• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?

İqtisadiyyat

Dün, 09:15

İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?İrana qarşı sanksiyalar getdikcə daha da sərtləşir. ABŞ tərəfindən İrana aviareyslərin həyata keçirilməsi blokadaya alınıb. Belə ki, ABŞ İrana uçuşları həyata keçirən ölkələri də sanksiya ilə hədələyib. Bununla belə, hazırda İranda ABŞ dollarının məzənnəsi tarixdə ilk dəfə 266 000 tüməni keçib.

Qonşu ölkəyə sanksiyaların artması və sərtləşməsinin Azərbaycana təsirlərinin hansı səviyyədə olacağı maraq doğurur.

Məsələ ilə bağlı açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, Azərbaycanın iqtisadi və maliyyə dayanıqlılığı mümkün xarici risklərin əvvəlcədən qiymətləndirilməsi ilə təmin olunur:

“Azərbaycan iqtisadiyyatının unikallığı ondan ibarətdir ki, bütün risklər və xarici şoklar düzgün şəkildə qiymətləndirilir. Ona görə də ölkə iqtisadiyyatı maliyyə dayanıqlılığını qoruyur".



A.Hüseynov İrana qarşı sanksiyaların Azərbaycana təsirsiz ötüşəcəyini vurğulayıb:

"Məlumdur ki, İrana müxtəlif dövrlərdə kəskin sanksiyalar tətbiq olunub və dolların məzənnəsinin rekord həddə çatdığı vaxtlar olub. Bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan öz iqtisadiyyatını bu kimi xarici təsirlərdən qorumağı bacarır. Azərbaycan hər zaman həm siyasi, həm də maliyyə və iqtisadi sabitliyin tərəfdarıdır. Ümid edirik ki, yaxın vaxtlarda İranda da bu sabitlik təmin olunacaq”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, İrana qarşı sanksiyaların və blokadanın genişlənməsi ölkə daxilində ciddi iqtisadi problemlərə səbəb olub:

“İrana qarşı həm sanksiyaların, həm də blokadanın artması ölkə daxilində ciddi problemlərə səbəb olub. Dollar qarşısında İran rialı tarixi minimuma enib. Son bir il ərzində təqribən bir milyon nəfərə yaxın işsizlər ordusu yaranıb".

İrana qarşı sanksiyaların Azərbaycana təsirləri barədə isə iqtisadçı qeyd edib ki, hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək amil yoxdur:

"Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinə baxdıqda görürük ki, bu göstərici 600 milyon dollara yaxındır. Ticarət dövriyyəsinin təxminən 90 faizini İrandan kənd təsərrüfatı və tikinti məhsullarının idxalı təşkil edir. Yəni tikinti materialları və ərzaq məhsulları sanksiya siyahısına daxil edilmir. Buna görə də hazırda ərzaq məhsullarının tədarükü ilə bağlı ciddi problem yaşanmır. Sanksiyalar əsasən aviareyslərə müəyyən təsir göstərib. Lakin gələcəkdə pul köçürmələri ilə bağlı problemlər yarana bilər. İrana qarşı sanksiyaların iqtisadi münasibətlərə müəyyən təsirlərinin olması təbiidir. Burada bank köçürmələri, sığorta və digər maliyyə məsələləri də var. Hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək amil yoxdur. Çünki İran Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə ilk 15-lik siyahısına belə daxil deyil”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Siyasət

3-10-2023, 14:51

91 seçki dairəsi: Bu deputatların dairələri ləğv edilib - ARAŞDIRMA

Gündəm

12-08-2026, 09:06

Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Bugün, 11:03
    AZƏRBAYCAN VƏTƏNPƏRVƏRLƏR İCTİMAİ BİRLİYİNİN SƏDRİ HƏBS EDİLDİ – AĞIR İTTİHAMLAR
  • Bugün, 09:37
    Daha dörd cüdoçumuz mübarizəyə başlayır
  • Bugün, 09:36
    Neftimiz bahalaşdı
  • Bugün, 09:30
    İlham Əliyev Türkmənistana gedib
  • Bugün, 09:25
    "Ali təhsil haqqında” qanun niyə gecikir? – Komitə sədrindən cavab
  • Bugün, 09:10
    Bakıda "kupça"sı olan ən ucuz evlərin YERİ və QİYMƏTİ
  • Bugün, 09:09
    Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
  • Bugün, 09:07
    Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
  • Bugün, 09:05
    İstanbulda 7 mərtəbəli bina çökdü
  • Bugün, 09:04
    Bakıda 13 istiqamətdə tıxac var
  • Dün, 15:01
    Bakıda kanat yolu üçün araşdırma aparılır - RƏSMİ
  • Dün, 14:24
    Pensiyaların ödəniləcəyi tarix açıqlandı
  • Dün, 10:30
    Ağdamın Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
  • Dün, 10:17
    Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
  • Dün, 09:40
    Bu gün Azərbaycan kubokunun oyunları başlayır
  • Dün, 09:35
    Azərbaycanda repetitorluq edən müəllim həbs olundu
  • Dün, 09:29
    Vens ABŞ-nin İrana şərtini açıqladı
  • Dün, 09:27
    Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
  • Dün, 09:18
    Yasamalda işıq olmayacaq
  • Dün, 09:15
    İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?
  • Dün, 09:14
    Bakıda 12 istiqamətdə tıxac var
  • Dün, 09:11
    Millətlər Liqasında IV tura yekun vuruldu - NƏTİCƏLƏR
  • Dün, 09:08
    9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi
  • 6-10-2026, 16:25
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
  • 6-10-2026, 15:30
    Minimum əmək haqqı 450 manat ola bilər
  • 6-10-2026, 13:59
    Misir Mərdanov müəllimlərin maaşından danışdı
  • 6-10-2026, 13:18
    “27 Sentyabr – Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib
  • 6-10-2026, 11:02
    Yağışlı hava ilə bağlı xəbərdarlıq
  • 6-10-2026, 10:59
    Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub
  • 6-10-2026, 10:58
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 5-10-2026, 16:31
    “İlin gənc müəllimi-2026”: “TOP-150”də seçilən MÜƏLLİMLƏR
  • 5-10-2026, 11:15
    Prezident dərman istehsalı müəssisəsinin açılışında
  • 5-10-2026, 10:23
    Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?
  • 5-10-2026, 10:21
    İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
  • 5-10-2026, 10:18
    Braziliyada prezident seçkilərinin II turu keçiriləcək: iki namizəd qalıb
Daha çox
3-10-2026, 12:11
“Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
1-10-2026, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
3-10-2026, 12:19
“Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
1-10-2026, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə