barədə fikirlərini bölüşmüşlər.
Çıxışlarda qeyd olunmuşdur ki, cənab İlham Əliyev qurultaydakı nitqində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, xalqımızın birliyini və milli həmrəyliyini tarixi nailiyyətlər kimi vurğulamışdır. Dövlət başçısının “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi” fikri xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyətini bir daha ifadə etmişdir.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin çıxışında dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, ölkənin müdafiə qüdrətinin artırılması və təhlükəsizliyin təmin olunması məsələlərinə xüsusi diqqət yetirildiyini bildirmişlər. Qeyd edilmişdir ki, dövlət başçısının vurğuladığı kimi, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
Çıxışlarda, həmçinin ideoloji təhlükəsizliyin təmin olunması, təhsilin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələlərinə toxunulmuşdur. Bildirilmişdir ki, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət, dövlətə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsi hər bir təhsil müəssisəsinin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Tədbir iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin, eləcə də Böyük Qayıdış Proqramının əhəmiyyətini qeyd edərək bu istiqamətdə əldə olunan nəticələrin ölkəmizin gələcək inkişafı baxımından mühüm rol oynadığını vurğulamışlar.
Sonda iştirakçılar Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirdiyi fikirlərin və qarşıya qoyulan vəzifələrin ölkəmizin davamlı inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli həmrəyliyin qorunması baxımından əhəmiyyətini qeyd etmişlər.


