Oktyabr çağırışının yekunları müzakirə edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2026-cı ilin oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
İclas Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə baş tutub.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il oktyabrın 1-dən 30-dək vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamının icra vəziyyəti müzakirə olunub.
İclas zamanı oktyabr çağırışının uğurla həyata keçirilməsi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətli komplektləşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan Mərkəzi Çağırış Komissiyası rayon və şəhər çağırış komissiyalarının fəaliyyətinə rəhbərlik edir və onların işinə nəzarəti həyata keçirir. Komissiyada ümumilikdə 15 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.![]()
![]()
![]()
![]()
![]()
![]()