Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən Şəhid Fəzail Qədimov adına tam orta məktəbdə məktəbəhazırlıq qruplarında ilk zəng çalınıb.
Məktəbin direktoru Aynurə Abdullayevanın təşəbbüsü ilə keçirilən tədbirdə məktəbəhazırlıq qruplarına yeni qoşulan balaca fidanlar üçün ilk zəng mərasimi təşkil olunub.
Tədbir zamanı uşaqlara məktəb həyatı, təhsil və qarşıda onları gözləyən yeni mərhələ barədə xoş arzular çatdırılıb.
Balaca şagirdlər üçün ilk məktəb gününün yaddaqalan olması məqsədilə müxtəlif tədbirlər keçirilib. Onlara təhsil həyatlarında uğurlar və yüksək nailiyyətlər arzulanıb.
Qeyd edək ki, məktəbəhazırlıq mərhələsi uşaqların məktəb mühitinə uyğunlaşması və ibtidai təhsilə hazırlığı baxımından mühüm mərhələ hesab olunur.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()