Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Xəbər verir ki, Prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı Sərəncama əsasən, çağırış oktyabrın 30-dək davam edəcək.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış günü də daxil olmaqla 18 yaşı tamam olmuş, həmçinin 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılırlar.
Çağırış Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşları əhatə edir.
Sərəncama uyğun olaraq, qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.