“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir”.
Xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirib.
Dövlət başçısı Çinin aparıcı “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
“Bu yaxınlarda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir”, – Prezident qeyd edib.
İlham Əliyev Azərbaycan-Çin dostluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığının birgə səylərlə daha da güclənəcəyinə əminliyini ifadə edib.