• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti

Cəmiyyət

23-10-2026, 17:23

Heydər Əliyevin aqrar quruculuq irsindən ərzaq suverenliyinə və kəndə dönüş siyasətinə

“Aqrar sahə haqqında” yeni qanun layihəsi ölkəmizdə məşğul əhalinin 35,4 faizinin, yəni 1 milyon 782 min nəfərinin çalışdığı kənd təsərrüfatının ÜDM-də cəmi 5,9 faizlik payının artırılmasına və Qələbəmizdən sonra münbit torpaqların dövriyyəyə qaytarılmasına xidmət edən hüquqi sənəddir.

Layinənin adını beynəlxalq müqayisədə qiymətləndirildikdə, Almaniyada “Landwirtschaftsgesetz”, Böyük Britaniyada “Agriculture Act” şəklində qəbul olunub. Qazaxıstan kənd təsərrüfatının inkişafını yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə eyni qanunda birləşdirib. Onda nə üçün respublikamızda aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq?

Prezident İlham Əliyev 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr edilən müşavirədə istehsal dinamikasının zəifliyi, aqrar sahədə durğunluq və şəhərlərdən kəndlərə qayıdışı yeni dövlət siyasəti kimi müəyyənləşdirdi.
Məlumdur ki,ölkəmiz buğdaya tələbatının 55 faizini, bitki yağlarında 52, kərə yağında isə cəmi 62 faizini özü təmin edir. Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Bunun 4,8 milyon hektara yaxını kənd təsərrüfatına yararlıdır, əkin sahələri isə 1,8 milyon hektar səviyyəsindədir. Davamlı dövlət dəstəyinə, əlverişli coğrafiyaya, zəngin aqrar ənənələrə baxmayaraq, torpağımızın real istehsal gücündən tam istifadə edə bilmirik.
Suallara cavab ötən əsrin 70-ci illərindədir. Milli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda kənd təsərrüfatında aşağı məhsuldarlıq, böyük təşkilati və infrastruktur problemləri mövcud idi. Qısa vaxtda elmi seleksiya, suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, yerli emal sənayesi, ixtisaslaşma və kəndlərdə məşğulluq vahid dövlət siyasətinə çevrildi.

On minlərlə Əmək qəhrəmanı, keçici Qırmızı bayraqlar və ağ qızıl ifadəsi məhz o dövrdə yarandı. 1969–1982-ci illərdə kənd təsərrüfatı istehsalının ümumi həcmi 2,7 dəfə artmışdı.
Ulu öndər 1993-cü ildə ölkəmizi xilas edəndən və prezident seçiləndən cəmi 4 ay sonra 4 mart tarixində ağır şəraitdə respublika müşavirəsində keçirmişdi, keçmiş sovet məkanında ilk dəfə məhz Azərbaycanda torpaq islahatlarını həyata keçirmişdi.
İndi kənd təsərrüfatının əsas problemi kiçik sahələrdə mexanikləşdirmə xərclərinin artması, irriqasiya sistemlərinin qurulmasının çətinliyi və fermerlərin suvarma suyuna əlçatanlığı, texnika və aqronom xidmətlərindən səmərəli istifadə imkanlarının zəifliyidir. Fermerlər məhsullarını təkbaşına bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri qaydaları diqtə edir.

Təklif edirik ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin nəticəliliyi hektardan alınan məhsul, təsərrüfatın gəliri, yaradılan iş yeri, su sərfi və idxal asılılığının azalması kimi göstəricilərlə birgə qiymətləndirilsin.
Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bir sıra əsas vergilərdən azaddırlar. Lakin sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf edən kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri ilə bağlı sıfır vergi rejiminin tətbiqi faydalı olar.
Qanun kəndə dönüşü təmin etməlidir. Ölkəmizdə 4 244 kənd var.

Lakin bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu inzibati vahid kimi kəndin tamamilə silinməsinə, nəticədə daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına artan tələbata səbəb olur.
Üstəlik, Azərbaycanın iqlim xəritəsi eyni deyil. Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 30 qəpik tarif tətbiq olunur. Elektrik enerjisi tarifi də ölkə üzrə eynidir, halbuki iqlim şəraiti fərqlidir. Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik.

Aqrar sahədə hər dəfə idarəetmə strukturu dəyişəndə, yeni qurum yaradılanda və ya subsidiya qaydaları yenilənəndə hüquqi mexanizmlər də dəyişir. Dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır.
Yekunda “Aqrar sahə haqqında” qanun layihəsinə bir neçə ildən sonra qiymət verəndə yalnız neçə subsidiya qərarının qəbul olunduğu, hansı elektron xidmətin yaradıldığı və müxtəlif tədbirin keçirildiyi ilə yanaşı, kəndçinin nə qədər qazandığını, torpaqdan nə qədər məhsul götürdüyünü, kənddə neçə yeni müəssisənin açıldığını, neçə ailənin doğma yurdunda qalmağa qərar verdiyi ilə müəyyənləşdirməliyik.
Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik.

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

Gündəm

12-08-2026, 09:06

Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Cəmiyyət

21-08-2026, 08:51

Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Gündəm

26-05-2025, 10:15

İlham Əliyev onları ƏFV ETDİ - TAM SİYAHI

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
Bugün, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
16-10-2026, 09:10
Azərbaycanda ağır qəza - ÖLƏN VAR
15-10-2026, 09:37
Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü
Son xəbərlər
  • Bugün, 14:57
    İlham Əliyevin təşəbbüsü qlobal dialoq platformasına çevrilib
  • Bugün, 14:32
    İlham Əliyev qonaqlarla belə görüşdü - VİDEO
  • Bugün, 09:46
    Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
  • Bugün, 09:40
    Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
  • Bugün, 09:37
    Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı
  • Bugün, 09:35
    Təbii qazın qiyməti artdı
  • Bugün, 09:33
    TKTA saxta diplomlarla bağlı xəbərlərə aydınlıq gətirdi
  • Bugün, 09:26
    TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb
  • Bugün, 09:19
    Bir sıra ərazilərdə bu gün işıq olmayacaq
  • Bugün, 09:16
    Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi
  • Bugün, 08:57
    İsraildə parlament seçkiləri keçirilir
  • Bugün, 08:55
    Paytaxtda 19 istiqamətdə tıxac var
  • Dün, 18:15
    “El Pizza” restoranı bağlandı - VİDEO
  • Dün, 15:57
    Azərbaycanda 8 saatlıq iş günü dəyişə bilər
  • Dün, 15:11
    Təcili yardım maşınlarında yenilik tətbiq olunur
  • Dün, 11:51
    Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı - SİYAHI
  • Dün, 10:47
    Ümit Özdağ Bakıya gəlir - TARİX
  • Dün, 09:46
    Deputatın həbs edilən oğlu partiyanın da üzvüdür
  • Dün, 09:37
    Xətai rayonunda cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ
  • Dün, 09:34
    “AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
  • Dün, 09:23
    "El-Klasiko"da "Real" qalib gəldi
  • Dün, 09:15
    Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama
  • Dün, 09:12
    İrana hücumla bağlı qərarını açıqladı
  • Dün, 09:10
    Bu kiçik vərdişlərlə daha xoşbəxt olun
  • Dün, 09:08
    Çində Kommunist Partiyasının V Plenumu başlayıb
  • Dün, 09:05
    Rusiya qazı Azərbaycandan keçərək İrana nəql olunacaq
  • Dün, 08:56
    Hörmüzün idarə olunması əvvəlki kimi olmayacaq - Əraqçi
  • Dün, 08:54
    Paytaxtda 14 istiqamətdə tıxac var
  • 25-10-2026, 18:14
    Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
  • 25-10-2026, 14:56
    Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
  • 25-10-2026, 12:54
    Sabah da yağış yağacaq, şimşək çaxacaq
  • 25-10-2026, 12:52
    Cayşankarın səfəri münasibətlərin fəallaşması üçün mühüm imkanlar yaradıb - DEPUTAT
  • 25-10-2026, 12:14
    Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
  • 25-10-2026, 12:12
    Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA
  • 23-10-2026, 23:43
    Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Daha çox
25-10-2026, 14:56
Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
25-10-2026, 18:14
Xırdalanda “Şirinlər” Erkən İnkişaf Mərkəzi ilə bağlı iddialar: Rəqqiyə Musazadənin fəaliyyəti araşdırılmalıdırmı?
22-10-2026, 10:42
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır
23-10-2026, 23:43
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
23-10-2026, 17:23
Heydər Əliyevin aqrar quruculuq irsi: ərzaq suverenliyi və kəndə dönüş siyasəti
23-10-2026, 12:20
Şuşada vətəndaş qəbulu keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə