Bu gün Azərbaycan prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramıdır.
Xəbər verilir ki, prokurorluq orqanlarında çalışan 1279 nəfərin 125-i qadınlardır.
Rəhbər vəzifələrdə çalışan 265 nəfərin isə 252-si kişi, 13-ü qadın olub. Bu vəzifələrdə qadınların payı təxminən 4,9 faiz təşkil edib.
2020-ci illə müqayisədə prokurorluq orqanlarında çalışan qadınların sayı 78-dən 125-ə yüksəlib. Bu, 47 nəfər və ya 60,3 faiz artım deməkdir. Eyni dövrdə rəhbər vəzifələrdəki qadınların sayı 8-dən 13-ə çatıb.
Prokuror vəzifələri üzrə isə 2025-ci ildə 60 qadın və 482 kişi çalışıb. Bu göstərici tabeli rayon, şəhər və hərbi prokurorluqlara rəhbərlik edən şəxsləri, eləcə də idarə və şöbə prokurorlarını əhatə edir.
Ümumilikdə, 2020–2025-ci illərdə prokurorluq orqanlarında işçilərin sayı 1157-dən 1279-a yüksəlib.