• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Minimum əmək haqqı 450 manat ola bilər

İqtisadiyyat / Sosial

Dün, 15:30

Minimum əmək haqqı 450 manat ola bilər2027-ci ildən Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması gözlənilir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi bu mesajdan sonra əsas müzakirə mövzularından biri artımların hansı həddə olacağıdır. Xüsusilə minimum əməkhaqqının nə qədər qaldırılacaqğı, pensiya və müavinətlərin hansı faizlə artırılacağı, eləcə də yeni sosial paketin neçə vətəndaşı əhatə edəcəyi diqqət çəkir.

Açıqlamsında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, son illərdə həyata keçirilən sosial paketlər dövlətin sosial siyasətinin ardıcıl xarakter daşıdığını göstərir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini sosial siyasət təşkil edir. Bu baxımdan, 2018-ci ildən etibarən ölkəmizdə 4 milyon insanı əhatə edən və ümumilikdə 8 milyard manat maliyyə tutumuna malik 5 sosial paketin icra olunması dövlətin sosial siyasətinin ardıcıl və davamlı xarakter daşıdığını bir daha göstərir. Həyata keçirilən sosial paketlər çərçivəsində minimum əməkhaqqı 3 dəfə artırılaraq 130 manatdan 400 manata, minimum pensiya isə 2,8 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Eyni zamanda, orta aylıq əməkhaqqı 2 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfəyədək artırılıb. Bu göstəricilər son illərdə əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir”.



Deputat qeyd edib ki, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin 2027-ci ildən minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağı ilə bağlı fikirləri növbəti sosial addımların gözlənildiyini göstərir:

“2027-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni addımların atılacağı gözləniləndir. İlkin proqnozlara görə, 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 44 faiz təşkil edəcək. Bu isə növbəti sosial təşəbbüslərin və yeni sosial paketin həyata keçirilməsi üçün mühüm maliyyə imkanlarının formalaşmasına şərait yaradacaq. Minimum əməkhaqqının, yaşayış minimumunun, pensiyaların və sosial müavinətlərin konkret hansı həddə artırılacağı isə 2027-ci ilin dövlət büdcəsi və müvafiq sosial-iqtisadi göstəricilər əsasında müəyyənləşəcək”.

A.Badamov vurğulayıb ki, xüsusilə həssas qrupların sosial təminatının daha da gücləndirilməsi istiqamətində müəyyən artımlar gözlənilir:

“2027-ci ildə sosial müdafiəyə ehtiyacı olan insanların təminatlarının daha da yaxşılaşdırılacağını söyləmək mümkündür. Xüsusilə əlilliyə görə, uşağın doğulması ilə bağlı və digər sosial istiqamətlər üzrə ödənilən müavinətlərin də artırılmasına gözləntilər var. Burada əsas məqsəd əhalinin gəlirlərinin artırılması ilə yanaşı, həssas qrupların sosial müdafiəsinin daha da gücləndirilməsidir”.

Milli Məclisin İqtisdi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə qeyd edib ki, minimum əmək haqqının nə qədər artacağı hökumətin apardığı fiskal qiymətləndirməsindən asılı olacaq:

"YAP-ın qurultayında cənab Prezident tərəfindən qeyd olunan strateji məqamlardan biri də yeni sosial paketin reallaşacğı barədədir. Ölkə başçısı 2027-ci ildə minimum əmək haqqının artacağını elan etdi. Bu o deməkdir ki, Azərbaycan 2027-ci ildə yeni sosial paketin icrasına başlayacaq. Bütövlükdə minimum əmək haqqının nə qədər artacağı hökumətin apardığı fiskal qiymətləndirməsindən asılı olacaq. Büdcə paketi layihəsi ilə birlikdə bu istiqamətdə hökumət tərəfindən artım faizi də təqdim olunacaq".



V.Bayramov minimum əmək haqqı ilə bağlı mövcud təkliflərdən söhbət açıb:

"İndiki halda təklifimiz ondan ibarətdir ki, 2025-ci ildə minimum əmək haqqında ediləcək artım inflyasiya səviyyəsi nəzərə alınmaqla edilsin. Yəni artım qeydə alınan inflyasiya səviyyəsindən artıq olsun. Bu da minimum əmək haqqının artımının reallığının qorunub saxlanılması baxımdan vacibdir. Gözləntilər bu istiqamətdədir".

İqtisadçı deputat 2027-ci ilin iqtisadi baxımdan stabil olacağının gözlənildiyini deyib:

"Eyni zamanda fiksal baxımdan da dayanıqlılıq qorunub saxlanılacaq. Çünki 2027-ci il dövlət büdcəsindən bütövlükdə sosial istiqamətə 18 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcə xərclərinin 44 faizidir. Məhz bu vəsait əhalimizin sosial rifahının gücləndirilməsinə xidmət etmiş olacaq. Növbəti sosial paketin 3 milyona yaxın vətəndaşımızı əhatə edəcəyi də gözlənilir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə qeyd edib ki, minimum əmək haqqının 450 manata qalxacağı istisna deyil:

"Prezident cənab İlham Əliyev YAP-ın VIII qurultayında proqram xarakterli çıxış etdi. Bu çıxışında müxtəlif məsələlərlə bağlı öz mövqeyini açıqladı, strateji əhəmiyyətli fikirlər səsləndirdi. Prezident öz çıxışında sosial məsələlərə də xüsusi diqqət ayırdı. Qeyd etdi ki, 2027-ci ildə minimum əmək haqqı, maaşlar, sosial müavinətlər artırılacaq. Ölkəmizdə minimum əmək haqqı 400 manatdır. Artımın nə qədər olacağını dəqiq deyə bilmərəm, ancaq məbləğin 450 manata qaldırılması istisna deyil".



Parlamentari bununla yanaşı, müavinətlərin, uşaq doğumuna, əlilliyə görə ödənişlərin artırılmasının da gözlənildiyini söyləyib:

"Bu vəzifələrin icrası üçün lazımı siyasi iradə və maliyyə imkanları var. Azərbaycanın ÜDM-i 80 milyard dollara gəlib çatır. Eyni zamanda ÜDM-də 1,2 % artım var. Qeyri-neft sektorunda 2,1% artım var. Ən əsası xarici valyuta ehtiyatı 90 milyard dolları ötüb, bu da bizim xarici borcumuzdan təxminən 20 dəfə çoxdur".

E.Nəsirov 2027-ci ildə sosial məsələlərin həlli üçün daha inamlı addımların atılacağını vurğulayıb:

"2026-cı ilin büdcəsində xərclər 41,7 milyard manatdır. Büdcə xərclərinin böyük bir qismi, təxminən 41-42%-i sosialyönümlüdür. Ona görə də növbəti büdcəyə daha böyük diqqət ayırılacağı istisna deyil. 2027-ci il əhalinin sosial rifah məsələlərində daha yaxşı nəticələr hasil ola bilər. 2027-ci il sosial problemlərin həlli baxımından daha uğurlu il kimi tarixə düşə bilər".

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

Gündəm

26-05-2025, 10:15

İlham Əliyev onları ƏFV ETDİ - TAM SİYAHI

İqtisadiyyat

20-03-2026, 08:06

Azər Əmiraslanov: “Dövlət qulluğu üzrə əmək haqqı sistemində dəyişikliklər institusional islahatların tərkib hissəsidir”

Siyasət

22-01-2025, 10:35

Azərbaycanda referendum qaçılmaz olacaq - Yeni deputatla MÜSAHİBƏ

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Dün, 16:25
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
  • Dün, 15:30
    Minimum əmək haqqı 450 manat ola bilər
  • Dün, 13:59
    Misir Mərdanov müəllimlərin maaşından danışdı
  • Dün, 13:18
    “27 Sentyabr – Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib
  • Dün, 11:02
    Yağışlı hava ilə bağlı xəbərdarlıq
  • Dün, 10:59
    Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub
  • Dün, 10:58
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 5-10-2026, 16:31
    “İlin gənc müəllimi-2026”: “TOP-150”də seçilən MÜƏLLİMLƏR
  • 5-10-2026, 11:15
    Prezident dərman istehsalı müəssisəsinin açılışında
  • 5-10-2026, 10:23
    Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?
  • 5-10-2026, 10:21
    İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
  • 5-10-2026, 10:18
    Braziliyada prezident seçkilərinin II turu keçiriləcək: iki namizəd qalıb
  • 5-10-2026, 10:10
    Bakıda bəzi yollarda sürət həddi bərpa olundu
  • 5-10-2026, 09:46
    Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO
  • 5-10-2026, 09:40
    ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
  • 5-10-2026, 09:16
    Bu ərazilərdə işıq olmayacaq
  • 5-10-2026, 09:09
    II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ
  • 5-10-2026, 09:07
    Respublikaçı namizəd ABŞ prezidenti olmaq istəyir
  • 5-10-2026, 09:02
    Millətlər Liqasında IV tur - 8 oyunun NƏTİCƏSİ
  • 5-10-2026, 08:57
    Bakının bu yollarında tıxac var - SİYAHI
  • 5-10-2026, 08:55
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 4-10-2026, 20:41
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 4-10-2026, 20:38
    Gəmi qəzasında ölənlərin sayı 20-ə çatdı
  • 4-10-2026, 20:34
    Azərbaycan millisi Litvanı məğlub edərək lider oldu
  • 3-10-2026, 12:19
    “Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
  • 3-10-2026, 12:11
    “Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
  • 2-10-2026, 14:28
    Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
  • 2-10-2026, 14:23
    Azərbaycanın müstəqilliyi əbədidir
  • 2-10-2026, 14:20
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:48
    Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
  • 2-10-2026, 12:46
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • 2-10-2026, 12:44
    Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 10:56
    Prezident: Heydər Əliyev Qarabağda separatizmə heç vaxt imkan verməzdi
  • 2-10-2026, 10:20
    Hikmət Hacıyev Ermənistana çağırış etdi
  • 2-10-2026, 10:11
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Daha çox
3-10-2026, 12:11
“Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
1-10-2026, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
3-10-2026, 12:19
“Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
1-10-2026, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
Dün, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə