• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR

Mədəniyyət

25-10-2026, 12:14

Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLARHeydər Əliyev Sarayının səhnəsində “Turandot” tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.

Xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.

Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni “Turandot” xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.

Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.

Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında “Turandot” operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra “Turandot” yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.

Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. “Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir”, - deyə o bildirib.

“Turandot” Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.

Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk “Turandot” tamaşası olub.

Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər “Turandot” üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.

Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.











Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

6-11-2023, 11:06

Atatürkün də olduğu Xankəndidən FOTOLAR

Cəmiyyət

17-11-2023, 10:26

Tanınmış Aparıcı Fidan Əliyeva “Zəfər Günü” Ilə Bağlı “Hər Ürək Bir Dünyadır” Adlı Möhtəşəm Bir Tədbir Etdi – FOTOLAR

Mədəniyyət

6-07-2023, 10:40

Dünyanı fəth edən “Məhəbbət əfsanəsi” yenidən Bakı səhnəsində!

Gündəm

26-05-2025, 10:15

İlham Əliyev onları ƏFV ETDİ - TAM SİYAHI

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
Bugün, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
16-10-2026, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
15-10-2026, 09:37
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Son xəbərlər
  • Bugün, 14:57
    İlham Əliyevin təşəbbüsü qlobal dialoq platformasına çevrilib
  • Bugün, 14:32
    İlham Əliyev qonaqlarla belə görüşdü - VİDEO
  • Bugün, 09:46
    Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
  • Bugün, 09:40
    Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
  • Bugün, 09:37
    Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı
  • Bugün, 09:35
    Təbii qazın qiyməti artdı
  • Bugün, 09:33
    TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
  • Bugün, 09:26
    TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb
  • Bugün, 09:19
    Bir sıra ərazilərdə bu gün işıq olmayacaq
  • Bugün, 09:16
    Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi
  • Bugün, 08:57
    İsraildə parlament seçkiləri keçirilir
  • Bugün, 08:55
    Paytaxtda 19 istiqamətdə tıxac var
  • Dün, 18:15
    “El Pizza” restoranı bağlandı - VİDEO
  • Dün, 15:57
    Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər
  • Dün, 15:11
    Təcili yardım maşınlarında yenilik tətbiq olunur
  • Dün, 11:51
    Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı - SİYAHI
  • Dün, 10:47
    Ümit Özdağ Bakıya gəlir - TARİX
  • Dün, 09:46
    Deputatın həbs edilən oğlu partiyanın da üzvüdür
  • Dün, 09:37
    Xətai rayonunda cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ
  • Dün, 09:34
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
  • Dün, 09:23
    "El-Klasiko"da "Real" qalib gəldi
  • Dün, 09:15
    Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama
  • Dün, 09:12
    İrana hücumla bağlı qərarını açıqladı
  • Dün, 09:10
    Bu kiçik vərdişlərlə daha xoşbəxt olun
  • Dün, 09:08
    Çində Kommunist Partiyasının V Plenumu başlayıb
  • Dün, 09:05
    Rusiya qazı Azərbaycandan keçərək İrana nəql olunacaq
  • Dün, 08:56
    Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi
  • Dün, 08:54
    Paytaxtda 14 istiqamətdə tıxac var
  • 25-10-2026, 18:14
    Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
  • 25-10-2026, 14:56
    Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
  • 25-10-2026, 12:54
    Sabah da yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 12:52
    Cayşankarın səfəri münasibətlərin fəallaşması üçün mühüm imkanlar yaradıb - DEPUTAT
  • 25-10-2026, 12:14
    Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
  • 25-10-2026, 12:12
    Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA
  • 23-10-2026, 23:43
    Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Daha çox
25-10-2026, 14:56
Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
25-10-2026, 18:14
Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
22-10-2026, 10:42
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır
23-10-2026, 23:43
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
23-10-2026, 17:23
Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti
23-10-2026, 12:20
Şuşada vətəndaş qəbulu keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə