1616 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər, müəyyən etdiyi strateji hədəflər və qarşıda duran vəzifələr müzakirə olunub.
Çıxış edənlər qeyd ediblər ki, dövlət başçısının qurultaydakı çıxışı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi əhəmiyyətə malikdir. Çıxışda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri xüsusi vurğulanıb.
Bildirilib ki, ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu vəzifələrin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə mühüm məsuliyyət düşür.
Sonda vurğulanıb ki, ölkəmizin davamlı inkişafının təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması hər bir vətəndaşın, xüsusilə partiya üzvlərinin üzərinə mühüm vəzifələr qoyur. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafına və cəmiyyətin siyasi maarifləndirilməsinə töhfə verir. oktyabr 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyəti başçısının Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər, müəyyən etdiyi strateji hədəflər və qarşıda duran vəzifələr müzakirə olunub.
Çıxış edənlər qeyd ediblər ki, dövlət başçısının qurultaydakı çıxışı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi əhəmiyyətə malikdir. Çıxışda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri xüsusi vurğulanıb.
Bildirilib ki, ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu vəzifələrin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə mühüm məsuliyyət düşür.
Sonda vurğulanıb ki, ölkəmizin davamlı inkişafının təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması hər bir vətəndaşın, xüsusilə partiya üzvlərinin üzərinə mühüm vəzifələr qoyur. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafına və cəmiyyətin siyasi maarifləndirilməsinə töhfə verir.

