Bakıda yerləşən Klini
ki Tibbi Mərkəzin ərazisində gecə saatlarında işıqlandırma ilə bağlı problem müşahidə olunub.
Redaksiyaya təqdim edilən görüntüdə tibb müəssisəsinin korpuslarının və həyətinin böyük hissəsinin qaranlıq olduğu görünür. Xəstəxananın qarşısında təcili tibbi yardım avtomobilinin olduğu da kadra düşüb.
Xüsusilə gecə saatlarında pasiyentlərin qəbul edildiyi, təcili tibbi yardım xidmətinin fəaliyyət göstərdiyi böyük tibb müəssisəsində bu cür görüntünün yaranması suallar doğurur. Elektrik enerjisinin verilişində nasazlığın olub olmaması, problemin hansı səbəbdən yarandığı və xəstəxananın tibbi xidmətlərinə təsir edib-etmədiyi hələlik məlum deyil.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin və TƏBİB-in açıqlaması gözlənilir.
Sual açıq qalır: ölkənin əsas tibb müəssisələrindən birində gecə saatlarında yaranan bu qaranlığın səbəbi nədir və pasiyentlərin təhlükəsizliyi üçün alternativ enerji təminatı işlək vəziyyətdədirmi?