“27 Sentyabr – Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib
23.09.2026 tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının ərazi-təşkilat və ictimai-siyasi məsələlər üzrə müavini Aynurə Həsənovanın, Laçın Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşlarının və nümayəndəlik əməkdaşlarının iştirakı ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib.
Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.