j7Xocavənd rayon sakini, Qarabağ qazisi Ceyhun Zeynalovdan 27 sentyabrdan xəbər yoxdur – ailəsi narahatdır.
Xocavənd rayon sakini, Qarabağ qazisi Ceyhun Zeynalov Mübariz oğlunun 27 sentyabr axşam saatlarından etibarən itkin düşdüyü bildirilir.
Məlumata görə, həmin vaxtdan Ceyhun Zeynalovla əlaqə saxlamaq mümkün olmayıb və bu günədək onun harada olması barədə ailəsinə heç bir məlumat verilməyib.
Qazinin ailəsi hadisədən ciddi narahatdır. Yaxınları Ceyhun Zeynalovun taleyinin müəyyənləşdirilməsi və harada olduğunun öyrənilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edirlər.
Ailəsi dövlət qurumlarından məsələnin araşdırılmasına və Ceyhun Zeynalovun tapılması üçün köməklik göstərilməsinə çağırış edir.
Məsələ ilə bağlı hər hansı rəsmi məlumat əldə olunarsa, ictimaiyyətə çatdırılacaq.