• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?

Cəmiyyət

Dün, 10:23

Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?Ermənistan tərəfinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı araşdırmanın hansı istiqamətlər üzrə aparılacağı və hadisəyə görə kimlərin məsuliyyət daşıya biləcəyi diqqət mərkəzindədir. İstintaqın yalnız hərbçinin hərbi hissəni tərk etməsi faktı ilə məhdudlaşıb-məhdudlaşmayacağı, xidmətin və nəzarət mexanizmlərinin necə təşkil edildiyi, eləcə də mümkün səhlənkarlığa yol verən şəxslərin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi suallar doğurur.

Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, araşdırma çərçivəsində hərbçinin hərbi hissədən hansı şəraitdə çıxması ilə yanaşı digər məsələlər də araşdırılacaq.

“Hazırda iş üzrə müvafiq istintaq və digər prosessual tədbirlər davam etdirilir. İstənilən cinayət işi başlanarkən onunla bağlı bütün hallar obyektiv şəkildə araşdırılmalıdır. Bu baxımdan istintaq yalnız Nəsimi Musayevin hərbi hissəni tərk etməsi ilə məhdudlaşmayacaq. Onun hərbi hissədən hansı şəraitdə çıxması, həmin vaxt qarovul və daxili xidmətin necə təşkil edildiyi, nəzarət mexanizmlərinin işləyib-işləmədiyi və digər məsələlər tam şəkildə aydınlaşdırılacaq. Konkret şəxslərin xidməti vəzifələrini pozması müəyyən edilərsə, bu hallar səhlənkarlıq,yəni cinayət məcəlləsinin 342,341,336 və 340-cı maddələrlə də qiymətləndirlə bilər.Əsas məqam cinayətin törədilməsinə zəmin yaradan səbəb və şəraitin hərtərəfli araşdırılmasıdır”.

Deputat erməni KİV-lərində Nəsimi Musayevin sərhədi keçdikdən sonra evdə olması və orada kimisə yaralaması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“Erməni KİV-lərində hərbçimizin sərhədi keçdikdən sonra bir erməninin evində olması və kimisə yaralaması ilə bağlı müxtəlif məlumatlar yayılır. Ermənistan müxalifəti də bundan süni şəkildə istifadə edir. Bu cür məlumatların yayılması Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara xələl gətirməyə yönələ bilər. Lakin Ermənistan rəhbərliyinin, o cümlədən Baş nazir Nikol Paşinyanın açıqlamalarından da görünür ki, məsələ hərtərəfli araşdırılacaq və hər iki tərəfin hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət veriləcək”.

Arzu Nağıyev qeyd edib ki, hazırda əsas məqsəd hərbçinin Azərbaycana qaytarılmasıdır:

“Düşünürəm ki, Baş Prokurorluq, hüquq-mühafizə və xüsusi xidmət orqanları peşəkarlıqla bu işin öhdəsindən gələcək. Hazırda əsas məram və məqsədimiz hərbçimizin geri qaytarılmasıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 336, 340, 341 və 342-ci maddələri hərbi xidmətlə bağlı müxtəlif pozuntulara görə məsuliyyəti müəyyən edir.

336-cı maddə – Qarovul xidmətinin nizamnamə qaydalarını pozma. Qarovulun tərkibinə daxil olan şəxsin qarovul xidmətinin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olduqda, əməl cinayət məsuliyyəti yaradır və 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

340-cı maddə – İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma. Hərbi dəstənin tərkibində olan şəxsin xidmət qaydalarını pozması və bunun nəticəsində vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurulması 1 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 1 ilədək intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Əməl ağır nəticələrə səbəb olduqda və ya müharibə vaxtı, yaxud döyüş şəraitində törədildikdə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

341-ci maddə – Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etməsi, səlahiyyət həddini aşması və ya hakimiyyətdən qəsdən istifadə etməməsi, müəyyən edilmiş hallarda 2 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əməl qrup halında, silah tətbiq olunmaqla və ya ağır nəticələrə səbəb olduqda cəza 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə təşkil edir. Müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə daha ağır cəza nəzərdə tutulur.

342-ci maddə – Qulluğa səhlənkar yanaşma. Rəisin və ya vəzifəli şəxsin xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi mühüm zərərə səbəb olduqda, 1500 manatdan 3000 manatadək cərimə, 2 ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya 1 ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər. Əməl ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Siyasət

22-01-2025, 10:35

Azərbaycanda referendum qaçılmaz olacaq - Yeni deputatla MÜSAHİBƏ

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Siyasət

24-05-2022, 22:34

Məhkəmədə ara QARIŞDI: Ləğv edilmiş MTN-nin sabiq rəisinin səs yazısı ortaya çıxdı

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Dün, 16:31
    “İlin gənc müəllimi-2026”: “TOP-150”də seçilən MÜƏLLİMLƏR
  • Dün, 11:15
    Prezident dərman istehsalı müəssisəsinin açılışında
  • Dün, 10:23
    Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?
  • Dün, 10:21
    İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
  • Dün, 10:18
    Braziliyada prezident seçkilərinin II turu keçiriləcək: iki namizəd qalıb
  • Dün, 10:10
    Bakıda bəzi yollarda sürət həddi bərpa olundu
  • Dün, 09:46
    Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO
  • Dün, 09:40
    ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
  • Dün, 09:16
    Bu ərazilərdə işıq olmayacaq
  • Dün, 09:09
    II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ
  • Dün, 09:07
    Respublikaçı namizəd ABŞ prezidenti olmaq istəyir
  • Dün, 09:02
    Millətlər Liqasında IV tur - 8 oyunun NƏTİCƏSİ
  • Dün, 08:57
    Bakının bu yollarında tıxac var - SİYAHI
  • Dün, 08:55
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 4-10-2026, 20:41
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 4-10-2026, 20:38
    Gəmi qəzasında ölənlərin sayı 20-ə çatdı
  • 4-10-2026, 20:34
    Azərbaycan millisi Litvanı məğlub edərək lider oldu
  • 3-10-2026, 12:19
    “Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
  • 3-10-2026, 12:11
    “Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
  • 2-10-2026, 14:28
    Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
  • 2-10-2026, 14:23
    Azərbaycanın müstəqilliyi əbədidir
  • 2-10-2026, 14:20
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:48
    Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
  • 2-10-2026, 12:46
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • 2-10-2026, 12:44
    Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 10:56
    Prezident: Heydər Əliyev Qarabağda separatizmə heç vaxt imkan verməzdi
  • 2-10-2026, 10:20
    Hikmət Hacıyev Ermənistana çağırış etdi
  • 2-10-2026, 10:11
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • 2-10-2026, 10:04
    Putin: “Nəvələrim Çin dilində danışırlar, gələcəkdə tərcüməçim olacaqlar”
  • 2-10-2026, 10:03
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK
  • 2-10-2026, 09:56
    Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir
  • 2-10-2026, 09:51
    Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
  • 2-10-2026, 09:49
    Millətlər Liqasında III turun bugünkü OYUNLARI
  • 2-10-2026, 09:46
    Azərbaycan nefti bahalaşıb
  • 1-10-2026, 22:14
    Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
Daha çox
3-10-2026, 12:11
“Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
1-10-2026, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
3-10-2026, 12:19
“Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
1-10-2026, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
2-10-2026, 14:28
Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
30-09-2026, 15:23
Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə