• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”

Cəmiyyət

Bugün, 00:48

Sumqayıt Dövlət Universitetində qiyabi təhsil alan bir qrup tələbə yeni tədris qaydaları ilə bağlı ciddi narazılıqlarını redaksiyaya çatdırıb. Tələbələrin iddiasına görə, onlara bir semestr ərzində maksimum 24 kredit götürə biləcəkləri, bu limiti aşan alt qrup fənlərinə isə yazılmalarına icazə verilməyəcəyi bildirilib.


BakuNews.az Redaksiyaya təqdim olunan bildirişdə qeyd edilir ki, qiyabi təhsilalma formasında bir semestr üzrə tədris yükü maksimum 24 kredit müəyyən edilib. Yalnız əvvəllər mənimsənilmiş fəndən rəsmi azadlığı olan və ümumi kredit yükü 24-ü keçməyən tələbələr boş qalan kredit həcmində alt qrupa yazıla bilərlər.

Məhz bu məqam tələbələr arasında ciddi narazılığa səbəb olub.

Tələbələr bildirirlər ki, universitetə qəbul olarkən təhsillərini müəyyən edilmiş müddətdə başa vuracaqlarını planlaşdırıblar. Lakin hazırkı kredit məhdudiyyətinin, xüsusilə əvvəlki illərdən akademik borcu və alt qrup fənləri qalan şəxslərin təhsil müddətini uzada biləcəyini deyirlər.

Onların sözlərinə görə, əvvəlki illərdə alt qrup fənləri üçün əlavə ödənişlər edilib. İndi isə tələbələr 24 kredit həddi səbəbindən həmin fənləri vaxtında götürə bilmədikləri halda növbəti semestrlərə və hətta əlavə təhsil ilinə qalmaq təhlükəsi ilə üzləşdiklərini bildirirlər.

“Təhsilə başlayanda planımızı buna uyğun qurmuşuq. İndi bir tərəfdən alt qrup üçün pul ödəyirik, digər tərəfdən kredit limiti səbəbindən fənni götürə bilmirik. Təhsil müddətimiz uzanarsa, bunun maddi yükünü yenə tələbə çəkməli olacaq?” – deyə müraciətdə sual olunur.

Narazılığın digər əsas səbəbi qiyabi tələbələr üçün imtahan sessiyasının təşkilində elan edilən dəyişiklikdir.

Tələbələrə təqdim edilən məlumata əsasən, bundan sonra bütün kurslar üzrə qiyabi tələbələrin imtahanları ildə iki dəfə – yanvar və iyun aylarında, əyani təhsil alan tələbələrlə eyni sessiya dövründə keçiriləcək. Dərslərin hansı ayda təşkil olunmasından asılı olmayaraq, imtahanların yalnız rəsmi sessiya zamanı verilməsi tələb olunur.

Bu isə xüsusilə işləyən və regionlardan Sumqayıta gələn tələbələrin etirazına səbəb olub.

Tələbələr bildirirlər ki, əvvəlki qaydada müəyyən hallarda dərslərini başa vurduqdan sonra imtahanlarını da verərək iş yerlərinə qayıda bilirdilər. Yeni sistemdə isə dərs üçün bir dəfə, imtahan üçün başqa tarixdə yenidən Sumqayıta gəlmək məcburiyyəti yaranır.

Bu isə yol, yaşayış, işdən icazə və əlavə maliyyə itkisi deməkdir.

“Qiyabi təhsili ona görə seçmişik ki, işləyə-işləyə təhsil ala bilək. İndi bizi dərs üçün ayrıca, imtahan üçün ayrıca işdən ayrılmağa məcbur edirlər. Regiondan gələn tələbə hər dəfə yol, qalmaq və digər xərcləri necə ödəsin?” – deyə tələbələr bildirirlər.

Məsələnin maraqlı tərəfi odur ki, SDU-nun özünün rəsmi məlumatına əsasən, 2025/2026-cı tədris ilində payız semestrinin əsas imtahan sessiyası yanvar ayında keçirilib, üzrlü səbəbdən kredit borcu olan tələbələr üçün isə fevralın 3–5-də, təkrar imtahanlar üçün fevralın 6–14-də əlavə imtahanlar nəzərdə tutulub.

Yaz semestrinin imtahan sessiyası isə 1 iyun 2026-cı ildə başlayıb və beş həftə davam edib.

Bu səbəbdən tələbələrə təqdim edildiyi bildirilən “sessiyadan kənar heç bir fərdi və ya əlavə imtahan olmayacaq” qaydasının hansı sənədə, hansı tarixli əmrə və hansı normativ əsaslara söykəndiyinin Sumqayıt Dövlət Universiteti tərəfindən açıqlanmasına ehtiyac yaranır.

Digər mühüm sual isə tələbələrin qəbul olunduğu vaxt qüvvədə olan tədris planıdır.

Əgər tələbəyə qəbul zamanı konkret təhsil müddəti və kredit planı təqdim olunubsa, sonrakı dəyişikliklərin əvvəlki illərdə qəbul olunmuş tələbələrə necə tətbiq ediləcəyi aydın izah edilməlidir. Kredit məhdudiyyəti səbəbindən təhsil müddəti faktiki olaraq uzanacaqsa, tələbədən əlavə təhsil haqqının və yaxud alt qrup ödənişinin tələb edilib-edilməyəcəyi də açıq şəkildə bildirilməlidir.

Qiyabi təhsil mahiyyət etibarilə işləyən şəxslərin təhsildən kənarda qalmadan ali təhsil almasına şərait yaratmalıdır. Tələbələrin iddiasına görə isə hazırkı təşkilati mexanizm iş və təhsil arasında balans yaratmaq əvəzinə, bu balansı daha da çətinləşdirir.

İndi Sumqayıt Dövlət Universitetinin rəhbərliyindən, xüsusilə rektor professor Nurəli Yusifbəylidən konkret suallara cavab gözlənilir:


Tələbələr məsələ ilə bağlı müraciətlərinə görə sonradan təzyiq və ya ayrı-seçkiliklə üzləşməmələri üçün adlarının məxfi saxlanılmasını da xahiş edirlər.

Redaksiya Sumqayıt Dövlət Universitetinin mövqeyini dərc etməyə hazırdır.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Siyasət

3-10-2023, 14:51

91 seçki dairəsi: Bu deputatların dairələri ləğv edilib - ARAŞDIRMA

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Cəmiyyət

15-07-2026, 15:21

Balı az olan I qrupların diqqətinə: Ən aşağı keçid ballı İXTİSASLAR

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • 15-09-2026, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
  • 15-09-2026, 16:05
    Bu məktəbdə müəllimlər vahid formaya keçdilər
  • 15-09-2026, 15:54
    Rəqəmsal dünyada uşaqlar üçün təhlükə - “Roblox” nədir?
  • 15-09-2026, 15:47
    Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-09-2026, 15:33
    Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
  • 15-09-2026, 14:41
    TDT-nin növbəti Zirvə görüşü gələn ay Türkiyədə keçiriləcək
  • 15-09-2026, 12:08
    Rusiyada dizel böhranı başlayır - Azərbaycanın qazancı artır
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
10-09-2026, 10:08
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
10-09-2026, 09:09
Trampla telefon danışığını ləğv etdi
10-09-2026, 09:25
Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə