• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir

Cəmiyyət

Bugün, 09:56

Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir2020-ci il oktyabrın 2-si - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Kanal15Tv.com xatırladır ki, işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri rəşadətli ordumuzun zərbələri qarşısında tab gətirməyərək, nəinki öz mövqelərini, hətta döyüş bayraqlarını belə qoyub qaçırlar. Belə ki, sentyabrın 30-da Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ-atıcı alayına köməyə gələn 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı və sənədləri ələ keçirilir.

Düşmən ordusunun əsas logistik hərbi sursat anbarlarına vurulan ciddi zərbələr isə onların müqavimətini ciddi şəkildə sarsıdır. Nəticədə Ağdərə istiqamətində Suqovuşan ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçir. Saat 00:00-dan 07:00-dək Ermənistan ordusunun beş zirehli və avtomobil texnikası, üç hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilir. Müdafiə Nazirliyinin Ermənistana yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur. Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmağa davam etməsi nəticəsində rayonun Bala Kəngərli kənd sakinləri, mülki vətəndaşlar Aybəniz Nizami qızı Rəhimova və Gülnarə Fabir qızı Rəhimova xəsarət alırlar. Saat 11 radələrində Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlayır.

Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən ilk günlərdə olduğu kimi, müharibənin altıncı günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Həmçinin Ermənistan ordusu Ermənistan ərazisindən Azərbaycan ərazilərini - Şəmkir rayonunun Sabirkənd kəndini raket atəşinə məruz qoyur. Müdafiə Nazirliyindən verilən məlumata görə, yaşayış məntəqəsinə atılan 10-a yaxın raket "Toçka-U" taktiki raket kompleksindən buraxılıb. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən üçüncü hücum olur.

Bununla yanaşı, Ermənistan ordusu Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsini də raket atəşinə tutur. Həmçinin Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalır. Saat 13:30-da Müdafiə Nazirliyi düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikalarının məhv edilməsini göstərən video yayımlayır.

Günün ikinci yarısında Müdafiə Nazirliyi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımlayır.

Lakin Ermənistan silahlı qüvvələri yenə də müharibəni cəbhə bölgəsindən kənara çıxararaq mülki əhalini və yaşayış məntəqələrini atəş altında saxlayır. Belə ki, mənfur düşmən Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə məruz qoyur. Saat 17:50-də Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlayır.

Müharibənin ilk günlərindən əsas diqqət həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırmağa yönəlir. "Al Jazeera" televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev təcavüzkara və onu dəstəkləyən ölkələrə də açıq şəkildə mesaj ünvanlayır:

"Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar. Onlar Amerikada yaşayırlar. Onlar Rusiyada yaşayırlar. Onlar Yaxın Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Qoy Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyin etmək hüququ versinlər. Onda baxaram, onların reaksiyası necə olacaq?"

Təbii ki, müharibənin altıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

26-09-2022, 11:11

27 Sentyabr Anım Günüdür

Gündəm

26-06-2024, 07:32

106 yaşlı Azərbaycan ORDUSU

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Gündəm

5-11-2022, 09:15

44 günə fəth olunan ZƏFƏR ZİRVƏSİ

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Bugün, 10:56
    Prezident: Heydər Əliyev Qarabağda separatizmə heç vaxt imkan verməzdi
  • Bugün, 10:20
    Hikmət Hacıyev Ermənistana çağırış etdi
  • Bugün, 10:11
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • Bugün, 10:04
    Putin: “Nəvələrim Çin dilində danışırlar, gələcəkdə tərcüməçim olacaqlar”
  • Bugün, 10:03
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK
  • Bugün, 09:56
    Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir
  • Bugün, 09:51
    Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
  • Bugün, 09:49
    Millətlər Liqasında III turun bugünkü OYUNLARI
  • Bugün, 09:46
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 22:14
    Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
  • Dün, 15:08
    Zaqatalada zəlzələ oldu
  • Dün, 13:49
    1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
  • Dün, 11:56
    Azərbaycanda qadın prokurorların sayı artır - RƏQƏMLƏR
  • Dün, 11:37
    İlham Əliyev: Çinlə enerji əməkdaşlığı yeni müstəviyə keçib
  • Dün, 11:35
    Prokurorluq Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Dün, 10:41
    Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
  • Dün, 10:38
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:35
    Müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
  • Dün, 10:32
    Prokurorluq işçilərinin peşə bayramı günüdür
  • Dün, 10:20
    Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi
  • Dün, 10:18
    Bakıda AQEM Media Forumu keçirilir
  • Dün, 10:16
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanladı
  • Dün, 09:33
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • 30-09-2026, 16:23
    Hərbçilərin pensiyaya çıxma vaxtı dəyişir
  • 30-09-2026, 15:23
    Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB
  • 30-09-2026, 15:20
    Beş rayonda neft-qaz axtarışı aparılacaq
  • 30-09-2026, 14:38
    Volodin Rusiya Dövlət Dumasının sədri seçildi
  • 30-09-2026, 14:17
    Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
  • 30-09-2026, 14:06
    Nazir müavini federasiya prezidenti seçildi
  • 30-09-2026, 13:58
    Bakının mərkəzi avtomobillərdən "təmizlənir"
  • 29-09-2026, 14:48
    Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
  • 29-09-2026, 14:38
    Komitə sədri idarə rəisini işdən çıxardı
  • 29-09-2026, 14:34
    Putin Azərbaycana qadağa qoyan sənədi imzaladı
  • 29-09-2026, 14:27
    Azərbaycanda benzin bahalaşa bilər
  • 29-09-2026, 13:59
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Daha çox
27-09-2026, 12:16
27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
28-09-2026, 13:58
Jurnalist Əvəz Zeynallı vəfat etdi
Dün, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
Dün, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
28-09-2026, 15:37
Xocavənd rayon sakini, Qarabağ qazisi Ceyhun Zeynalovdan 27 sentyabrdan xəbər yoxdur – ailəsi narahatdır
28-09-2026, 08:56
Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə