ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna hücum etməməklə bağlı “enerji atəşkəsi” əldə olunduğunu bildirib.
Xəbər verir ki, sosial media hesabında paylaşım edən ABŞ Prezidenti qərarın dərhal qüvvəyə mindiyini qeyd edib.
“Dərhal qüvvəyə minmək şərtilə Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi elan edildi. Hər iki tərəf bir-birinin enerji infrastrukturuna hücum etməmək barədə öhdəlik götürərək razılığa gəldi. Bu razılaşmanı pozmayın”, - o yazıb.