Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı oktyabrın 2-si keçiriləcək
Məlumata görə, qurultayın gündəliyi və keçiriləcəyi məkan barədə hələlik məlumat açıqlanmayıb.
Qeyd edək ki, partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından sonra ilk qurultayı olacaq.
YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın ali rəhbər orqanıdır və İdarə Heyəti tərəfindən beş ildə ən azı bir dəfə çağırılır. Partiya sədrinin seçilməsi, Nizamnaməyə dəyişiklik edilməsi və rəhbər orqanların tərkibinin müəyyənləşdirilməsi qurultayın səlahiyyətlərinə daxildir.