• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azər Əmiraslanov: “Dövlət qulluğu üzrə əmək haqqı sistemində dəyişikliklər institusional islahatların tərkib hissəsidir”

İqtisadiyyat

20-03-2026, 08:06

Azər Əmiraslanov: “Dövlət qulluğu üzrə əmək haqqı sistemində dəyişikliklər institusional islahatların tərkib hissəsidir”
Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovdur:

- Azər müəllim, “Dövlət qulluğu haqqında” qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu üzrə əməkhaqqı sistemində yeniliklərdən xəbər verir. Əməyin ödəyişində dəyişikliklərin xarakteri nədən ibarətdir?

- Bu dəyişikliklər mahiyyətcə əmək haqqı sistemində islahat olaraq dəyərləndirilməlidir. Buna dövlət sektorunda əmək haqqının artımı kimi yanaşılmamlıdır. Çünki dəyişikliklərin əsas məqsədi maaş artımı deyil, əmək haqqı sisteminin təkmilləşdirilməsi, bu sahədə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır. Hər bir halda, bu dəyişikliklərə həm də institusional islahatların tərkib hissəsi kimi baxmalıyıq. Belə ki, yeni sistem öz-özlüyündə dövlət qulluğunun təkmilləşdirilməsinə xidmət edir. Əmək haqqının yeni konsepsiyası özündə antikorrupsiya elementlərini də birləşdirir.

- Əmək haqqı sistemində islahatı şərtləndirən amillər nədir?

- Dövlət qulluğu üzrə əmək haqqının mürəkkəb hesablanma sxeminə malik olması, qurumlararası disproporsiyalar, əməkdaşların motivasiya səviyyəsinin aşağı olması, dövlət və özəl sektor üzrə əmək haqqında differensasiyanın dərinləşməsi əməyin ödənişi sistemində köklü dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Həm də bunu bir sıra normativ-hüquqi aktlar, qəbul edilmiş iqtisadi strategiya sənədlərinin müddəaları da tələb edirdi. Məlumat üçün bildirim ki, 2026-cı ilin dövlət büdcəsi zərfində əmək haqqı sisteminin təkmilləşdirilməsi mühüm vəzifə kimi müəyyən edilmişdir.

- Əmək haqqının yeni sxemi dövlət qulluqçularının əmək haqqının əsasən vəzifə maaşına əsaslanmasını nəzərdə tutur. Bunun əsas mahiyyəti və üstünlüyü nədən ibarətdir?

- Vəzifə maaşlarının əməkhaqqında 35-45% paya malik olması əvvəlki sistemin zəif tərəflərindən biri idi. Yeni sistemə görə bu göstərici orta hesabla 95%-dən çox olmalıdır. Yəni əmək haqqı vəzifə maaşına əsaslanmalıdır. Artıq çoxsaylı əlavələr, mükafat və müavinətlər ləğv edilərək vəzifə maaşına daxil edilir və vahid vəzifə maaşlarına keçilir. Bu əmək haqqı strukturunun daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Beləliklə, dövlət qulluqçularının vəzifə maaşları şəffaf sxemdə və vahid strukturda əks olunacaqdır.

- Dövlət qulluğu üçün yeni sistemin əhəmiyyəti nə olacaq?

- Hər şeydən əvvəl, yeni əmək haqqı sxemi dövlət sektorunun əmək bazarında özəl sektorla rəqabət qabiliyyətini gücləndirəcək. Bu dövlət qulluğunun gənc və peşəkar kadrlar üçün cəlbediciliyini artıracaq. İdarəetmə sistemində ierarxiya prinsipinin gözlənilməsi yeni əmək haqqı modelinin əsas cəhətlərindən biridir. Belə ki, təklif edilən sxem əməyin ödənişi sistemində xüsusilə dövlət orqanlarının kateqoriyalarını və dövlət qulluqçularının təsnifatını nəzərə alacaqdır.

- Dövlət qulluğunda əmək haqqının yeni modeli dövlət xidmətlərinin keyfiyyətinə təsir göstərəcəkmi?

- Hesab edirik ki, dövlət qulluqçularının motivasiyasının artması, peşəkar kadrların dövlət sektoruna cəlb edilməsi dövlət xidmətlərinin səviyyəsini yüksəldəcəkdir. Hər bir halda dövlət qulluğunun, idarəetmə sisteminin səmərəliliyi məmurun vətəndaşa göstərdiyi xidmətin keyfiyyəti ilə müəyyən olunur. Bunu həm də vəzifələrin məsuliyyəti, qulluq stajı və fəaliyyətin nəticələri əsasında formalaşdırılan yeni sistem şərtləndirir. Onu da nəzərə almalıyıq ki, dövlət qulluğunun keyfiyyətinin yüksəldilməsi həm də dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsindən asılıdır. Ümid edirik ki, dövlət qulluğunda tətbiq ediləcək yeni əməkhaqqı modeli buna şərait yaradacaqdır.

- Özəl sektora bu dəyişikliklərin təsiri nədən ibarət olacaq?

- Bəzi dövrlərdə dövlət sektorunda əmək haqqı artımının həyata keçirilməməsi özəl sektorda məvaciblərə yenidən baxılması zərurəti yaratmırdı. Yeni şəraitdə isə əmək haqqı sisteminin təkmilləşdirilməsi qeyri-dövlət sektoru üzrə əmək haqının artım tempinə öz təsirini göstərəcəkdir. Beləliklə, ixtisaslı, hazırlıqlı kadrlara görə hər iki sektor arasında rəqabət daha da güclənəcəkdir.

- Nəzərdə tutulan dəyişikliklər əmək haqqı sistemində mövcud olan problemləri həll edəcəkmi?

- Nəzərə almalıyıq ki, təklif edilən yeni model əsasən dövlət qulluğu sistemini və müəyyən mənada dövlət sektorunu əhatə edir. Ümumiyyətlə, əmək haqqı sadəcə sosial məsələ deyil, o həm də makroiqtisadi kateqoriyadır. Ölkəmizdə əmək haqqı sosial-iqtisadi problem kimi geniş, fundamental təhlil və tədqiq olunmalıdır. Xüsusilə də, əmək haqqının səviyyəsi üzrə sahələrarası, sektorlararası, regionlararası fərqin aradan qaldırılması ilə bağlı davamlı tədbirlər görülməlidir. Əhalinin pul gəlirlərinin strukturunda sabit gəlir mənbəyi kimi əmək haqqının payı yüksəldilməlidir. Əmək haqqı makroiqtisadi kateqoriya kimi əmək məhsuldarlığının səviyyəsi ilə uzlaşdırılmalıdır. Məhsuldarlığın artmaması fonunda əmək haqqı artımları inflyasiya təzyiqi yaratmaqla yanaşı, milli iqtisadiyyatın rəqabətqabiliyyətini zəiflədə bilər. Bir sözlə, ölkəmizdə əmək haqqı ilə bağlı görüləcək işlər çoxdur. Bu gün islahatlar dövlət qulluğu sistemini əhatə edir və bu sistemdə başlanan əmək haqqı islahatları multiplikativ effekt verərək sosial, iqtisadi və institusional baxımdan müsbət təsirlərə malik olacaqdır.

Oxunub: 134
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Sosial

15-12-2025, 10:52

Kimlərə iki dəfə çox maaş ödəniləcək? - AÇIQLANDI

İqtisadiyyat / Sosial

19-06-2025, 15:28

Azərbaycanda saatlıq əməkhaqqı: kimlərin maaşı ARTACAQ...

İqtisadiyyat

25-09-2024, 10:52

Minimum maaş artımı kimlərlərə şamil olunacaq? - Deputat AÇIQLADI

İqtisadiyyat / Cəmiyyət

5-01-2024, 18:00

Maaşlarla bağlı MÜHÜM TƏKLİF - Əməkhaqqı ARTACAQ

İqtisadiyyat

27-12-2021, 11:02

İnflyasiya əmək haqqı artımını ÜSTƏLƏYƏCƏK

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Bugün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Bugün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Bugün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Bugün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Bugün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Bugün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə