• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Rusiyada dizel böhranı başlayır - Azərbaycanın qazancı artır

İqtisadiyyat

15-09-2026, 12:08

Rusiyada dizel böhranı başlayır - Azərbaycanın qazancı artırRusiya ərazisində neft emalı zavodlarına endirilən zərbələr ölkənin daxili bazarında neft məhsullarının təklifinin azalmasına və yanacaq çatışmazlığı riskinin artmasına səbəb olur. ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın dizel yanacağı istehsal edən neft emalı müəssisələrinə zərbələri dayandırmağı tələb edib. O, bu cür hücumların yanacaq qıtlığına səbəb olduğunu bildirib. Bu prosesin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana da təsirlərinin olub-olmayacağı diqqətçəkən məqamdır.

Məsələ ilə bağlı açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı zavodlarına zərbələrlə bağlı açıqlamasının əsas səbəblərindən biri ABŞ-da dizelin qiymətinin kəskin artmasıdır:

“Əvvəla, ondan başlayaq ki, Donald Tramp niyə belə bir bəyanat verib? ABŞ bazarında dizelin qiyməti bir qallon üçün 6 dollar həddini keçib. Bu isə istehlakçıları narahat edən ciddi amildir və narazılığın noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasına verilən səslərdə özünü göstərə biləcəyi istisna edilmir. Rusiya dünya bazarında böyük həcmdə dizel yanacağı ixrac edən ölkə kimi tanınırdı. Lakin Ukraynanın Rusiyanın neft emalı zavodlarına ardıcıl zərbələri nəticəsində Moskva özü dizel idxalçısına çevrilib. Bu isə dünyada, o cümlədən ABŞ bazarında yanacağın qiymətlərinin kəskin artması ilə müşayiət olunur”.



İ.Şaban qeyd edib ki, hazırkı vəziyyət Azərbaycanın dizel yanacağı ixracından əldə etdiyi gəlirlərin artması üçün imkan yaradır:

“Azərbaycan dizel yanacağı ixrac edən ölkədir. Buna görə də hazırkı vəziyyətdə ölkənin bu yanacağın satışından əldə etdiyi gəlirlərin artması üçün şərait yaranır”.

Ekspert Azərbaycanda daxili bazarda dizel yanacağının qiymətinin dünya bazarındakı dəyişikliklərdən birbaşa asılı olmadığını vurğulayıb:

“Daxili bazarda dizelin qiymətinin artmasına gəlincə, bu qiymət heç vaxt dünya bazarı ilə birbaşa əlaqəli olmayıb. Çünki Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Digər tərəfdən, dizelin qiyməti ilə ölkədə ən böyük bazar payına malik AI-92 markalı benzinin qiyməti arasında cəmi 5 qəpik fərq var. Yəni son iki ildə dizelin qiyməti daxili bazarda onsuz da kifayət qədər artıb. Bu baxımdan yaxın zamanda dizelin qiymətinin aşağı oktanlı benzinlə eyni səviyyəyə çatdırılacağını düşünmürəm”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Rusiyada dizel yanacağının istehsalı və ixracı ilə bağlı yaranan problemlər qlobal aqrar sektora da təsir göstərə bilər:

“Dizel yanacağının bu qədər aktuallaşması onun aqrar sektor üçün əhəmiyyəti ilə bağlıdır. Rusiya neft məhsullarını, xüsusilə dizel yanacağını üçüncü ölkələrə, o cümlədən Afrika və Asiya dövlətlərinə ixrac edirdi. Həmin ölkələrin bir çoxunda kənd təsərrüfatında məhz bu yanacaqdan istifadə olunur. Rusiyada dizel yanacağı ilə bağlı böhran yaranarsa, bunun üçüncü ölkələrin aqrar sektoruna da ciddi təsiri ola bilər. Nəticədə həmin ölkələrdə ərzaq qıtlığı və hətta aclıq riski yarana bilər”.



İqtisadçı ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına zərbələrlə bağlı mövqeyinin arxasında dayanan əsas amillərdən danışıb:

“Donald Trampın dizel yanacağı istehsalçılarına toxunulmaması ilə bağlı çağırışı da bununla əlaqələndirilə bilər. Çünki Rusiyanın neft emalı sektoruna ciddi zərbə dünya üzrə aqrar istehsala mənfi təsir göstərə bilər. Digər tərəfdən, Rusiya ilə ABŞ arasında danışıqların getdiyi bir vaxtda Vaşinqtonun Moskvanın xoşuna gələn müəyyən bəyanatlar səsləndirməsi də mümkündür. Bu da həmin bəyanatlardan biri kimi qiymətləndirilə bilər”.

N.Cəfərli Rusiyada baş verən proseslərin Azərbaycana birbaşa təsirinin hazırda minimal olduğunu bildirib:

“Bunun Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Azərbaycan dizel və 92 markalı benzinin istehsalını əsasən daxili istehsal gücü hesabına həyata keçirir. Lakin 95 markalı benzinlə bağlı idxaldan asılılığımız var. Bu baxımdan gələcəkdə həmin sahədə müəyyən problemlər yarana bilər. Amma hazırda ətraf ölkələrdə baş verən hadisələrin Azərbaycana təsiri minimaldır. Bu proseslərin Azərbaycan üçün müsbət təsiri ondan ibarətdir ki, neftin qiyməti artır. Bu isə paralel olaraq Azərbaycanın valyuta gəlirlərinin yüksəlməsinə səbəb olur”.

İqtisadçı Xalid Kərimli bildirib ki, Rusiyada neft emalı zavodlarının fəaliyyətinin dayanması ölkənin daxili bazarında neft məhsullarının təklifini azaldır:

“Rusiyanın neft emalı zavodlarına endirilən zərbələr əsasən həmin müəssisələrin fəaliyyətinə təsir göstərir. Nəticədə Rusiyanın öz daxilində neft məhsullarının çatışmazlığı yaranır. Mətbuatda da yanacaqdoldurma məntəqələrinin qarşısında növbələrin yarandığı barədə məlumatlar yayılır. Neft emalı zavodlarının fəaliyyətini dayandırması ölkə daxilində neft məhsullarının təklifinin azalmasına gətirib çıxarır”.

O, qeyd edib ki, Azərbaycan Rusiyadan neft məhsulları idxal etsə də, Cənubi Qafqaz ölkələri arasında Rusiyadan ən az neft məhsulu alan ölkələrdən biridir:

“Azərbaycanın da Rusiyadan neft məhsulları idxal etməsi bu prosesin müəyyən təsirlər yarada biləcəyini göstərir. Bununla belə, Cənubi Qafqazda Rusiyadan ən az neft məhsulu alan ölkələrdən biri Azərbaycandır. Təəssüf ki, Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, hələ də xaricdən neft məhsulları alır. Hətta bununla bağlı böyük investisiyalar qoyulub, zavodlar tikilib və neft məhsullarının daxili istehsalının artırılacağı bildirilib. Buna baxmayaraq, idxal davam edir”.



X.Kərimli Azərbaycanın neft məhsulları idxalı ilə bağlı statistik göstəricilərə də diqqət çəkib:

“2025-ci ilin ilk yeddi ayında Azərbaycan 732 milyon dollar dəyərində neft məhsulları idxal edib. 2026-cı ilin eyni dövründə isə bu rəqəm təxminən 400 milyon dollar olub. 2024-cü ilin ilk yeddi ayında isə neft məhsullarının idxalının dəyəri 1 milyard 41 milyon dolları keçib. Həmin dövrdə 92 markalı benzin də idxal olunurdu. Xüsusilə premium məhsulların, o cümlədən benzinin idxalı diqqət çəkir”.

İqtisadçı hesab edir ki, Rusiyadakı proseslərin Azərbaycandan daha çox Ermənistan və Gürcüstana təsir göstərməsi mümkündür:

