Bu gün Laçın rayon İcra Hakimiyyəti başçısının Zabux kənd İƏD üzrə nümayəndəliyinin Zabux kənd sakini Ədalət Həsən oğlu Məmmədovun şəhid olduğu (29.10.1961-11.10.1992) gündür. Bu məqsədlə İcra nümayəndəliyi,Zabux kənd tam orta məktəbin kollektivi və kənd sakinləri ilə birlikdə Göyçay rayonunda şəhidimizin məzarını ziyarət etdik. Bugün onun ruhu şaddır ki onun uğrunda döyüşdüyü torpaqlar Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında düşmən tapdağından azad edilmişdir. Şəhidimizin ruhuna Quran oxundu,ailəsinə baş sağlığı verildi və çay süfrəsi ətrafında əyləşib şəhidimizlə bağlı xatirələrimizi bölüşdük.
Allahdan şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı diləyirik.