“Bu məsələ Ermənistan və Gürcüstana Azərbaycandan daha ciddi təsir göstərə bilər. Azərbaycanın Rusiyadan neft məhsulları idxalının həcmi nisbətən azdır. Ona görə də Rusiyanın neft emalı zavodlarına zərbələrin Azərbaycanda dərhal yanacaq defisiti yaratacağını gözləmirəm. Neft qiymətlərinə təkcə Rusiyada neft emalı zavodlarına zərbələr təsir etmir. Hörmüz boğazı ətrafında baş verən proseslər, eləcə də Səudiyyə Ərəbistanının Hörmüzdən yan keçən və gündəlik təxminən 5 milyon barrel neft ixrac etməyə imkan verən nəqliyyat boru xəttinin fəaliyyətinin dayanması da qiymətlərə ciddi təsir göstərir. Həmçinin husilərin hücumları neft qiymətlərinin artmasına səbəb olur. Dünya bazarında qiymət artımının Azərbaycanda benzin və dizelin pərakəndə qiymətinə dərhal təsir etməyəcək. Azərbaycanda benzin və dizelin qiymətləri dövlət tərəfindən tənzimlənir. 92 markalı benzin və dizel yanacağının qiyməti Tarif Şurasının qərarları ilə müəyyənləşdirilir. 95 markalı benzinin idxalında isə SOCAR-ın da rolu var və bu məhsulun qiyməti birbaşa Tarif Şurası tərəfindən tənzimlənmir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda yanacağın qiyməti yalnız dünya bazarındakı neftin qiymətindən asılı deyil:

“Hazırkı proseslərin 92 markalı benzinin və dizel yanacağının qiymətinə dərhal təsir edəcəyini hesab etmirəm. Çünki hökumət yanacağın qiymətini müəyyənləşdirərkən yalnız dünya bazarındakı neft qiymətlərinə baxmır. Məsələn, ötən ilin sonunda yanacağın qiyməti artırıldı, halbuki həmin dövrdə neft daha ucuz idi və hətta qiymətlərin daha da aşağı düşməsi ehtimalı vardı. 2024-cü ilin iyununda da qiymət artımı olmuşdu və həmin vaxt dünya bazarında neft qiymətləri indiki qədər yüksək deyildi. Dünya bazarında neft və yanacaq qiymətlərinin artması Azərbaycana başqa kanallarla da təsir göstərə bilər. Benzin və dizelin dünya bazarında bahalaşması yalnız yanacaqdoldurma məntəqələrindəki qiymətlərə təsir məsələsi deyil. Bu, eyni zamanda idxal qiymətlərinə də təsir göstərir. Neftin, benzinin və qazın qiymətinin artmasını ilk növbədə piştaxtalarda, ərzaq mağazalarında görürük. Çünki ölkəyə gətirilən məhsulların daşınması və logistika xərcləri artır. Bu da nəticə etibarilə digər məhsulların qiymətlərinə təsir göstərə bilər”.

İqtisadçı vurğulayıb ki, Rusiyada baş verən proseslər Azərbaycanın geosiyasi və enerji baxımından əhəmiyyətini də artırır:

"Xüsusilə 2022-ci ildən sonra Rusiyada baş verən hadisələr Azərbaycanın Avropa üçün qaz təchizatçısı kimi rolunu daha da ön plana çıxarıb. Buna baxmayaraq, Avropa bu istiqamətdə hələ də real və konkret addımlar atmır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi 2023-cü ildən gündəmdədir. Lakin bunun üçün hələ də maliyyələşdirmə məsələləri həll edilməli, həmçinin qazın satışı ilə bağlı uzunmüddətli kontraktlar bağlanmalıdır".

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Siyasət

22-01-2025, 10:35

Azərbaycanda referendum qaçılmaz olacaq - Yeni deputatla MÜSAHİBƏ

Cəmiyyət

29-05-2024, 09:51

“Nazirlərin niyə Bakıda da qəbul günləri yoxdur?” - Deputatla MÜSAHİBƏ

Gündəm

12-08-2026, 09:06

Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • 15-09-2026, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
  • 15-09-2026, 16:05
    Bu məktəbdə müəllimlər vahid formaya keçdilər
  • 15-09-2026, 15:54
    Rəqəmsal dünyada uşaqlar üçün təhlükə - “Roblox” nədir?
  • 15-09-2026, 15:47
    Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-09-2026, 15:33
    Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
  • 15-09-2026, 14:41
    TDT-nin növbəti Zirvə görüşü gələn ay Türkiyədə keçiriləcək
  • 15-09-2026, 12:08
    Rusiyada dizel böhranı başlayır - Azərbaycanın qazancı artır
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
10-09-2026, 10:08
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
10-09-2026, 09:09
Trampla telefon danışığını ləğv etdi
10-09-2026, 09:25
Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə